İtkin Natiqin hekayəsi, şəklini "tanımayan" Balasanyan: "Doğradılar..." - Şok

İtkin Natiqin hekayəsi, şəklini "tanımayan" Balasanyan: "Doğradılar..." - Şok1992-ci ildə Ağdamın Pirlər kəndində 5 gün kilsədə qalıb ermənilərlə təkbaşına döyüşən, sonda Xocalı əsirlərinin öldürülməməsi üçün təslim olan Natiq Qasımovun hekayəsini təqdim edirik.

Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdıb. Elə həmin il də könüllü olaraq cəbhəyə gedən Natiq 1992-ci ildə Ağdamın Xramort kəndindəki kilsədən əsir alınıb.

İtkin Natiqin hekayəsi, şəklini "tanımayan" Balasanyan: "Doğradılar..." - Şok(Kilsə)

Onun məşhur şəklini yəqin ki, çoxları görüb. Əlində bayrağımızla iki erməninin əhatəsində gedir. Sözügedən fotonu italyan hərbi fotoqraf Enriko Sarsini çəkib. Natiq Əsgərana aparılır və orada dindirilir. Dindirilmə səhnəsindən də fotolar var.

İtkin Natiqin hekayəsi, şəklini "tanımayan" Balasanyan: "Doğradılar..." - ŞokTeleqraf.com xatırladır ki, britaniyalı rejissor və ssenari müəllifi Karan Sinqh Natiq Qasımovun həyatından bəhs edən sənədli film çəkib.

Böyük Britaniyanın "Broken Pot Media" şirkətinin istehsalı olan "Oğul" sənədli araşdırma filmi Natiqi dindirən şəxsin Xocalı qatili Vitali Balasanyan olduğunu üzə çıxarıb. Vitali Balasanyan isə bu faktı təkzib edib.

Karan Sinqh üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır.
İtkin Natiqin hekayəsi, şəklini "tanımayan" Balasanyan: "Doğradılar..." - ŞokKaran Sinqh Vitali Balasanyandan münaqişə dövründə əsirlərlə necə davranılmasını danışmasını təkidlə xahiş edir: "Birincisi, kimisə əsir saxlamaq çətindir. İkincisi, əsir təhlükə deməkdir. Əsirlikdən qaçmağa çalışan adam öldürülə, ya da bizimkilərdən kimisə öldürə bilər. Əgər bir adam əsir kimi qeydiyyatdadırsa, niyə onun öldürülməsinə görə başımız ağrımalıdır? Ya da onun bizim adamlarımızı öldürməyinə görə başımız ağrımalıdır... Gördüyünüz kimi, əsir istənilən halda təhlükə mənbəyidir. Hətta insan haqları təşkilatları, eləcə də beynəlxalq konveksiyalar amilini nəzərə alsaq da, bu fakt dəyişmir".

Rejissor fotoqraf Enriko Sarsininin Natiqi əsir götürməsi və erməni hərbiçiləri tərəfindən dindirilməsi zamanı çəkdiyi şəkilləri Vitali Balasanyana göstərir. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımov adlı əsiri xatırlaya bilmədiyini söyləyir: "Bu ad doğurdan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur. Çünki biz bu məsələlərə çox ciddi yanaşırıq. Əsirlər bizim həbsxanalara düşən kimi, Beynəlxalq Qırmızı Xaç Komitəsi onları qeydiyyata götürürdü. Biz dərhal Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlayırdıq və əsirlər bu təşkilatın nəzarətinə verilirdi".

Balasanyan bununla belə, Sarsinin çəkdiyi fotoşəkillərdən erməni hərbiçilərinin bir neçəsini tanıyır. O, iki hərbiçinin onun əsgəri olduğunu təsdiqləyir, amma Natiq Qasımov nədənsə onun yadına düşmür: "Biz yəqin ki, Natiqi təhvil vermişik. Özü də təkcə Natiqi yox, elə hamısını. Mən sonrakı vəziyyətə görə cavabdeh deyiləm. Əgər öldürdüklərimiz olubsa da, onların nəşini təhvil vermişik. Mən "əgər" sözünü vurğulamaq istəyirəm. Çünki biz öldürməmişik".
İtkin Natiqin hekayəsi, şəklini "tanımayan" Balasanyan: "Doğradılar..." - Şok(Vitali Balasanyan)

Maraqlıdır ki, general sorğu zamanı Natiqlə üzbəüz əyləşən və xüsusi nəzərə çarpan gənc zabiti də, deyəsən, tanımır. Rejissor Balasanyanın öz fotosunu özünə göstərib onun kim olmasını soruşur: "Bu haqda heç bir məlumatım yoxdur. Heç bir məlumatım. Heç nə deyə bilmərəm". Yəni özünü tanımır...

İtkin Natiqin hekayəsi, şəklini "tanımayan" Balasanyan: "Doğradılar..." - ŞokMüəllif daha sonra istefada olan polkovnik-leytenant Romik Mixtaryanla görüşmək üçün İrəvana yollanır. O da müharibədə iştirak edib və ermənilər tərəfdə döyüşmüş zabit həmkarlarının bir çoxunu tanıyıb.

Karan Sinqh Natiqi dindirən gənc zabitin fotoşəkilini ona da göstərmək qərarına gəlir və ümid edir ki, Romik onun kimliyinə işıq salmaqda köməklik göstərəcək: "Bu ki, Vitodur, Vitali Balasanyandır. Bəli, Vitali Balasanyandır da".

Deməli, yüksək dövlət mükafataları almış Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edibmiş. Bu, dəhşətli görünsə də, mümkün idi.

1992-ci ildə Balasanyan Əsgəranın müdafiəsinə başçılıq edirdi. Həmin vaxt cəmi 33 yaşı olsa da, o, əsirlərin dəyişdirilməsini təşkil edirdi. Müsahibədə dindirilmə zamanı göstərilən fotoşəkildə özünü tanımaq istəməməsi heç təəccüblü deyil. Bu, Natiqin yoxa çıxmasına görə məsuliyyət daşıyanların tapılması ilə bağlı axtarışlarda böyük irəliləyiş sayıla bilərdi.

Lakin rejissor Romikin ifadəsini təsdiqləyən azı bir erməni şahidin ifadəsini almaq istəyir. Tapır da. O, kilsə döyüşündə iştirak etmiş, keçmiş erməni əsgəri Aşot Movsesyanın izinə düşür və Rusiyanın Saratov vilayətinə gedir.

İtkin Natiqin hekayəsi, şəklini "tanımayan" Balasanyan: "Doğradılar..." - Şok"O, azərbaycanlı əsir cəsarətli əsgər idi. Necə deyərlər, çox qoçaq, ürəkli oğlan idi. Təsəvvür edin ki, ona qumbara atırdılar, o isə qumbaranı götürüb bizə atırdı. Kimyəvi tərkibli qumbara, tüstü şaşkası atırdıq, amma heç nə təsir etmirdi. Orada (sığındığı kilsə – red) təmiz hava ala bildiyi bir yer tapmışdı. Kilsədə özünü qoruya biləcəyi bir səngər, sığınacaq qazmışdı. Beləcə sağ qalmışdı".

Rejissor sonra Aşota dindirilmə zamanı çəkilmiş fotoşəkli göstərib zabiti tanıyıb-tanımadığını aydınlaşdırmaq istəyir. "Bəli, bəli, bu, Vitalidir. Tanıyıram, çox yaxşı strateqdir. Hərbi strategiyanı çox yaxşı bilirdi Vitali. Azərbaycan dilində də çox təmiz danışırdı. Yəni elə təmiz danışırdı ki, onun erməni olduğundan qətiyyən şübhələnməzdin. Yəni o dərəcədə təmiz danışırdı".

Aşot daha bir sirri də açır. Heç demə, Vitali Balasanyan kilsəyə hücuma şəxsən özü rəhbərlik edirmiş: "Vitali Balasanyanın sayəsində Xocalıdan bir müəllim gətirib kilsəyə saldılar ki, azərbaycanlı ilə danışıb onu oradan çıxmağa razı salsın. Belə də oldu. Balasanyan o vaxt orada idi. Mən də həmin vaxt orada idim. Üçüncü Stepanakert bölüyünün tərkibində ora getmişdim".

Rejissor Aşotdan Natiqin sorğuya çəkilməsində itriak edib-etmədiyini və əsirin sonrakı taleyi haqqında bir şey bilib-bilmədiyini soruşur: "Mən söhbət zamanı orada deyildim. Heç bir şey də eşitməmişdim. Amma dostlarımızdan biz gedəndən sonra orada nə baş verdiyini soruşdum. Eşitdiyimə görə, onu da doğramışdılar.

- Doğramaq deyəndə nəyi nəzərdə tutursunuz?

- Qısası, öldürmüşdülər. Əsir götürəndən sonra öldürmüşdülər. Dəyişdirməmişdilər. Hə, öldürmüşdülər. Belə eşitmişdim".

Rejissor Vitali Balasyanın Natiqin itkin düşməsində əli olduğuna dair şübhələrin artdığını nəzərə alaraq ondan növbəti dəfə müsahibə almaq istəyir. Lakin general növbəti müsahibəyə razılıq vermir. Natiqi dindirən gənc zabitin kimliyinə gəlincə, Vitali Balasanyan yenə də cavab verməməyi seçir.

30 ildən çox vaxt keçməsinə baxmayaraq, ailəsi Natiqin hələ də sağ olduğuna və qayıdacağına inanır...

İtkin Natiqin hekayəsi, şəklini "tanımayan" Balasanyan: "Doğradılar..." - Şokİtkin Natiqin hekayəsi, şəklini "tanımayan" Balasanyan: "Doğradılar..." - Şok


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1604   Tarix: 02 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Quruda gəzən və hava ilə nəfəs alan qeyri-adi balıq

Dünyanın müxtəlif bölgələrində yayılan ilanbaş balığı qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir. Bu balıq atmosfer havası ilə nəfəs ala, qısa məsafələrdə quruda hərəkət edə və sürətlə çoxala bilir. Dişi ilanbaş balığı bir dəfəyə 50 minə qədər kürü qoya bilir. xarici mediaya istinadən xəbər verir ki

18:45 195
.

Mustafa Sandalın yeni görünüşü hamını təəccübləndirdi - Konsertə belə çıxdı

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal bu dəfə mahnıları ilə yanaşı, görünüşündə etdiyi dəyişikliklə də maqazin gündəminə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi İstanbulda yerləşən Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında konsert verib. Sevilən mahnılarını səsləndirən müğənn

19:30 213
.

"Fənərbaxça"dan Messiyə 50 milyonluq TƏKLİF

"Fənərbaxça"nın dünyaca məşhur argentinalı futbolçu Lionel Messiyə illik 50 milyon avro maaş təklif etdiyi iddia edilib. Messinin təklifi rədd etməsinin səbəbinin atasının xəstəliyi olduğu deyilir. -ın xarici mediaya istinadən xəbərinə görə, "Fənərbaxça"nın transfer fəaliyyəti il

19:45 192
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

12:55 376
.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

10:32 252
.

Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi

ABŞ-də qətldə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə çıxarılması zamanı qeyri-adi hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Oberlin şəhərində qeydə alınıb. Oberlin Kollecində incəsənət və fotoqrafiya professoru işləyən 64 yaşlı Pipo Nquyen-Duy və onun 5

18:15 251
.

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi - Foto

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib. BİG.AZ -a istinadən xəbər verir ki, son günlər "TikTok"da qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir. Qey

10:41 336
.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

11:20 232
.

Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı-Video

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən "EOS uşaq inkişaf mərkəzi"ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğl

15:12 369
.