Bayden hökumətin müvəqqəti maliyyələşdirmə layihəsini dəstəkləyib
ABŞ Prezidenti Cozef Bayden Senat (yuxarı palata) və Nümayəndələr Palatasının (aşağı palata) ardınca Ukraynaya yardımı ehtiva etməyən hökumətin maliyyələşdirilməsinin 45 gün müddətinə uzadılması layihəsini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət başçısının Ağ evin saytında dərc olunmuş bəyanatında bildirilib.
"Bu gecə Nümayəndələr Palatasında və Senatda iki partiyalı əksəriyyət milyonlarla zəhmətkeş amerikalıya lazımsız ağrılar gətirəcək gərəksiz böhranın qarşısını alaraq hökuməti açıq saxlamağın lehinə səs verib. Bu qanun layihəsi xidmətdə olan hərbçilərin maaş almağa davam edəcəyini, səyahət edənlərin hava limanında gecikmələrdən xilas olmasını, milyonlarla qadın və uşağın həyati vacib qida yardımına çıxışını davam etdirməsini və s. təmin edir. Bu, Amerika xalqı üçün yaxşı xəbərdir.
Amma aydınlıq gətirmək istəyirəm: biz heç vaxt bu vəziyyətə gəlib çıxmamalı idik. Cəmi bir neçə ay əvvəl spiker Makkarti (Nümayəndələr Palatasının Sədri Kevin Makkarti – red.) ilə mən məhz bu cür süni şəkildə yaradılmış böhranı qabaqlamaq üçün büdcə razılaşması əldə etdik. Həftələr boyu Nümayəndələr Palatasının ifrat respublikaçıları milyonlarla amerikalı üçün dağıdıcı olacaq kəskin ixtisarlar tələb edərək bu razılaşmadan uzaqlaşmağa çalışıblar. Onlar uğursuzluğa düçar olublar.
Spiker və Konqresin böyük əksəriyyəti Ukraynanı dəstəkləməkdə qətiyyətli olsalar da, bu razılaşmada bu dəstəyi davam etdirmək üçün yeni maliyyələşdirmə yoxdur. Biz heç bir halda Amerikanın Ukraynaya dəstəyinin kəsilməsinə icazə verə bilmərik. Çox ümid edirəm ki, spiker Ukrayna xalqına sadiqliyini qoruyacaq və bu kritik anda Ukraynaya kömək etmək üçün lazım olan dəstəyi təmin edəcək", - bəyanatda qeyd olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 669 Tarix: 01 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789