Xankəndini tərk edən ermənilərin boş qalan evlərinin taleyi necə olacaq? -AÇIQLAMA

Xankəndini tərk edən ermənilərin boş qalan evlərinin taleyi necə olacaq? -AÇIQLAMAAzərbaycanın vətəndaşlığını qəbul etməkdən imtina edərək Qarabağı tərk edən ermənilərin sayı 80 mini ötüb. Onlar özləri könüllü olaraq həm avtobuslarla, həm də şəxsi avtomobilləri ilə Qarabağı tərk edib Ermənistana gedirlər. Erməni əsilli şəxslərin Ermənistana sərbəst keçidi üçün şərait yaradılır. Bəs Xankəndini tərk edən ermənilərin boş qalan evlərinin taleyi necə olacaq?

Bununla bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki,1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi başlandı və 10 minlərlə azərbaycanlı öz yurd yuvalarından məcburi köçkün düşdülər:

"Onların bir qismi Bakı, Sumqayıt və Azərbaycanın müxtəlif bölgələrində salınan yataqxanalarda, çadırlarda və vaqonlarda qaldılar. Bir hissəsi isə şəhərdə boş qalmış evlərdə yaşamağa başladılar. Vətəndaşlarımız hansı evlər boş idisə məcburən orada sığındılar. Həmin dövrdə bir qanun layihəsi hazırlandı.Hazırlanan qanun layihəsinə görə məcburi köçkünlər hansı evdə sığınmışdısa torpaqlar alınana qədər orada yaşamalıdırlar. Yəni torpaqları işğal olunan sodaşlarımıza sığındıqları evdə yaşama hüququ verildi. Amma o əmlakların məcburi köçkünlərin adına rəsmiləşdirilməsinə icazə verilmədi. Bununla belə dövlətimiz məcburi köçkünlərin yaşaması üçün böyük şəhərciklər tikdi. Məcburi köçkünlərimiz yenitikili binalar, təmirli evlərlə təmin edildi. Lakin o evlərə belə mülkiyyət hüququ verilməyib. Yalnız yaşama hüququ ilə bağlı müqavilə bağlanılıb. Çıxarış verilməyib. Dövlətimiz vətəndaşlarımıza belə özgənin evini özəlləşdirməyə icazə verməyib".

Ekspert bildirib ki, Qarabağda yaşayan ermənilərə biz baxsaq 44 günlük Vətən müharibəsindən sonra regionda yasayan ermənilərin əksəriyyəti oradan gedib:

"Söhbət burada yerli, yəni orada yaşayan ermənidən gedir. Qarabağı tərk edən ermənilərə nəzər yetirsək görərik ki, böyük əksəriyyəti Rusiya və İrəvandan vətəndaşıdır. Yəni Qarabağda sonradan yaşayanlardır. Onlar sonradan gəlmə olduqları üçün də yaşadıqları evlərin əksəriyyəti Qarabağda yaşayan azərbaycanlılara aiddir. Qarabağda ev tiksələr belə torpaq onların deyil. Həmin torpaqlar Azərbaycanın torpağıdır. Yalnız 90-cı ildən əvvəldən orada yaşayan ermənilərə mülkiyyət hüququ verilə bilər. Yəni yerli və yaşadığı evin sahibi olan ermənilərə. Qarabağda yaşayan ermənilər azərbaycanlıların evlərinə məcburən giriblər".

Ekspert qeyd edib ki, ermənilər Azərbaycanın boş torpaq sahələrinə əmlaklar tikiblər:

"Xüsusilə, Xankəndi ərazisində bu hallar mövcuddur. Təbii ki 2020-ci ildən bu günə qədər ermənilər kütləvi halda, 3 dəfə öz əmlaklarını satışa çıxardılar. Söhbət Xankəndidəki evlərdən gedir. Ermənilər evləri fantastik qiymətə satışa çıxarıblar. Ermənilər yaxşı bilirlər ki, bu evləri heç kim ala bilməz. Çünki artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ərazi Azərbaycanın olduğu üçün satışda qanunvericiliyə uyğun aparılmalıdır. 2020-ci ildən sonra ermənilərə verilmiş bütün sənədlər artıq öz hüququ əsasını itirib. İstər çıxarış, istər tələblər olsun. Çünki dəfələrlə onlara müraciət olunub ki, siz bu Azərbaycan vətəndaşlığını alın və yaşayın. Bu nə deməkdir? Bu o deməkdir ki, tək onların yaşamaq hüququ əldə etməsi demək deyil. Həmdə onların əmlaklarının Azərbaycan qanunvericiliyinə uyğun olaraq adlarının rəsmiləşdirilməsi idi".

Elnur Fərzəliyev sözlərinə görə, ermənilər təkliflərimiz ilə razılaşmayıblar və evləri satışa çıxarıblar:

"Bir halda ki, sənin heç bir yerə çıxışın yoxdu. Sən Azərbaycan ərazisindəsən və başında Rusiya sülhməramlısı var. Bundan əlavə sən Azərbaycan ərazisindəsən və hansı rəsmi sənədlə, pulla alqı-satqı edirsən. Onlar bilirlər ki, bu əmlakların satışı mümkün deyil. Ermənilərin aşadıqlar evlər üzərində heç bir mülkiyyət hüququ yoxdur. Çıxıb gedən ermənilərin evləri birbaşa Azərbaycan əmlakıdır. Ən qısa müddətdə həmin evlərə vətəndaşlarımızı köçürməliyik. Bütün arxiv araşdırılır, çıxarılır. Bu gün ermənilərə o evlər verilə bilməz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2953   Tarix: 29 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.