"Maddi-mədəni irsimizin qorunması" layihəsi şimal bölgəsində icra edildi

"Maddi-mədəni irsimizin qorunması" layihəsi şimal bölgəsində icra edildiAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə "Zirvə" mədəniyyət və incəsənət ictimai birliyinin 01.07.2023-cü il və 30.09.2023-cü il tarixi əhatə edən "Maddi-mədəni irsimizin qorunması" layihəsi Qusar, Quba, Xaçmaz inzibati bölgələrində öz tədbirlərini yekunlaşdırdı.
Üç tədbirdən ibarət layihəyə, Qusar Rayon Mədəniyyət Mərkəzində, Quba rayon QHT-lərə Regional Dəstək və Təlim Mərkəzində, Xaçmaz Rayon Köhnə Xaçmaz Kəndi Tam Orta Məktəbində 89 nəfər yeniyetmə və gənc birbaşa cəlb olunmuşlar.Layihə çərçivəsində sosial şəbəkələr üzərindən yeniyetmə və gənclər, Maddi-mədəni irsimizin qorunması mövzusunda yaradılmış qruplar, səhifələr vasitəsilə 8 000 nəfərdən çox yeniyetmə və gənc bu layihədən xəbərdar olmuş, yeniyetmə və gənclər maddi-mədəni irsimizlə, daşınar və daşınmaz tarixi sənət nümunələrimizlə tanış olmuş, dolayı yolla maariflənmişlər.
Tədbirlərdə himnimiz oxunduqdan və Ümummilli Liderimiz Heydər Əliyevin, eyni zamanda cəmi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, "Zirvə" mədəniyyət və incəsənət ictimai birliyinin sədri Şahin Qədirov, "Maddi-mədəni irsimizin qorunması" layihəsini dəstəklədiyi üçün, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi. Sonra, təşkilat və layihə haqqında məlumat verərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bir yumruq kimi birləşərək, rəşadətli Azərbaycan ordusunun əzmi ilə 30 illik işğala son qoyulması haqda, son genişmiqyaslı antiterror əməliyyatları haqqında məlumat verdi. O, maddi-mədəni irsimizin qorunması haqqında geniş, maarifləndirici məlumatlar verərək, maddi-mədəni, tarixi abidələrimizin ümumxalq məsələsi olduğunu, eyni zamanda, mədəni irs məhz bizim uzun, əhəmiyyətli varlığımızın sübutu kimi xarici qonaqlara göstərdiyimiz və ən çox fəxr etdiyimiz sahələrdən biri olduğunu vurğuladı.
Rəsmi şəxslər və ekspertlər çıxışçün söz alaraq maddi-mədəni irsimizin qorunmasının milli təhlükəsizlik məsələsi olduğunu, bu istiqamətdə yeniyetmə və gənclərin maarifləndirilməsinin strateji əhəmiyyət daşıdığını xüsusi olaraq qeyd etdilər. Çıxışları zamanı bildirdilər ki, "Maddi-mədəni irsimizin qorunması" layihəsinin qarşıya qoyduğu hədəflər təkcə bu günün deyil, eyni zamanda ən-ənə olaraq, nəsildən-nəsilə ötürülməklə gələcək nəsillərin maariflənməsinə hesablanıb. Əlavə olaraq bildirdilər ki, xalqımızın maddi-mədəni irsinin sərhədləri fiziki sərhədlərimizdən yüz dəfə çoxdur.Belə ki, klassik Azərbaycan şairi Məhəmməd Fizulinin məzarının İrakda, cahana sığmayan klassik şairimiz İmadəddin Nəsiminin məzarının Suriyada, dünya mədəniyyət mərkəzlərini, muzeylərini bəzəyən maddi-mədəni, ədəbi, mənəvi abidələrimizin olması bütün burada səsləndirilənlərin bariz sübutudur deyə xüsusi qeyd etdilər.
Layihənin icrası zamanı keçirilən tədbirlərdə yeniyetmə və gənclərin milli-mədəni irsimizin qorunması mövzusunda müzakirələrinin, birgə fəaliyyətlərinin təşkili, seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai birliklər, icmalar dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə internet üzərindən əlaqələndirici şəbəkələrin, səhifələrin yaradılması, diqqətdən kənarda qalan, dağılmaqda olan maddi-mədəni, tarixi abidələrimizin siyahısının hazırlanaraq, aidiyyatı qurumlara göndərilməsi, çap edilməsi və s. təklif və mövzuları əhatə edən maraqlı çıxışlardan sonra yeniyetmə və gəncləri narahat edən bütün suallar cavablandırıldı. Rəsm, toxuculuq sahəsində uğur qazanmış yeniyetmələrin əl işləri tədbir iştirakçılarına nümayiş olundu.
Tədbirlərin yekunu zamanı İcra Hakimiyyətlərinin rəsmi şəxsləri gələn qonaqlara minnətdarlıqlarını çatdırmaqla bərabər, maddi-mədəni, tarixi irsimizin qorunması mövzusunda maarifləndirici tədbirlərin keçirilməsinin vətənimizin, dövlətimizin, xalqımızın gələcəyinin indidən maariflənmiş, öz maddi-mədəni irsinə sayqıyla yanaşan, məlumatlı yeniyetmə və gənclərimizə ötürülməsi ölkəmizin gələcəyinin daha parlaq olacağını indidən təminatı kimi qiymətləndirə bilərik deyə vurğuladılar.
Sonda tədbir iştirakçılarına bukletlər, dəftərxana ləvazimatları paylandı.

"Maddi-mədəni irsimizin qorunması" layihəsi şimal bölgəsində icra edildi"Maddi-mədəni irsimizin qorunması" layihəsi şimal bölgəsində icra edildi"Maddi-mədəni irsimizin qorunması" layihəsi şimal bölgəsində icra edildi"Maddi-mədəni irsimizin qorunması" layihəsi şimal bölgəsində icra edildi"Maddi-mədəni irsimizin qorunması" layihəsi şimal bölgəsində icra edildi"Maddi-mədəni irsimizin qorunması" layihəsi şimal bölgəsində icra edildi"Maddi-mədəni irsimizin qorunması" layihəsi şimal bölgəsində icra edildi"Maddi-mədəni irsimizin qorunması" layihəsi şimal bölgəsində icra edildi"Maddi-mədəni irsimizin qorunması" layihəsi şimal bölgəsində icra edildi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 970   Tarix: 06 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

11:20 205
.

Onlara xüsusi rütbələrin verilməsi vahid yanaşma ilə tənzimlənəcək

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi ilə bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişikliklər təklif edilir

11:17 277
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

12:49 256
.

Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video

Faciəli şəkildə həyatını itirən 7-ci sinif şagirdi G.Dadaşova Salyan rayonunun Arbatan kənd qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, məktəbli Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin pəncərəsindən yıxılaraq həyatını itirib. Hadisə onun doğmalarını və kənd sakinlərini sarsıdıb

29.10.2026 596
.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

10:32 235
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

12:55 301
.

Məşq zamanı vəfat edən Rəsulun fotosu

İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

29.10.2026 541
.

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi - Foto

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib. BİG.AZ -a istinadən xəbər verir ki, son günlər "TikTok"da qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir. Qey

10:41 296
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

12:32 237
.