"7 il əvvəl 12 min manata Azərbaycana gətirmişik, hazırda qiyməti 20 mindir""

"7 il əvvəl 12 min manata Azərbaycana gətirmişik, hazırda qiyməti 20 mindir""İstismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalına qadağaya bazarın reaksiyası sürətli oldu. 20 faizə qədər qiyməti artan avtomobillər var. Bu qərarın avtomobil parkının yenilənməsi üçün təsirinin isə zamanla olacağı bildirilir.

Aprelin sonlarından istismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı qadağan edilib. Bu qərarın verilməsinin səbəbləri sırasında bir neçə məqam qeyd edilmişdi. Ekoloji təmiz avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq, yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə avtomobil parkının yenilənməsi, köhnə avtomobillərdən havaya atılan zərərli maddələrin miqdarının azaldılması ilə ekoloji vəziyyətin yaxşılaşdırılması və s. Bu qadağa tətbiq ediləndə onun Azərbaycanın avtomobil bazarına, qiymətlərə təsiri də proqnozlaşdırılırdı. Qərarın tətbiqindən təxminən beş ay zaman keçib. Proqnozlar özünü nə dərəcədə doğruldur? İlkin təsirlər nələrdən ibarətdir?

BiG.AZ bildirir ki, "Kaspi" qəzeti məqalədə bu və digər suallara cavab axtarıb.

"Proqnozumuz özünü doğrultmadı"

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər deyir ki, bu qadağaya avtomobil bazarı sürətli reaksiya verdi:

"Qərarın tətbiqindən sonra avtomobil bazarında və insanlar arasında bir ajiotaj yarandı. Təxminən 3 faiz civarında qiymət artımı proqnozlaşdırırdıq. Proqnozumuz özünü doğrultmadı. Bahalaşma təxminən 5 faiz civarında oldu. Yay mövsümünün başlamasına baxmayaq, avtomobil bazarında iyun ayında may ayına nisbətən daha çox aktivlik müşahidə edildi".

Qərarın qarşıdakı dövrdə bazara təsirlərinə gəlincə, E.Cəfər bildirdi ki, iyul ayında ölkəyə gətirilən yeni avtomobillərin qiymətində 3-5 faiz bahalaşma olub:

"Bu, Azərbaycanın avtomobil bazarına bağlı məsələ deyil. Dünyanın aparıcı avtomobil istehsalçıları özləri də may ayında anons vermişdilər ki, yay mövsümünün ikinci yarısından yeni avtomobillərin qiyməti 3-5 faiz civarında yüksələcək. Köhnə avtomobillərin qiyməti hazırda stabildir".
Yeni avtomobillərin qiyməti dəyişməyib

Usta Dəniz Ağabəyli deyir ki, istehsal tarixi 2014-cü ilə qədər olan avtomobillərin qiymətində 20 faizə qədər artım var:

"Köhnə avtomobillər artıq Azərbaycana daxil olmayacağına görə, ölkədə həmin avtomobillərə müəyyən tələb yaranıb. Bu da qiymətlərə öz təsirini göstərib, həmin avtomobillərin qiymətində artım qeydə alınıb. Avtomobillərə görə, artım faizi dəyişir. Məsələn, 40 min manatlıq avtomobilin qiyməti 3-5 min manat artıb. 15-20 min manata ala biləcəyimiz avtomobil üçün indi 1,5-2 min manat daha artıq vəsait ödəməliyik. Qiyməti 20 faizə qədər artan avtomobillər də var. 2014-cü ildən sonra olan avtomobillərin qiymətində dəyişiklik yoxdur".

D.Ağabəyli bildirdi ki, qarşıdakı dövrdə köhnə avtomobillərin qiymətində xüsusi dəyişiklik gözlənilmir:

"Baş verən dəyişikliyə bazarın reaksiyasının olacağı gözlənilirdi, o da müşahidə edildi. Qiymət artımı davamlı gedə bilməz. Bundan sonrakı dövr üçün hər hansı qiymət artımı proqnozlaşdırmırıq. Bir müddət bu templə gedəcək. Ümumilikdə də avtomobil bazarında aktivlik zəifdir".

Köhnə avtomobillərə pul verməyin nə dərəcədə uyğun olub-olmadığına gəlincə, D.Ağabəyli bildirdi ki, insanlara "köhnə avtomobil almayın" demək olmaz:

"Bu, seçim məsələsidir. "Mercedes-Benz" "E" klass avtomobilləri 6-7 il əvvəl 12-15 min manata Azərbaycana gətirmişik. 6-7 il sürməyimizə baxmayaraq, həmin avtomobilin qiyməti 20 min manatdır. İtirdiyimiz bir şey yoxdur. Ancaq istənilən halda yeni, avro standartlara cavab verən avtomobilləri, elektromobilləri məsləhət görürük. Həm ekologiyanın təmizliyi üçün yaxşıdır, həm də dünyadakı yeniliklərlə ayaqlaşmalıyıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1447   Tarix: 24 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

30.10.2026 239
.

"Böyük İsrail" ideyası və Yaxın Şərqin demoqrafik reallıqları

Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə əsasən, Benyamin Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə oluns

30.10.2026 319
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30.10.2026 314
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30.10.2026 254
.

Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi

ABŞ-də qətldə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə çıxarılması zamanı qeyri-adi hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Oberlin şəhərində qeydə alınıb. Oberlin Kollecində incəsənət və fotoqrafiya professoru işləyən 64 yaşlı Pipo Nquyen-Duy və onun 5

30.10.2026 288
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30.10.2026 145
.

Tarixdə ilk yaşıl ulduz aşkarlandı

Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W

30.10.2026 204
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30.10.2026 170
.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

30.10.2026 280
.