Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim edib
Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, istehlakçı elektronikası üzrə dünyanın aparıcı istehsalçılarından biri olan Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim edib. Təqdimat sentyabrın 28-də Bakıdakı Fairmont otelində baş tutub.
Belə ki, Xiaomi mühəndisləri dünyaca məşhur premium fototexnika istehsalçısı olan Leica şirkətinin mütəxəssisləri ilə sıx əməkdaşlıq çərçivəsində yeniliklərin fotoimkanları üzərində işləyib.
"Xiaomi 13T və Xiaomi 13T Pro genişləndirilmiş proqram dəstəyi alacaq və 5 il ərzində mütəmadi olaraq yenilənəcəkdir" deyə, Xiaomi PR xidmətinin rəhbəri Daniel Dejarle bildirib.
Ən yüksək texniki xüsusiyyətlərə malik flaqman smartfonlar
Xiaomi 13T Pro üç kameradan ibarət peşəkar Leica optikasına malikdir: 50 MP əsas kamera (Sony IMX707 sensoru, yeddi linza və optik sabitləşdirmə sistemi), 50 MP teleobyektiv və 12 MP ultra geniş bucaqlı modul. Ön selfi kamerasının təsvir ölçüsü 20 MP-dir.
Premium smartfon ən son səkkiznüvəli MediaTek Dimensity 9200+ çipi üzərində qurulub və bütün tapşırıqlarda yüksək performansı təmin edir. Xiaomi 13T Pro proqramları sürətli yükləmək və işə salmaq üçün UFS 4.0 standartlı daxili yaddaş, 6.67 düymlük diaqonalı olan AMOLED displeyi və 144 Hz ultra yüksək yeniləmə tezliyi ilə təchiz olunub.
120 V komplekt enerji təchizatı bloku sayəsində 5000mAh həcmli batareya cəmi 19 dəqiqə ərzində 0-dan 100%-ə qədər dolur. Smartfon IP68 standartı üzrə nəm və tozdan qorunur, NFC kontaktsız məlumat ötürmə modulu, həmçinin Bluetooth 5.4 və WiFi 7 simsiz rabitəsini dəstəkləyən çiplər ilə təchiz olunub. Elektron SİM kartın - eSIM-in işi dəstəklənir.
Xiaomi 13T köhnə modelə bənzər xüsusiyyətlərə malikdir, lakin bir neçə xüsusiyyəti də var. Beləliklə, prosessor qismində səkkiznüvəli MediaTek Dimensity 8200-Ultra çipi çıxış edir, simli turboyükləmə gücü isə 67 V ilə məhdudlaşır (batareyanın tam dolma müddəti təxminən 42 dəqiqə təşkil edir).
Hədiyyələrlə birgə haradan almaq olar
Yeni flaqman smartfonu alan zaman Xiaomi sizə hədiyyələr də verir. Xiaomi 13T Pro alıcıları üçün klassik dizayna malik və sapfir şüşə ilə qorunan Xiaomi Watch S1 Active smart saatı hədiyyə şəklində hədiyyə edilir. Xiaomi 13T alıcıları üçün isə parlaq AMOLED ekranlı və 150-dən çox fəaliyyət növünü izləyən yeni Xiaomi Smart Band 8 fitnes qolbağı hədiyyə edilir.
Yeni məhsulları Kontakt Home, İrşad, Baku Electronics mağazalarından əldə edə bilərsiniz.
12 GB operativ yaddaşa və 256 GB daxili yaddaşa malik Xiaomi 13T smartfonu 1399.99 AZN, 12 GB operativ yaddaşa və 512 GB daxili yaddaşa malik Xiaomi 13T Pro smartfonu isə 1799.99 AZN-dir. Hər iki model göy, yaşıl və qara rənglərdə satışa buraxılıb.




Kontakt home URL - https://kontakt.az/az/xiaomi-13t-pro-12-512-gb-alpine-blue
İrşad URL - https://irshad.az/telefon-ve-aksesuarlar/mobil-telefonlar/xiaomi
Bake Electronics - https://www.bakuelectronics.az/search.html?query=Smartfon+Xiaomi+13T
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1208 Tarix: 29 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304