Azərbaycan əsgərinin şəhid olduğu formada ərgən kimi "like" ardınca qaçan məmur

Azərbaycan əsgərinin şəhid olduğu formada ərgən kimi "like" ardınca qaçan məmurMəlum olduğu kimi, hazırda Qarabağ bölgəsinin erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyası dövrü başlayıb. Prosesin sürətli, problemsiz və Azərbaycan Respublikasının qanunları əsasında baş tutmasının tərəfdarı olan Azərbaycan sakinlərə öz təkliflərini edib. Məlumdur ki, gedənlər də Ermənistanda bir o qədər xoş qarsalamırlar. Bunun obyektiv və subyektiv səbəbləri var. Ən azından onu demək olar ki, daxildən parçalanmış Ermənistanda "Qarabağ ermənisi" və "İrəvan ermənisi" qarşıdurması uzun illərdir davam edir. Amma əsas məqam bu deyil. Azərbaycan sülh əlini 30 ildir destruktiv mövqe sərgiləyən Ermənistana uzatmaqda davam edir. Bu, milli kimliyimizin siyasətdə əks olunan simasıdır. Hazırda iki ölkə arasında danışıqlar davam edir. Buna baxmayaraq, ermənilər hər yerdə öz "tarixi torpaqlarından", "dədə-baba yurdlarından" qovulduqlarını, deportasiya məruz qaldıqlarını car çəkirlər. Belə bir zamanda Azərbaycan tərəfi həm səbirlə, həm də məntiqlə öz mövqeyini göstərir. İki ölkə arasında yenidən müharibəni olmaması və tez bir zamanda sülh müqaviləsinin bağlanması üçün addımlar atır. Bu addımlardan vacib olanı isə təbii ki, erməniəsilli vətəndaşların Azərbaycan daxilində qanuni şəkildə, digər millətlər kimi, bu ölkənin vətəndaşlarının hüquqlarına sahib olmaqla yaşamasını təmin etməkdir.

Belə həssas məqamda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov sosial şəbəkələrdə Xankəndidə çəkilmiş fotosunu paylaşıb. Foto şəhərin girişindəki "Nənə və baba" abidəsinin qarşısında çəkilib. Abidənin üzərində Azərbaycan bayrağı vurulub.

Belə bir incə məqamda bu cür paylaşım etmək nə qədər doğrudur? Bu addım kifayət qədər gərgin olan mühiti bir az da alovlandıra bilər. Durduq yerə belə qıcıqlandırıcı post paylaşmağın hansı məntiqi əsası var, anlamaq çətindir sözün düzü. Və ən əsası, bu addım sənə nə qazandırdı? Sosial şəbəkə hesabında "like"? Yoxsa, "hər kəsin şəkili var, mənim niyə olmasın?" prinsipini əldə bayraq tutaraq axmaq qərar vermək bacarığı.

Üstəlik mülki bir şəxsin hərbi mundir geyinib Xankəndindən şəkil paylaşması nə mənəvi, nə də hüquqi tərəfdən doğrudur. Axı bu günlərdə ölkəmiz keçirdiyi lokal xarakterli antiterror tədbirlərində 204 şəhid verib. O formanı geyinən hər bir şəhid geriyə baxmadan, yağı düşmən üzərində qələbənin xəyalını quraraq canından keçib. Canından keçib ki, həm Qarabağ azad olsun, həm bu torpaqlarda Azərbaycanın müqəddəs üçrəngli Bayrağı dalğalansın, həm də gələcək günlərdə mülki şəxslər bu torpaqlarda 30 il öncəki kimi normal həyatlarını yaşasınlar. O formanı geyinənlər bu ali dəyərlər, bu ulu məqsədlər üçün düşünmədən canlarından keçiblər. İndi belə bir məqamda mülki şəxs olaraq necə formanı geyinib poz verərək şəkil çəkdirə bilirlər? Həm də şəhidlərin qanı qurumamış.

Bu heç bir halda erməni təəssübkeşliyi deyil, əksinə, bu Azərbaycan əsgərinə verilməli olan dəyərin bir daha ön plana çıxardılmasıdır. Həmçinin orada yaşayan ermənilərə verilən mesajdır ki, necə ki, Azərbaycan Bakının mərkəzində erməni kilsəsini illər boyu toxunulmaz şəkildə saxladı, elə indi də Qarabağdakı tarixi abidələri, kilsələri və sənin üçün dəyərli olan tikililəri qorumağa davam edəcək. Yetər ki, bu absurd iddialardan əl çək və birgəyaşayış normaları çərçivəsində, rahat şəkildə bu torpaqlarda yaşa. Bütün bu çağırışların fonunda kifayət qədər məsuliyyət və siyasi savad tələb edən vəzifədə çalışan birinin belə bir addım atması ən yumşaq tərzdə desək, anlaşılan deyil.

Onu da qeyd edək ki, öz mənbələrimizdən aldığımız məlumata görə, bu hadisə Prezident Aparatında da olduqca pis qarşılanıb. Təbii ki, bu da anlaşılandır. Dövlətin siyasi xəttini heçə sayan, bu qədər əziyyət və səyləri axmaq bir qərarla puç edən birinə qarşı münasibət başqa cür ola da bilməz. Bununla bağlı ciddi tədbirlərin görüləcəyi bildirilib!

Qeyd edək ki, Araz İmanov sabiq deputat, AMİP partiyasının sabiq sədr müavini, professor - Nazim İmanovun oğludur./Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1567   Tarix: 29 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.