"Fransanın fəallıq göstərərək özünü erməni dövlətinin hamisi kimi aparması qəbuledilməzdir"-DEPUTAT
Azərbaycan uzun müddətdir Ermənistan tərəfinin təxribatlarını sülh yolu ilə həll etməyə çalışıb. Qarabağda qeyri-qanuni silahlı erməni varlığına son qoymaq və konstitusiya quruluşunu bərpa etmək məqsədilə Azərbaycan antiterror əməliyyatlarını uğurla həyata keçirdi. Bununla belə, həm Ermənistan, həm də onun himayədarı olan Fransa beynəlxalq ictimaiyyətdə əsassız rəy yaratmaqda davam edir. Bunu biz Fransa prezidenti Emmanuel Makronun fransız kanallarına verdiyi müsahibəsində açıqladığı məqamlar ilə görə bilərik. Fransa prezidenti Emmanuel Makron müsahibəsində Azərbaycanın Ermənistana qarşı mümkün hücumundan narahat olduğunu bildirib. Eyni zamanda Bakının bu ölkənin ümumi sərhədini və ərazi bütövlüyünü təhdid etdiyini deyib. Moskva və Ankaranı, eləcə də Bakını ittiham edən Makron, "Bu gün Azərbaycanla şərik olan Rusiya, bu manevrləri hər zaman dəstəkləyən Türkiyə və sərhəd tanımayan, Ermənistanın sərhədlərini təhdid edən (Azərbaycan) hökuməti var" deyib.
Bununla bağlı BiG.AZ-a danışan deputat Bəhruz Məhərəmmov bildirib ki, Azərbaycan istər Vətən müharibəsində və son 3 ildə həyata keçirilən cəza tədbirlərində, istərsə də 23 saatlıq antiterror tədbirlərində beynəlxalq hüququn prinsiplərini, BMT Nizamnaməsini, o cümlədən beynəlxalq humanitar hüququ rəhbər tutaraq hərəkət edib. Azərbaycan Prezidenti dəfələrlə rəsmən bəyan edib ki, bizim hər hansı dövlətə, o cümlədən Ermənistana ərazi iddiamız yoxdur. Ermənistan və Azərbaycan ötən ilin oktyabrında və bu ilin mayında qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyıb:
"Vətən müharibəsindən sonra Azərbaycan davamlı şəkildə sülh ritorikasına üstünlük verir. Delimitasiya, demarkasiya prosesində faktiki olaraq yeganə israrlı tərəf Azərbaycan olub. Eyni zamanda, biz antiterror tədbirlərini özümüzün beynəlxalq hüquqla tanınan ərazilərimizdə həyata keçirmişik. Azərbaycan Qarabağın erməni əsilli sakinlərinə ən yüksək səviyyədə siyasi, hüquqi və təhlükəsizlik təminatı verib".
Deputat qeyd edib ki, belə olan halda Azərbaycanın antierməni mövqeyində, habelə mümkün eskalasiya məqsədi güdməsində təqsirləndirilməsi yolverilməzdir:
"Hətta Ermənistan belə bu fikirlərdə xüsusi ehtiyatla davrandığı bir şəraitdə Fransanın fəallıq göstərərək özünü erməni dövlətinin hamisi kimi aparması qəbuledilməzdir. 30 il ərzində regionda münasibətləri gərginləşdirməyə xidmət edən Fransa bu gün regionda yenidən fəallaşmaq cəhdləri ilə regiona, ələxsus Ermənistanın özünə müsbət heç nə vəd etmir.
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1455 Tarix: 25 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYuri Qusev: "Qarabağdakı sürətli bərpa işləri Ukrayna üçün nümunə ola bilər"
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində Qarabağa səfəri ilə bağlı paylaşım edib. xəbər verir ki, səfir paylaşımında regionda aparılan bərpa işlərinin yüksək tempinin Ukrayna üçün olduqca faydalı bir təcrübə olacağını qeyd edib. "Azərbaycan Prezidenti Administrasiyasını
21:30 92 Bu şəxslərin ailə üzvlərinə 400 manatlıq GÜZƏŞT EDİLƏCƏK
Milli Məclisin plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. -un məlumatına görə, layihədə minatəmizləyənlərin ailə üzvlərinə güzəştlər əksini tapıb. Belə ki, minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı ola
19:25 188 Ağcabədidə 38 yaşlı qadın BALTALANDI: ƏRİ saxlanıldı
Ağcabədi rayonunda ailə münaqişəsi zəminində ər arvadını öldürüb. BİG.AZ "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib. Ağdam rayonu Mərzili kənd sakini Ayaz Amanxan oğlu Səlimov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1978-ci il təvəllüdlü Nəzakət Vidad
17:35 223 NASA-nın Plutonla bağlı addımı: Doqquzuncu planet adı geri qayıdır?
NASA-nın yeni rəhbəri Cared İsakman 2006-cı ildə cırtdan planet kateqoriyasına salınan Plutonun statusunun bərpası üçün təşəbbüs göstərildiyini açıqlayıb. Senatda çıxış edən İsakman, kəşfçi Klayd Tombounun irsini qorumaq məqsədilə elmi ictimaiyyətdə geniş müzakirələrə yol açacaq addımlar atıldığını bildirib
14:45 146 Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 3 %-dən çox azalıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 190,285 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır. Hesabat dövründə qeyri-həyat sığortası növlər
21:40 93 Bir ay çəkən xilasetmə əməliyyatı: Balinanı dənizə barjanın köməyi ilə buraxdılar
Almaniyanın Baltik dənizi sahillərində təqribən bir ay dayaz sularda qalmış qozbel balina barjanı tərk edərək Şimal dənizinə buraxılıb. xəbər verir ki, bu barədə DPA agentliyi xilasetmə əməliyyatını həyata keçirən könüllülərə istinadən məlumat yayıb. Heyvanı daşınma prosesində müşayiət edən Yens Şvarkı
21:20 107 Bakı metrosunda bu cür oturanlar HƏBS OLUNACAQ - VİDEO
Metro və avtobuslarda yayxanıb oturan sərnişinlər cəzalanacaq. Paytaxt ərazisində ictimai nəqliyyat və metrodan istifadə edən sərnişinlər uyğunsuz davranışlar etdikləri halda, cəzalana bilərlər. İnzibati Xətalar Məcəlləsində bu hərəkətlər "xırda xuliqanlıq" adlanır. Belə davranan sərnişinlər
17:34 230 Makron Gümrüyə gedir: konsert və anım tədbirləri planlaşdırılıb
Fransa Prezidenti Emmanuel Macron mayın 5-də Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüyə səfər edəcək. Bu barədə Armenpress xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Gümrüdə yerləşən Vardanants meydanında Ermənistan-Fransa dostluğuna və mədəni əməkdaşlığın inkişafına həs
11:04 194 Ölkədə pensiya yaşı 60-a SALINIR?
Azərbaycanda aktual məsələlərdən biri olan pensiya sistemi ilə bağlı müzakirələr davam edir. Belə ki, sosial şəbəkələrdə vətəndaşlar müzakirə zamanı pensiya sistemində problemlərin olduğunu mövcudluğu və bu istiqamətdə müxtəlif dəyişikliklərə ehtiyac olduğunu qeyd edirlər. Əsasən pensiya yaşı, pensiy
16:04 201