Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalıda baş tutan görüşlə bağlı məlumat yaydı
2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.
Konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasından razılıq ifadə olunub.
Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov bundan sonrakı mərhələdə həyata keçiriləcək tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş erməni əsilli yaşlı sakinlərə ilkin tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanılırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması, onların ailə üzvlərinə və ya müvafiq tibb müəssisələrinə təhvil verilməsi təklif edilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
Təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospitalında səhiyyə xidmətləri Azərbaycan və erməni əsilli tibb heyəti tərəfindən birgə təşkil edilsin. Həmçinin Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılması təklif edilib.
Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub.
Bununla yanaşı, görüşdə Azərbaycan və erməni əsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb.
Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.
Görülmüş işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 832 Tarix: 25 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30.10.2026 215 Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi
ABŞ-də qətldə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə çıxarılması zamanı qeyri-adi hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Oberlin şəhərində qeydə alınıb. Oberlin Kollecində incəsənət və fotoqrafiya professoru işləyən 64 yaşlı Pipo Nquyen-Duy və onun 5
30.10.2026 288 Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar
Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir. Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa. Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb. Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hə
30.10.2026 270 ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ
Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb
30.10.2026 239 "Fənərbaxça"dan Messiyə 50 milyonluq TƏKLİF
"Fənərbaxça"nın dünyaca məşhur argentinalı futbolçu Lionel Messiyə illik 50 milyon avro maaş təklif etdiyi iddia edilib. Messinin təklifi rədd etməsinin səbəbinin atasının xəstəliyi olduğu deyilir. -ın xarici mediaya istinadən xəbərinə görə, "Fənərbaxça"nın transfer fəaliyyəti il
30.10.2026 245 Məktəblilər arasında zorakılıq halları ciddi narahatlıq doğurur: Məktəb təhlükəsizliyi və valideyn məsuliyyəti ön plana çıxmalıdır
Məktəblilər arasında bir-birinə qarşı fiziki və psixoloji zorakılıq hallarının baş verməsi cəmiyyəti narahat edən aktual problemlərdən biridir. Təhsil müəssisələri uşaqların yalnız bilik əldə etdiyi məkan deyil, eyni zamanda onların şəxsiyyət kimi formalaşdığı, sağlam ünsiyyət, qarşılıqlı hörmət, tolerantlı
30.10.2026 255 "Aliment uşağa verilən güzəşt deyil, valideynin qanuni borcudur" - Alimentin artırılması zərurəti gündəmdə
"Son dövrlər alimentin artırılması məsələsi cəmiyyətdə daha çox müzakirə olunmalı olan sosial problemlərdən biridir. Ölkədə ərzaq, geyim, təhsil, kommunal xidmətlər və digər gündəlik tələbat xərclərinin artması uşaqların maddi təminatı məsələsini daha da aktuallaşdırır. Bu reallıq fonunda illə
30.10.2026 254 Sahil Babayevə yeni müavin təyin edildi - Foto
Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy
30.10.2026 145 Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib
Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav
30.10.2026 205