Qərbi Azərbaycan Xronikası: "Əmimi ermənilər hamamda boğub öldürüblər" - VİDEO

Qərbi Azərbaycan Xronikası: "Əmimi ermənilər hamamda boğub öldürüblər" - VİDEOBu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı efirə gedib.

"Gedib hətta itim ölən yeri ziyarət etmək istəyirəm" adlı veriliş Qərbi Azərbaycanın, Vedibasar mahalının, Vedi rayonunun Arazdöyən kənd sakini, Əməkdar artist Aydın Əliyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən, oxuduğu orta məktəbə necə qəbul olunmasından danışıb:

"Mən ilk dəfə Arazdəyəndə 1961-ci ildə məktəbə gəldim. Yeddi yaşım olmamışdı deyə, məni məktəbə götürmək istəmirdilər. Bizə ikinci, üçüncü sinifdən sonra erməni dili və rus dili dərsi keçirdilər. Kəndimizdə 3-4 millət var idi. Ermənilər və azərbaycanlı uşaqlar, müsəlman uşaqlar həmişə bir yerdə yığışardıq, top oynayardıq. Sonra nərd oynayar, qarmon, nağara çalardılar. Musiqi günlərimiz də olurdu. Məktəbin yanında şumluq var idi, orada at çapardıq, at, güləş, voleybol, futbol yarışları keçirərdik. Həmişə Cermux, Vedinin Çimən zonasından Böyük Çimən dağına qalxardıq. Çox gözəl yaylaqlarımız var idi. Araza qarışan suda balıq tutardıq, quzu otarardıq".

Kəndi tez-tez yuxuda gördüyünü, erməni daşnakların məkrli hərəkətlərindən söz açıb:

"Ermənilər gəlib açıqca deyirdilər ki, buradan köçün gedin. Elə oldu ki, mən o vaxtlar texnikumu qurtarandan sonra İrəvan teatrında işlədim, 1981-ci ildə İncəsənət İnstitutunu qurtardım. 1985-ci ildə təzədən kəndimizə qayıtdım və təzədən İrəvan Teatrına getdim. Bizi çox sıxışdırırdılar. 1988-ci ilin sonu 1989-cu ilin əvvəlləri o teatrı tamamilə yandırdılar".

Onun sözlərinə görə, atasıgilin oradan çox çətin vəziyyətdə qaçıb:

"Oradakı ermənilər öz ermənilərinə deyirdilər ki, evləri almayın, onsuzda azərbaycanlılar gedəcəklər, pullarını verməyin. Həttə onlar postdan keçəndə nələri var idi əllərindən almışdılar. Son günlər evlərə gecə hücum edirdilər, evləri talayırdılar. Hazırlanmış dəstələr var idi, bir-bir kəndlərə gəlirdilər, camaatı o vəziyyətə salırdılar ki, camaat çıxsın getsin. Çoxu Sədərəyə qaçmışdı. Erməni vəhşiliyini çox gördük. Pənah əmini ermənilər zəhərlədilər öldürdülər, əmim Bəhlul kişini İrəvanda hamamda boğub öldürdülər, xalamın əri Məhəmmədəli kişini öldürdülər. Ermənilər bizimkiləri şərləyib tutdururdular".

Əməkdar artist gec-tez doğulduğu ata-baba yurduna qayıdacağına əmin olduğunu vurğulayıb:

"Bu vəziyyəti bizə dövlətimizin başçısı yaratdı. Biz ona qədər, son illərə qədər, o 44 günlük müharibəyə qədər heç fikirləşmirdik. Biz öz yurdumuza-yuvamıza qayıdacağıq. O yerlər mənim üçün çox əzizdir. Orada qohumlarımın, əqrabalarımın qəbirləri var. İnşallah, arzumuza çatacağıq. Vətən bizimdir bizim də olacaq".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 965   Tarix: 06 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aeroport yolunda yeni radar quraşdırıldı - Arxadan çəkir - Video

"Beton yol" kimi tanınan Zığ-Hövsan-Hava limanı yolunda yeni texniki vasitələr quraşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, yolda yeni quraşdırılan radarlar digərlərindən fərqli olaraq avtomobili ön tərəfdən deyil, arxada

11:00 166
.

Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurun yeni siması

Azərbaycan son illərdə böyük iqtisadi və sosial layihələrin həyata keçirilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində də tarixi miqyaslı işlər həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq prosesi Azərbaycanın dövlətçilik tarixinin ə

13:38 110
.

BYD sürücüsü sükan arxasında ÖLDÜ

Sumqayıtda sürücü sükan arxasında ölüb. xəbər verir ki, hadisə Qurd dərəsi bağlarında qeydə alınıb. 1965-ci il təvəllüdlü Çingiz Həmdulla oğlu Bayramov idarə etdiyi "BYD" markalı 77 NO 487 N-li avtomobildə qəfil ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilir. Araşdırma aparılır

10.08.2026 377
.

Bu payız hamı bu rəngdə geyinəcək - 2026-nın əsas trendi

Bu payız qəhvəyi rəng qaranın kölgəsindən çıxaraq mövsümün əsas dəb trendlərindən birinə çevrilib. Üstəlik, qəhvəyi geyinmək heç də başdan-ayağa eyni rəngə bürünmək demək deyil. xarici mediaya istinadən xəbər verir ki, qəhvəyi rəng yenidən payız qarderobunda ön plana çıxıb. Bu mövsüm seçim yalnız tün

10.08.2026 378
.

Azərbaycanda zəlzələ olub

Lerik və Lənkəran rayonlarının ərazisində zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, 16:00-da qeydə alınan yeraltı təkanın maqnitudası 3, dərinliyi isə 31 km olub. Zəlzələ hiss edilməyib

10.08.2026 309
.

Şıxov çimərliyində iki qadın dənizdə boğuldu

Bakıda dənizdə iki nəfər boğulub. Qaynarinfo xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib. Dənizdə batan iki qadının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb

10.08.2026 501
.

Sürücülərə xəbərdarlıq!

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Axşam.az-ın məlumatına görə, qurumdan bildirilib ki, bu gündən etibarən ölkəmizin bəzi ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağı

10:36 152
.

İnzibati xəta və cinayət: Tutulma müddətləri arasında hansı fərq var?

"İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bir qayda olaraq, üç saatdan çox ola bilməz. Lakin qanunvericilikdə bu qaydadan müəyyən istisnalar nəzərdə tutulub". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, sərhəd rejimini, sərhədboy

10.08.2026 366
.

Tələbələrin yaxşı qiymət almasının gözlənilməz sirri AÇIQLANDI

Yuxu çatışmazlığı təkcə sağlamlığa deyil, təhsildəki nəticələrə də təsir göstərə bilər. Mindən çox tələbənin iştirak etdiyi təcrübə göstərib ki, yuxu rejiminin yaxşılaşdırılması akademik göstəricilərin yüksəlməsinə kömək edir. xarici mediaya istinadən xəbər verir ki, keyfiyyətli istirahət uzun müddətdi

10.08.2026 272
.

TOP MP3