"Dekolonizasiya: Sakit İnqilab" konfransında yekun bəyanat qəbul edilib, Fransaya tələb irəli sürülüb

"Dekolonizasiya: Sakit İnqilab" konfransında yekun bəyanat qəbul edilib, Fransaya tələb irəli sürülübABŞ-ın Nyu York şəhərində keçirilən "Dekolonizasiya: Sakit İnqilab" Konfransında yekun bəyanat qəbul edilib.

"Report"un xəbərinə görə, bəyanatda deyilir:

"Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində 6 iyul 2023-cü il tarixində Bakıda keçirilmiş ilk tədbirdə, tərəflər Bakı Təşəbbüs Qrupunun yaradılmasına dair razılığa gəlmiş və müstəmləkəçiliyə qarşı mübarizədə əməkdaşlığın davam etdirilməsinə hədəflərini ifadə etmişdilər.

"Dekolonizasiya: Sakit İnqilab" Konfransının iştirakçıları Bakı Təşəbbüs Qrupunu rəsmi fəaliyyətə başlaması ilə əlaqədar təbrik etmiş və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin (Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun sədri qismində) dəstəyi ilə konfransın təşkilinə görə minnətdarlıqlarını bildirmişdilər.

Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Fransız Polineziyası, Qvadelupa müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melaneziya Təşəbbüs Qrupunun katibliyi və Bakı Təşəbbüs Qrupunun nümayəndələri Birləşmiş Millətlər Təşkilatının və Qoşulmama Hərəkatının Nizamnaməsinin əsas prinsiplərinə, həmçinin, dekolonizasiyaya dair müvafiq qətnamələrə sadiq olduqlarını bildirmiş və müstəmləkəçilik altında olan bütün millətlərin azad edilməsindən əvvəl dekolonizasiya prosesinin tamamlanmasının vacibliyini bir daha vurğulamışlar.

Beynəlxalq hüququn fundamental prinsipləri çərçivəsində müstəqillik uğrunda mübarizə aparan xalqlara dəstək vermək BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının əsas hədəflərindən birini təşkil edir.

Bu, müstəmləkəçilikdən əziyyət çəkən xalqların milli müstəqilliyi uğrunda mübarizədə qarşısına qoyduğu çoxsaylı çağırışlara, tarixən Fransanın müstəmləkə gücü ilə insan, iqtisadi, ekoloji və mədəni cinayətlərə görə hüquqi təzminat tələbinə həmrəyliklə necə cavab vermək barədə səylərini birləşdirməyə qiymətli imkanlar verir.

Nyu Yorkda təmsil olunan Yeni Kaledoniya, Fransız Polineziyası, Martinika, Qayana və Qvadelupa müstəqillik və millətçi hərəkatları dünyaya, eləcə də bu gün Baş qərargahında olduqları BMT başda olmaqla beynəlxalq təşkilatlara təcili müraciətlə çıxış edərək xalqlarının mənafeyinə uyğun olaraq azadlıq hüquqlarına, təzminat və inkişaf kimi əsas səylərinin dəstəklənməsi üçün səslərini ən yüksək səviyyədə ucaltdılar.

Biz Noumea Müqaviləsi ilə başlayan dekolonizasiya prosesi üzrə FLNKS-nin 3-cü referendumun etirazını Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmək qərarını dəstəkləyirik.

Fransız Qvianası, Martinika və Qvadelupa ilə əlaqədar isə biz tələb edirik ki, bu ölkələr Birləşmiş Millətlər Təşkilatının dekolonizasiya prosedurları üzrə ölkələr siyahısına yenidən daxil edilsin.

Fransa Respublikası Maohi Nuinin müstəmləkədən azad olacaq ölkələr siyahısına yenidən yazılmasından sonra, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən hər il Fransız Polineziyası, Maohi Nui bölgələrinə aid məsələlərdə boş kürsü rolunu oynayır. Biz Fransadan 2013, 2019, 2020, 2022-ci ildə qəbul edilən qətnamələrinin tələblərinə uyğun olaraq dekolonizasiya prosesi ilə bağlı danışıqlara başlamasını tələb edirik.

Bəşəriyyətimizin qlobal təhlükələrlə üzləşdiyi bir vaxtda, təşkilatımız təntənəli şəkildə bəyan edir ki, müstəmləkəçilik və neokolonializmin tamamilə ləğvi və xalqlar arasında əməkdaşlığa, bərabərliyə əsaslanan yeni dünyanın qurulması, qarşılıqlı hörmət və xalqların suverenliyi beynəlxalq münasibətlərin əsasını təşkil etməlidir.

Bakı Təşəbbüs Qrupu və Cənubi Amerika, Karib hövzəsi, Hind okeanı və Sakit okean hövzəsindəki Fransa koloniyalarının təşkilatları xalqlarımız arasında zəruri həmrəyliyin gücləndirilməsi və Qoşulmama Hərəkatının Dekolonizasiya üzrə Xüsusi Komitəsi və digər BMT orqanları ilə sıx əməkdaşlığın qurulması məqsədilə öz nəticəyönümlü fəaliyyətini davam etdirəcək".

Bəyanatı aşağıdakı şəxslər imzalayıb:

Front de libération nationale kanak et socialiste (FLNKS)

Magalie Tingal

Mouvement des Jeunes Kanak en France (MJKF)

Wea Kuanene Daniel

Parti pour la Libération de la Martinique (PALIMA)

Francis Carole

Sylviane Curton

Mouvement des démocrates et des écologistes pour une Martinique souveraine (MODEMAS)

Claudette Duhamel

Pour MAOHI NUI (Polynésie – Française) :

TAVINI HUIRAATIRA

Ella Tokoragi

Leon Tefau

Maohi Protestant Church

Révérent François Pihaatae

Mouvement de Décolonisation et d’Emancipation Sociale (MDES)

Hector Pindard

Dominique Montet

Servais Alphonsine

Alyans Nasyonal Gwadloup

Nathalie Minatchy

Kollèktif Pou Sove Gwadloup

René Beauchamp

Union Populaire pour la Libération de la Guadeloupe

Jean-Jacob Bicep

Autes organisations représentées – FKNG ; CIPPA ; CIPN ; MIR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 557   Tarix: 02 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Quruda gəzən və hava ilə nəfəs alan qeyri-adi balıq

Dünyanın müxtəlif bölgələrində yayılan ilanbaş balığı qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir. Bu balıq atmosfer havası ilə nəfəs ala, qısa məsafələrdə quruda hərəkət edə və sürətlə çoxala bilir. Dişi ilanbaş balığı bir dəfəyə 50 minə qədər kürü qoya bilir. xarici mediaya istinadən xəbər verir ki

18:45 195
.

Mustafa Sandalın yeni görünüşü hamını təəccübləndirdi - Konsertə belə çıxdı

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal bu dəfə mahnıları ilə yanaşı, görünüşündə etdiyi dəyişikliklə də maqazin gündəminə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi İstanbulda yerləşən Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında konsert verib. Sevilən mahnılarını səsləndirən müğənn

19:30 213
.

"Fənərbaxça"dan Messiyə 50 milyonluq TƏKLİF

"Fənərbaxça"nın dünyaca məşhur argentinalı futbolçu Lionel Messiyə illik 50 milyon avro maaş təklif etdiyi iddia edilib. Messinin təklifi rədd etməsinin səbəbinin atasının xəstəliyi olduğu deyilir. -ın xarici mediaya istinadən xəbərinə görə, "Fənərbaxça"nın transfer fəaliyyəti il

19:45 192
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

12:55 376
.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

10:32 252
.

Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi

ABŞ-də qətldə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə çıxarılması zamanı qeyri-adi hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Oberlin şəhərində qeydə alınıb. Oberlin Kollecində incəsənət və fotoqrafiya professoru işləyən 64 yaşlı Pipo Nquyen-Duy və onun 5

18:15 251
.

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi - Foto

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib. BİG.AZ -a istinadən xəbər verir ki, son günlər "TikTok"da qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir. Qey

10:41 336
.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

11:20 232
.

Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı-Video

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən "EOS uşaq inkişaf mərkəzi"ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğl

15:12 369
.