Pomidoru qəfil bahalaşdıran nədir? - ARAŞDIRMA

Pomidoru qəfil bahalaşdıran nədir? - ARAŞDIRMASon günlər bazarlarda pomidor kəskin şəkildə bahalaşıb. Əvvəl kiloqramı 2-3 manata olan pomidor hazırda alıcılara 5-6 manata təklif olunur. Satıcılar deyirlər ki, əvvəlki illərdə payızda pomidorun qiyməti heç vaxt belə olmayıb. Hətta qışda belə "bundan ucuz olurdu" deyənlər də var. Bəs bu il nə baş verdi ki, pomidor birdən-birə bu qədər bahalaşdı?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bahalaşma müvəqqətidir?

İqtisadçı Cəfər İbrahimli bahalaşmanı mövsüm ilə əlaqələndirir:

"Keçən ilin eyni dövrü ilə müqayisədə bu il qiymətlər həqiqətən çox yüksəkdir. Azərbaycan pomidoru Rusiya bazarına ixrac olunur. Amma builki rəqəmlərə baxdığımız zaman keçən ilin eyni dövrü ilə müqayisədə ixracda demək olar ki, dəyişiklik yoxdur. Yəni məhsul xarici bazarlara getməyib. Daxildə qiymətin bu cür dəyişməsi isə göstərir ki, bazara çıxan məhsul həddindən artıq azdır. Bunun da az olmasının səbəbi açıq tarlada becərilən məhsulun azlığıdır. Böyük ehtimalla istixanalardakı pomidorun bazara çıxmasında gecikmələr baş verib. Bununla bağlı olaraq qiymətlər qısa müddətlik belə arta bilər. Burada başqa səbəbin olması mümkün deyil".

İnflyasiya səbəb deyil

C.İbrahimlinin fikrincə, inflyasiya olsa da, bu qədər qiymət artımına səbəb ola bilməz: "Düzdür, keçən illə müqayisədə inflyasiya da müşahidə olunur. Xərclərdə, maya dəyərində, məhsulun istehsalında, hər yerdə müəyyən qədər qiymətlərin artımı görünür. Amma inflyasiya bu qədər kəskin qiymət dəyişməsinə səbəb ola bilməz. İqtisadi olaraq bəlli bir dönəm üçün, mövsümlə əlaqədar olaraq məhsul təchizatında azalma olduğunu düşünürəm".

Bazara çıxış imkanları məhduddur

İqtisadçı Pərviz Heydərov isə dedi ki, bahalaşmada son vaxtlar havaların yağmurlu keçməsi, bəzi regionlarda sellərin müşahidə olunması da rol oynaya bilər. Amma bu, əsas faktor ola bilməz:
"Sentyabrın əvvəlində yağışlar çox oldu. Müəyyən təbii amillər də iş prosesinə təsir etdi. Amma bu, o qədər də uzun müddət davam etmədi. "Haranısa sel suları apardı, aqrar istehsal ilə məşğul olanların məhsulunu dolu, külək məhv etdi, ona görə qıtlıq yaranıb", - demək düzgün olmaz. Düzdür, yağışlar məhsuldarlığa ziyan vurub, amma ölkədə elə irimiqyaslı bir təbii fəlakət baş verməyib. Ona görə də bahalaşmanı sırf bununla əlaqələndirmək düzgün deyil. Həm də bu cür təbiət hadisələri əvvəlki illərdə də baş verib. Amma belə qiymət artımı müşahidə edilməyib. Bu məhsulun qiymətinin baha olmasına heç də qıtlıq, az olması səbəb deyil. Səbəb sırf bazara çıxış imkanları ilə əlaqədardır".

Ekspert qeyd etdi ki, fermerlər bu məhsulların bir qismini daxili bazarlara verməkdə çətinlik çəkirlər:

"Hazırda bazarlara məhsul çıxarmaq əlçatan deyil. Fermerlərin əlində külli miqdarda məhsul qalıb. Bazara çıxara bildiklərini də baha qiymətə satmağa çalışırlar. Tələb və təklif nisbəti arasında problemlər ortaya çıxdığından qiymətlərdə bu cür yüksəlmələr müşahidə olunur. Bu problemin gələcəkdə də davam edəcəyi gözlənilir. Yaxşı olardı ki, hökumət bu subyektiv problemləri həll etmək üçün müvafiq tədbirlər görsün".

Kəskin bahalaşma olmayacaq

P.Heydərovun fikrincə, son bir aydır inflyasiya da yüksəlməyə başlayıb, bunun da səbəbi enerji daşıyıcıları ilə bağlıdır: "Bahalaşma və ya ucuzlaşma haqqında dəqiq fikir söyləmək mümkün deyil. Çünki inflyasiya son aylarda səngiyib. Amma səngimə sürətli olduğu üçün yenidən bahalaşmanı müşahidə edə bilərik. Çünki bir ara dünyada enerji daşıyıcılarının qiyməti ucuzlaşdı. Bu da dünyada ərzaq, istehlak bazarında qiymətlərin aşağı düşməsinə şərait yaratdı. Amma son bir aydır yenidən enerji qiymətləri yüksəlməyə başlayıb. Yəni, ucuzlaşma müşahidə ediləcəyi gözlənilmir. İstixana pomidorlarına gəldikdə, qiymətin aşağı düşəcəyini proqnoz etmək mümkün deyil. Bunu yalnız qarşıdakı aylarda görə bilərik. Amma kəskin bahalaşma olacağını da söyləmək olmaz".

İqtisadçı Rəşad Həsənov isə hesab edir ki, bahalaşmanın müxtəlif səbəbləri ola bilər. "Çox güman ya təchizatda problem var, ya da Rusiya bazarlarına daha çox məhsul daşınır", - deyə o bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 979   Tarix: 01 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

21:00 182
.

Qızıl bahalaşdı

Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli

20:15 166
.

Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib

Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav

21:15 160
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli birliyinin və əbədi qürurunun təcəssümü

Azərbaycan xalqının tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimdəki bir tarixlə məhdudlaşmır. Bu günlər xalqın milli yaddaşına, dövlətçilik salnaməsinə və gələcək nəsillərin düşüncəsinə əbədi həkk olunur. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir

12:19 346
.

"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"

21:30 149
.

Pentaqondan NATO müttəfiqlərinə Rusiya ilə bağlı çağırış

Pentaqon bir neçə NATO üzvü olan ölkədən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı xahiş edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Litva, Latviya və Estoniya ABŞ-dan ictimai açıqlamalarını məhdudlaşdırmaqla bağlı mesaj alan ölkələr sırasındadır. Bu çağırışla

11:08 233
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

22:45 72
.

Arvadının xəyanətini görüb dəhşətli qətl törətdi

ABŞ-də xəyanətlə üzləşən kişi dəhşətli cinayət törədib. xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Kaliforniya ştatının Anahaym şəhərində qeydə alınıb. 34 yaşlı İsmayel Pinedalopes işdən evə tez qayıdarkən həyat yoldaşını 28 yaşlı Nikolas Qarsiya ilə yataq otağında görüb. Qarsiyanı

18:30 250
.

Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi

ABŞ-də qətldə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə çıxarılması zamanı qeyri-adi hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Oberlin şəhərində qeydə alınıb. Oberlin Kollecində incəsənət və fotoqrafiya professoru işləyən 64 yaşlı Pipo Nquyen-Duy və onun 5

18:15 260
.