"Hələ də o insanları öldürmək istəyirəm" - Viktoriya

"Hələ də o insanları öldürmək istəyirəm" - ViktoriyaXəbər verdiyimiz kimi, ötən günlərdə məşhur ingiltərəli keçmiş futbolçu Devid Bekhem haqqında lentə alınan "Bekhem" sənədli filminin premyerası baş tutub.

Axşam.az-ın məlumatına görə, ekran işində futbolçunun və həyat yoldaşının səhvlərindən sonra necə qalmaqal yaşamasından, onlara duyulan nifrət hisslərindən danışılıb.

Belə ki, Bekhem 1998-ci il dünya çempionatının 1/8 finalında İngiltərə - Argentina matçında qırmızı vərəqə alıb. David 47-ci dəqiqədə rəqibi Dieqo Simeoneni yıxdığı üçün meydandan qovulub və bu, bütün ölkənin idmançıya nifrətinə, millinin məğlubiyyətinə səbəb olub. Həmin vaxt futbolçunun cəmi 23 yaşı var idi.

Onun britaniyalı həyat yoldaşı, modelyer Viktoriya Bekhem etiraf edib ki, o zaman bu, Devid üçün ən vacib oyun olub. Çünki o, matçdan əvvəl ona ilk övladına hamilə olduğunu deyib.

Lakin matç əsnasında buraxılan bu səhvdən sonra Bekhemə qarşı əsl təqiblər başlayıb və keçmiş futbolçu, ailəsi müxtəlif təhqirlərə məruz qalıb. Bunlardan biri matçların birində 75 min insanın içərisində Viktoriyaya təhqirlərin yer aldığı mahnını oxuması olub.

Həmçinin cütlük daim paparatsilərin təqiblərinə məruz qalıb. Hətta bu təzyiq mərhum Şahzadə Diananın başına gələnlərlə müqayisə edilirdi. Böyük oğlu Bruklin dünyaya gəldikdən sonra isə Bekhemə hədələr gəlməyə başlayıb. Onu uşağı qaçırmaqla hədələyiblər.

"Bu, tamamilə yeni səviyyədə nifrət, ictimai zorakılıq idi. Devid depressiyada idi. Hələ də həmin insanları öldürmək istəyirəm" deyə, Viktoriya sənədli filmdə verdiyi müsahibəsində vurğulayıb.

Bekhem isə həmin hadisələri həyatındakı ən çətin xatirələr olaraq xatırladığını söyləyib:

"Kaş ki, müəyyən xatirələri silə bilən dərman olaydı. Həyatımı dəyişdirən axmaq bir səhv etdim. İnsanlar mənə deyirdilər: "Ölkəni utancverici vəziyyətə salmağa necə baxırsan?", "Sən biabırçılıqsan".

Heç vaxt bu barədə danışmağı düşünmürdüm. Sadəcə, bacarmadığım üçün. Yaşadıqlarım barədə danışmaq mənim üçün çətindir, o qədər ifrat idi. Hər gün, harada olmağımdan asılı olmayaraq təhqir olunurdum. Gəzmək belə çətin idi: Küçədə insanların sənə baxdığını, arxanca tüpürdüyünü, təhqir etdiyini, yaxınlaşıb nəsə dediyini görmək... Yemirdim, yatmırdım, heç yaxşı deyildim. Nə etməli olduğumu bilmirdim.

Heç kimə belə diqqət mərkəzində olmağı arzulamazdım. Hələ ailəmi demirəm. Bu, özümü bağışlaya bilməyəcəyim bir şey idi. Baş verənlərin ən çətin hissəsi isə bu səhvi özümün etməyim oldu".

Viktoriya isə ekran işində həyatının ən çətin dövrünün mediada Bekhemin xəyanəti ilə bağlı xəbərləri çıxdığı zamanlar olduğunu vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1210   Tarix: 06 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Atasının vəfatından sonra bu fotonu paylaşdı

Opera müğənnisi, Əməkdar artist Azər Rzazadə ötən gün vəfat edən atası - Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabında atası ilə birgə illər öncə çəkdirdiyi fotonu paylaşıb. Qeyd edək ki, 74 yaşlı Xalq artistinin səhhətində bi

14:05 286
.

Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb

29.10.2026 519
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi ba

13:30 266
.

Arvadının xəyanətini görüb dəhşətli qətl törətdi

ABŞ-də xəyanətlə üzləşən kişi dəhşətli cinayət törədib. xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Kaliforniya ştatının Anahaym şəhərində qeydə alınıb. 34 yaşlı İsmayel Pinedalopes işdən evə tez qayıdarkən həyat yoldaşını 28 yaşlı Nikolas Qarsiya ilə yataq otağında görüb. Qarsiyanı

18:30 1
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və sarsılmaz iradəsinin təntənəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın yaddaşına, milli kimliyinə, dövlətçilik düşüncəsinə və gələcək nəsillərin mənəvi dünyasına həkk olunur. 8 Noyabr - Zəfər Günü və 7 May - Şuşa Günü məhz belə tarixi hadisələrin rəmzidir

10:41 214
.

"Aliment uşağa verilən güzəşt deyil, valideynin qanuni borcudur" - Alimentin artırılması zərurəti gündəmdə

"Son dövrlər alimentin artırılması məsələsi cəmiyyətdə daha çox müzakirə olunmalı olan sosial problemlərdən biridir. Ölkədə ərzaq, geyim, təhsil, kommunal xidmətlər və digər gündəlik tələbat xərclərinin artması uşaqların maddi təminatı məsələsini daha da aktuallaşdırır. Bu reallıq fonunda illə

11:37 219
.

General-leytenantdan məxfi məlumatlarla bağlı etiraf

Pentaqonun keçmiş baş strateqi, general-leytenant Brett Silviya Ukrayna və İranla bağlı məxfi məlumatları jurnalistlərə ötürdüyünü etiraf edib. xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. Nəşrin məlumatına görə, Silviya dörd poliqrafiya testindən keçə bilmədikdən sonra məlumatları sızdırdığın

10:20 185
.

Zəfər Günü və Şuşa Günü: Tarixi qələbədən milli dirçəlişə, hərbi zəfərdən dövlətçilik salnaməsinə

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və 7 May - Şuşa Günü yalnız əlamətdar təqvim tarixləri deyil. Bu günlər xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, milli iradəsinin, tarixi yaddaşının və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin nəticəsini özündə birləşdirən mühüm tarixi hadisələrdir

10:57 192
.

Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı

"Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqlar

11:00 262
.