Arıqlamaq üçün mədəkiçiltmə əməliyyatı keçirən MƏŞHURLARIMIZ – SİYAHI

Arıqlamaq üçün mədəkiçiltmə əməliyyatı keçirən MƏŞHURLARIMIZ – SİYAHIArıqlamaqla bağlı metodlar hər zaman marağa səbəb olub. İstər keçmiş, istərsə də, indiki dövrümüzdə bu proses daim gündəmi zəbt etməyi bacarıb.

İnsanlar arıqlamaq üçün bir çox üsullara əl atır. İdman, arıqlama çayları, detoks suları, müxtəlif növ pəhrizlər və s...

Müasir dövrümüzdə bu üsullar davam etsə də, bəzi insanlara bunları etmək çətin gəlir. Buna görə də insanlar mədəkiçiltmə əməliyyatı ilə artıq çəkidən qurtulmağa üstünlük verməyə başlayıb.
Əməliyyat ilə artıq çəkidən qurtulub, formaya düşən, səhhətində müsbət dəyişikliklər edən tanınmış simalar da az deyil. Yerli şou-biznesdə də belə məşhurlarımız var.

Lent.az bu haqda araşdırma apararaq həmin məşhurları müəyyənləşdirib.

Həmin siyahını təqdim edirik:

Siyahıda ilk olaraq Murad Dadaşov yer alır. Əməkdar artist Bakıda yox, xarici ölkədə əməliyyat etdirib. Özü etiraf etdiyi kimi, həyatında ilk dəfə 3 rəqəmli çəkidən - 130 kq-dan 2 rəqəmli çəkiyə - 95 kq-a düşüb.

İkinci pillədə xalq artisti Fidan Qasımova yer alır. Bakıda özəl klinikaların birində gizli əməliyyat etdirsə də, xəbər mətbuatda yayılmışdı. Əməliyyatdan sonra 36 kiloqram arıqlayan sənətkar bu mövzuda danışmağı sevmədiyini qeyd edib.

Siyahıda yer alan məşhurlardan biri də əməkdar artist Nahidə Orucovadır. O, artıq çəkisi ucbatından illərlə çəkdiyi əziyyətləri bir əməliyyatla geridə qoyduğunu bildirib.

Emma Ələkbərzadə də bu üsul ilə arıqlayan məşhurlar arasındadır.

O, əməliyyat olaraq artıq çəkilərindən azad olduğunu qeyd edib. Sənətçi eyni zamanda "Yeriməyi sevirəm. Əsas ayaqqabılarım və geyimlərim rahat olsun. Avtomobildən uzağam, mənimki yeriməkdir", deyib.

Qardaş ölkə Türkiyədə də mədəkiçiltmə əməliyyatı etdirən bir çox məşhurlar var.

Bunlardan biri məşhur müğənni Linetdir. O, bu əməliyyatı etdirərək 40 kilo arıqladığını bildirib.

Məşhur müğənni Fatih Ürek də bu üsul ilə arıqlayanlar arasındadır. Müğənni 2 ayda 30 kilo arıqlayıb.

Pəhriz və idmanın nəticə vermədiyini görüb əməliyyat etdirən məşhurlardan biri də Çiçek Dilligil olub. Məşhur 30 kilo arıqladığını deyib.

İllərdi artıq çəkidən əziyyət müğənni İşın Karaca da bu yolla özünü formaya salmağı bacaran məşhurlardandır. O, 115 kq-dan 60 kiloya düşüb.

Məşhur aktrisa Pelin Öztekin də mədəkiçiltmə əməliyyatı keçirdərək 6 ayda 158 kilodan 100 kiloya düşüb. 29 yaşlı aktrisa formasını qorumaq üçün mütəmadi olaraq idmanla məşğul olduğunu deyib.

Siyahının sonuncu məşhuru aktrisa Esin Gündoğdudur. O, əməliyyat olaraq 138 kilodan 72 kiloya enib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2784   Tarix: 30 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı

Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyeva ötən gün xəstəxanaya yerləşdirilib. Aktrisa Axşam.az-a açıqlamasında səhhəti barədə məlumat verib. O bildirib ki, hazırda xəstəxanadadır və müalicəsi davam edir. N. Allahverdiyeva qeyd edib ki, onda qəfil qan təzyiqi krizi (hipertenziv kriz) yaranıb:

24.10.2026 466
.

"Bu, özümüzlə üzləşməkdən daha asandır"

"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir

18.10.2026 628
.

"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı

"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind

28.10.2026 396
.

Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb

Qazaxıstanda həbs edilən tanınmış ifaçı Navai (Nəvai Bəkirov) hazırda olduğu Taraz şəhərindəki istintaq təcridxanasında yeni treklər (mahnılar) yazmağa başlayıb. -ın "TengriNews"a istinadən xəbərinə görə, bu barədə sənətçinin vəkili Rəna Kərimova məlumat verib. Vəkilin sözlərinə görə, müğənn

18.10.2026 622
.

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını

29.10.2026 426
.

İzzet Yıldızhan qətl işi üzrə bəraət aldı

Türkiyəli müğənni İzzet Yıldızhan futbolçu Kubilay Kaan Kundakçının qətlə yetirilməsi ilə bağlı məhkəmə işində bəraət alıb. Axşam.az xəbər verir ki, İstanbulda keçirilən məhkəmə prosesində sənətçinin üzərinə atılımış ittihamlarla bağlı bəraət qərarı verilib. Qeyd edək ki, 21 yaşlı futbolçu Kubilay Kaa

17.10.2026 517
.

"O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir"

Əməkdar artist Lalə Məmmədova boşanma ərəfəsində yaşadığı çətin günlərdən, övladlarından və şəxsi həyatından danışıb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Fruktoviy çay" yutub layihəsində açıqlama verib. Sənətçi boşanma ərəfəsində həyatının ağır dövrünü yaşadığını bildirib:. "Boşanm

17.10.2026 491
.

Bunun üçün 4 milyon ödəyib

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy

25.10.2026 525
.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o

25.10.2026 805
.