"Azərbaycanla hədə-qorxu dilində danışmaq Fransa və Avropa parlamentinin əleyhinə ola bilər" - POLİTOLOQ

"Azərbaycanla hədə-qorxu dilində danışmaq Fransa və Avropa parlamentinin əleyhinə ola bilər" - POLİTOLOQAvropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamə 473 səslə qəbul edilib. 46 deputat əleyhinə səs verib, 16 deputat isə bitərəf qalıb. Qətnamə ilə Avropa Parlamenti Aİ icra hakimiyyəti orqanlarını, eləcə də ona üzv olan ölkələri Azərbaycan hökumətinin nümayəndələrinə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb.

Bununla bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev deyib ki, Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə narahatlıq doğurmamalıdır: Məsələ ondadır ki, bu qətnamə məsləhət xarakterlidir və heç bir hüququ qüvvəyə malik deyil: "Azərbaycan o halda təsirlənə bilər ki, bənzər qətnamə və qərar Avropa İttifaqında qəbul olunsun. Bu zaman Avropa İttifaqı ölkələri vahid qərar əsasında Azərbaycana sanksiya tətbiq edə bilərdi. Amma Avropa parlamenti bu günə qədər dəfələrlə bənzər formada bizə qətnamələr qəbul edib. Bu qətnamələrin hüquqi məzmunu və əsası olmadığı kimi, iclası belə məsləhət xarakterlidir. Bu baxımdan Azərbaycan bundan heç bir halda narahat olmamalıdır. Avropa parlamentinin son illərdə xüsusilə korrupsiya hallarında adı hallanan deputatlar var. Qətərdə keçirilən Dünya Çempionatında bu tip bənzər hadisələrin şahidi olduq. Orada iştirak ilə bağlı hətta bəzi bürokratik məsələlərdə korrupsiya hallarına yol verilib. Yunanıstan və Fransa deputatının korrupsiya halları var. Bundan başqa ən önəmli məsələ ondan ibarətdir ki, Avropa parlamentinin konkret deputatları var ki, özlərinə qarşı cinayət işləri açılıb. Korrupsiyada ittiham olunublar. Bir parlamentin deputatları bununla tanınır və gündəmə gəlirsə, ictimaiyyətə yansıyırsa bu qurumun verdiyi heç bir qərar legitim ola bilməz. İcrası belə məntiqi və hüquqi baxımından uyğun deyil. Avropa parlamenti Azərbaycanın Xocalı soyqırımının və torpaqlarımızın faktorunu, bundan əlavə əsərlər və mina xəritələri məsələsini, Gəncə və digər mülki ərazilərimizin vurulması ilə bağlı heç bir reaksiya verməyib. Amma bunun müqabilində ermənilər ilə bağlı məsələləri aktuallaşdırıb. Bunu bizim əlehimizə istifadə etməyə çalışırlar".

Politoloq bildirib ki, qətnamənin mətnində qeyd olunur ki, Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin. Habelə enerji resurslarının alışı dayandırılsın. İndi burada sual yaranır. Azərbaycana qarşı Avropa ölkələri sanksiyalara maraqlıdır mı?:

"Xeyr. Heç də Avropa ölkələri bunda maraqlı deyil. Xüsusilə qeyd etmək lazımdır ki, bu gün bir çox Avropa İttifaqı ölkəsi Azərbaycan ilə müsbət münasibətlərə malikdir. İtaliya kimi bir ölkə Azərbaycana enerji sazişləri mövcuddur. TAP və TANAP layihələrində iştirak edir. Rusiya -Ukrayna müharibəsi davam etdiyi bir zamanda ümumiyyətlə Azərbaycandan qaz nəqlinin dayandırılmasında Avropa ölkələri maraqlı deyil. Həmin bu ölkələr alternativ yollar axtarır. Rusiya Avropaya enerji böhranı yaratdığı üçün alternativ ölkələr ilə bu enerji asılılığına son verməyə çalışır. Azərbaycan həm ucuz qaz satır, həm də keyfiyyətli qaz satır. Bununla yanaşı, etibarlı tərəfdaşdir. Belə olan təqdirdə həm də Avropa İttifaqı son zamanlar qaz nəqlini artırmasını istəyib. Bu reallıqlar çərçivəsində bizə qarşı bu qətnaməyə heç bir Avropa ölkəsi addım atmayacaq. Hətta Fransanın özü belə bu günə kimi Azərbaycana qarşı sanksiya tətbiq etməyib. Belə sanksiyalar tətbiq etməkdə maraqlıdılarsa Fransa özü birinci Azərbaycana qarşı sanksiya tətbiq edə bilər".

Turan Rzayevin sözlərinə görə, Fransa yaxşı olar ki, öz daxili məsələlərinə fokuslansın: "Bu gün Fransada etiraz aksiyaları davam edir. Sosial və siyasi zəmində proseslər davam edir. Fransada irqçilik geniş vüsət alıb. Fransanın bu gün arxa bağçası adlandırılan regionlar Qabon, Mali, Burgina-Faso kimi ölkələr artıq onu istəmir. Onun təsirindən çıxır. Ard-arda inqilablar baş verir. Korsikada, Yeni Kaledoniyada müstəqillik hərəkatları baş verib. Fransa buralara laqeyd yanaşır. Onlarin öz müqəddəratını təyin etməsinin qarşısını alır. Qarşımızdakı Avropa parlamenti verdiyi bu qərəzli qətnamə, eyni zamanda Fransanın mövqeyi bir-biri ilə üst-üstə düşür. Vahid planının bir parçası olduğunu göstərir. Rəsmi Paris nə qədər ki Ermənistanı müdafiə edəcək, sülh prosesindən yayındıracaqdır, Azərbaycanda Fransanın iştirak ilə görüşlərdə iştirak etməyəcək".

Politoloq bildirib ki, Azərbaycan ilə hədə-qorxu dilində danışmağın heç bir mənası yoxdur. Heç bir əhəmiyyəti yoxdur. Azərbaycan bu tipli çağırışlara əhəmiyyət vermir:

"Azərbaycan yaxşı bilir ki, onların bizim enerji ehtiyatlarımıza ehtiyacı var. Bundan əlavə bu yaxınlarda Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanı Naxçıvan - Iğdır yeni qaz xəttinin təməlləri qoyuldu. Gələcəkdə bu qaz xətti Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsinə bağlanacaq. Avropaya növbəti qaz xəttinin ötürülməsinə və nəqlini artıracaq. Paralel olaraq bu qaz xətti Kürdüstanın Ərbil, Mosul qazlarina qoşulacaq. Yəni Azərbaycanın regionda oynadığı oyun region üçün maraqlı olan qüvvələrın marağındadır. Bu baxımdan bizimlə bu tipdə danışmaq yalnız Fransa və Avropa parlamentinin əlehinə ola bilər. Azərbaycan bu məsələdən heç narahat deyil".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1871   Tarix: 06 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

11:20 205
.

Onlara xüsusi rütbələrin verilməsi vahid yanaşma ilə tənzimlənəcək

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi ilə bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişikliklər təklif edilir

11:17 277
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

12:49 256
.

Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video

Faciəli şəkildə həyatını itirən 7-ci sinif şagirdi G.Dadaşova Salyan rayonunun Arbatan kənd qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, məktəbli Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin pəncərəsindən yıxılaraq həyatını itirib. Hadisə onun doğmalarını və kənd sakinlərini sarsıdıb

29.10.2026 596
.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

10:32 235
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

12:55 301
.

Məşq zamanı vəfat edən Rəsulun fotosu

İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

29.10.2026 541
.

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi - Foto

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib. BİG.AZ -a istinadən xəbər verir ki, son günlər "TikTok"da qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir. Qey

10:41 296
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

12:32 237
.