Üzüm qırışdı, saqqalım ağardı, amma... - Zaur hər şeyi danışacağını dedi
Tezliklə sizinlə görüşə gəlirəm. Həyəcanlıyam, o qədər də sevincliyəm. Qulluğunuzda dayanmaq başqa zövqdür. Nə yaxşı ki, mənimləsiniz. 22 ildir kədəriniz ağrım, sevinciniz qürurum oldu. Hər zaman empati qurdum, hiss etdim, dərdinizi dərdim bildim, yorulmadım. Bu yolda qapan, tutan, vuran oldu, amma yıxılmadım. Məni öldürməyənlər məni bərkitdi.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Zaur Baxşəliyev instaqramda yazıb. Yeni mövsüm barədə "Bizimləsən" verilişin anonsunu paylaşan aparıcı sənət yolunda qarşılaşdığı çətinlikləri izləyiciləri ilə bölüşüb.
"Hər zaman bir nəfəs qədər yaxın oldum, bunun üçün çalışmadım, çünki mən belə doğuldum. Bəlkə də uşaqlıq itkilərim məni bu qədər empati qurmağa vadar elədi. Bu kadrlarda 22 illik tv həyatımın tam 12 ilinin qısa özəti var. Üzüm-gözüm qırışdı, saçım saqqalım ağardı, amma ruhum, düşüncəm, baxışım dəyişmədi. Böyüdüm, amma uşaq saflığımı Allah məndən almadı. Qarşıma çıxan bütün maneələri sınaq kimi qəbul etdim. Onların yaxşı tərəfini pay götürdüm. Güldüm, şükr etdim. Hər addımda Allahı unutmadım. Dünyanın faniliyini, adiliyini, eniş-yoxuşunu hiss etdim, dərk etdim, ən əsası qəbul etdim. Mənə heç nə rahat olmadı. Olmayacağına da əminəm. Bunun subyektiv səbəblərini zamanı gələndə detallı şəkildə sizə danışacağam. Heç vaxt rahatlıq görməsəm də, narahat etdiyimin də fərqindəyəm. İnşallah tezliklə gəlirik... Dərdlərinizin həllində hər zaman olduğu kimi yenə də varam. Bizimləsiniz", - Zaur qeyd edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14.10.2026 810 4 ildən sonra bu seriala çəkiləcək
Türkiyəli aktrisa Leyla Ferayın yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktrisa "Muhtemel aşk" serialında çəkiləcək. O, layihədə "Kader" obrazını canlandıracaq. Qeyd edək ki, layihənin baş rolları Ekin Koç və Ayça Ayşin Turana həvalə olunub. Leyla sonuncu dəfə 4 il əvvə
18.10.2026 762 "Ən bahalı müğənnisən, sənin yerinə utandım"
"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"
30.10.2026 1 Gülüstan Əliyeva 8 illik fasilədən sonra qayıdır
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonr
24.10.2026 441 "Ən kəskin baltalar sapı özümüzdən olanlardır"
Aparıcı Vüsalə Əlizadə ikiüzlü insanlardan gileylənib. Axşam.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib:. "Üzümüzə gülüb, can deyənlər. Üzdə mələk, içi fəsad olanlar. Ən kəskin baltalar sapı özümüzdən olanlardır"
17.10.2026 531 "Sakitliyim xəbərsizliyim deyil"
"Mən hadisələri kənardan sakit və həlim baxışlarla izləməyi sevirəm. Çünki bilirəm, zaman ən gözəl cavabı verən, həqiqəti ən səssiz şəkildə üzə çıxaran hakimdir". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş sosial şəbəkədəki paylaşımında yazıb. O, bəzi həqiqətlərin zamanla üz
17.10.2026 508 Halit Ergenç və Məryəm Üzərli Misirdə
Məşhur aktyorlar Halit Ergenç və Məryəm Üzərli Misirdə keçirilən "El Gouna Film Festivalı"na birgə qatılıblar. Axşam.az xəbər verir ki, aktyorlar "İmrozda bahar" filminin dünya premyerasında iştirak ediblər. Ekran işi festivalın 9-cu buraxılışı çərçivəsində təqdim olunub. Qeyd edə
21.10.2026 612 Ana olduqdan 9 ay sonra öldü
Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu
20.10.2026 941 "Bu, özümüzlə üzləşməkdən daha asandır"
"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir
18.10.2026 628