Ermənistanda revanşistlər baş qaldırır: Hədəf Paşinyandır - ŞƏRH

Ermənistanda revanşistlər baş qaldırır: Hədəf Paşinyandır - ŞƏRHErməni cəmiyyətində İkinci Qarabağ müharibəsində yaşanan biabırçı məğlubiyyətdən dərs çıxarmaq əvəzinə, revanşist əhvali-ruhiyyə güclənməkdədir. Daha doğrusu, Ermənistanı bu yolla getməyə vadar edirlər. "Məğlub dövlət" damğasını yaxına buraxmamaq istəyini gücləndirən qüvvələr hər gün yeni-yeni ideya və təkliflərlə çıxış edirlər. Özlərinə lider də axtarıb tapıblar - keçmiş müdafiə naziri Arşak Karapetyanı. Bu şəxs 2016-cı il Aprel döyüşlərində biabırçı fəaliyyəti ilə yadda qalıb. Ona görə də döyüşlərdən bir neçə gün sonra ovaxtkı prezident Serj Sarqsyanın əmri ilə tutduğu silahlı qüvvələrin baş qərargahının kəşfiyyat idarəsinin rəisi vəzifəsindən yol verilən nöqsanlara görə azad edilib.

İddialara görə, Karapetyanın rəhbərlik etdiyi kəşfiyyat idarəsi vəzifələrini yerinə yetirməkdə səhlənkarlığa yol verib, nəticədə Ermənistan tərəfi 2016-cı ildə Aprel döyüşləri ilə bağlı kifayət qədər məlumat əldə edə bilməyib. Az sonra Nikol Paşinyanın "inqilabçı" komandasına qoşulub və mükafatını da qazanıb. Nikol 2021-ci ildə əvvəl onu Baş Qərargah rəisinin birinci müavini, sonra müdafiə naziri vəzifəsinə təyin edib. 2022-ci ildə vəzifəsindən azad edilib. İndi də keçmiş nazirini separatçıların ordusunu məhv etməkdə günahlandırır, sosial şəbəkələrdə yerləşdirdiyi videoda ona qarşı təhqirlərə yol verir. Son videosunda isə əvvəlcə vəzifəsindən qovulmasına toxunub və bunu Qarabağa səfər etməsi ilə əlaqələndirib. Bildirib ki, məqsədli şəkildə Qarabağda ordunun zəiflədilməsinə çalışılıb. Sabiq nazirin qənaətincə, indiki hakimiyyət diletantlardan, qorxaqlardan ibarətdir. Bu səbəbdən də onları istefaya çağırıb. Arşak Karapetyan bütün dünya ölkələrinin ermənilərinə müraciət edərək yeni siyasi qüvvə yaratdığını bəyan edib:

"Mən siyasi fəaliyyətimin başladığını elan etmək, Ermənistanı daxili və xarici düşmənlərdən azad etmək üçün siyasi hərəkat yaratmaq, Ermənistanın dövlətçiliyini qoruyan və ölkənin çiçəklənməsini təmin edən etibarlı və təhlükəsiz sistem yaratmaq qərarına gəldim".

O, bütün vətənpərvər qüvvələri ətrafında birləşməyə çağırıb.

Eks-nazirin fikirlərində maraqlı məqam onun diaspora çağırış etməsidir. Bununla da müəyyən məqamlar üzə çıxır. Şübhəsiz ki, vaxtilə müdafiə naziri olan bu şəxs Ermənistan ordusunun vəziyyətini çox gözəl bilir. Anlayır ki, vaxtilə rəhbəri olduğu ordu heç bir zaman Azərbaycan üzərində qələbə qazanmaq iqtidarında olmayıb və olmayacaq da. Hədəf sadəcə prosesə erməni lobbisini cəlb etmək, onun ayıracağı maliyyədən yararlanmaqdır. Yəni sələflərinin yolu ilə getməyə çalışır.
Görəsən, əvvəlki hakimiyyət tərəfindən yarıtmaz fəaliyyət və səriştəsizlikdə ittiham olunaraq vəzifədən azad edilən, sonradan Nikol tərəfindən mükafatlandırılan bu şəxs necə olur ki, indi hakimiyyəti ittiham edir, onu satqınlıqda günahlandırır? Nə qədər qəribə səslənsə də, burada Rusiya amilini də qabardırlar. Arşak Karapetyanın mesajını rus dilində yayması, eləcə də hakimiyyəti erməni xalqını Rusiyaya qarşı qızışdırmaqda ittiham etməsi təsadüfi deyil. Rusiya sülhməramlılarının fəaliyyətinin uğurlu qiymətləndirilə bilməyəcəyini dərk edən Karapetyan eyni zamanda iki ölkə xalqlarının bir-birinə qarşı qoyulmasının qarşısını almağa çağırır: "Rusiya rəhbərliyini erməni xalqını və ölkəmizin dövlətçiliyini məhv etmək cəhdlərinin qarşısını daha sərt şəkildə almağa çağırıram".

Erməni mediası da bu yeni hərəkatı şərh edib və iddialara görə, Nikol Paşinyan Ermənistanın Rusiyadakı səfiri, keçmiş müdafiə naziri Vağarşak Arutyunyanla təcili danışıb. Ondan Rusiyada kimin Karapetyana himayədarlıq etdiyini soruşub. Eləcə də Karapetyan üçün hansı planın hazırlandığını və nə gözlənildiyini aydınlaşdırmağı tələb edib.

Görünən odur ki, Rusiya asanlıqla Ermənistanı tərk etməyə tələsmir. Ölkədə antirus əhvali-ruhiyyə güclənsə də, Kreml ümidini itirmir, Karapetyanın timsalında mövqelərini geri qaytarmağa çalışır. Buna nail olub-olmayacağını isə zaman göstərəcək.

"Report" İnformasiya Agentliyi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 612   Tarix: 07 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ Belarus kalium gübrəsinin Avropadan daşınmasına nail olmağa çalışır

Tramp administrasiyası Avropa İttifaqının sanksiyalarına baxmayaraq, Belarusdan kalium gübrəsinin ixracı üçün Litvanın Baltik dənizindəki əsas limanlarından birinin açılmasına nail olmağa çalışır. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. "Son həftələrdə Donald Trampın komandas

10:41 195
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

10:09 213
.

Putin Makron və Merzlə telefon danışığına hazırdır

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merzlə telefon danışığı aparmağa hazırdır. xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun açıqlamasını jurnalist Aleksandr Yunaşev "Telegram" kanalında yayımlayıb

11:00 207
.

Məşq zamanı vəfat edən Rəsulun fotosu

İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

29.10.2026 537
.

Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı-Video

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən "EOS uşaq inkişaf mərkəzi"ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğl

15:12 234
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi yaddaşında əbədi yaşayacaq qələbə salnaməsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, milli iradəsini, mübarizə əzmini və gələcəyə baxışını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Milli Qurtuluş Günü deyil, məhz 15 May - Şuşa Şəhəri Günü Azərbaycanı

10:11 163
.

Ermənistan Türkiyə ilə normallaşma istəyir: Bakı-Ankara müttəfiqliyi İrəvanın hesablamalarına necə təsir edir?

İrəvan Ankara ilə münasibətlərin normallaşmasında maraqlıdır. Lakin Bakı ilə Ankaranın strateji müttəfiqliyinin yaratdığı regional reallıqları da nəzərə almaq məcburiyyətindədir. Azərbaycan-Türkiyə münasibətləri Ermənistanın siyasi dairələrində və ictimai müzakirələrində xüsusi diqqətlə izlənilən məsələlərdəndir

12:06 189
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

15:57 135
.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

14:19 189
.