Ermənistanın yeganə yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır - TƏHLİL

Ermənistanın yeganə yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır - TƏHLİLErmənistanın baş naziri Nikol Paşinyan ard-arda atdığı səhv addımlarla ölkəsini çətin duruma salıb. Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıra bilməyən rəsmi İrəvan Rusiya və İranla da gərginlik yaşayır. Hətta bəzi ekspertlər Ermənistan dövlətçiliyinin məhv olacağı barədə siyasi analizlər verməkdən də çəkinmirlər.

2020-ci il müharibəsindəki acı məğlubiyyətdən hələ də özünə gələ bilməyən Ermənistanın baş naziri Nikol Paşinyan atdığı səhv addımlarla həm erməni xalqını, həm də dövləti uçuruma aparır. Təsadüfi deyil ki, ötən həftəsonu Ermənistanda keçirilən sorğularda yerli sakinlər özlərini təhlükəsiz hiss etmədiklərini, günahı isə birbaşa Nikol Paşinyanda gördüklərini qeyd ediblər.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqalə dərc edib.

Rusiyanın orbitindən çıxma cəhdi

Uzun müddətdir baş nazir Nikol Paşinyan Rusiya ilə münasibətləri daha da gərginləşdirərək qopma həddinə gətirib. İstər Roma Statutunun Ermənistan parlamentində ratifikasiyası, istər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərində iştirakdan imtina, istərsə də təhlükəsizlik məsələsində Fransaya sığınma cəhdi rəsmi Moskvada birmənalı qarşılanmır. Rusiyanın rəsmi qurumları bəyanatlarında Ermənistanı müttəfiq və dost ölkə adlandırsalar da, Roma Statutunun ratifikasiyası və Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə bol-bol foto çəkdirməsi rəsmi Moskva tərəfindən qeyri-dost addım adlandırılıb. Bu isə münasibətlərin daha da gərginləşməsindən xəbər verir. Hətta bəzi rusiyalı ekspertlər Ermənistan dövlətçiliyinin məhv olacağı barədə siyasi analizlər verməkdən də çəkinmirlər.

Larsda ilişən erməni konyakı

Təbii resurslar baxımından kasıb, iqtisadiyyatı sıfır səviyyəsində olan Ermənistanın əsas ticarət tərəfdaşı məhz Rusiyadır. Münasibətlərdəki gərginlik erməni konyak istehsalçılarını çətin vəziyyətə salıb. Ermənistanda istehsal edilən konyakın 95 faizi Rusiyaya ixrac edildiyi halda, artıq uzun müddətdir Lars keçid məntəqəsində 100 yük maşını ilişib qalıb. Bu isə milyonlarla dollar deməkdir və Rusiya tərəfi müxtəlif bəhanələrlə yüklərin keçidini ləngidir. Bir yük maşınının bir gün gecikməsi sahibkara 1000 ABŞ dollarından baha başa gəlir. Rusiya tərəfi isə yoxlamalar aparıldığını, bu prosedurun 60 günədək davam edəcəyini bildirir. Əslində Rusiya son vaxtlar Fransaya sığınan Ermənistana dərs verir.

Aİİ və Rusiya qazından imtina
Uğursuz nəticələnən və hətta dünyanın aparıcı KİV-ləri tərəfindən Azərbaycan və Türkiyənin iştirakı olmadığı üçün nəticəsiz hesab edilən Qranada görüşündən sonra Ermənistanın siyasi kulislərində Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq və Rusiya qazından imtina kimi söhbətlər dolaşır. 10 ildir Aİİ hesabına iqtisadiyyatını ayaqda tutmağa çalışan Ermənistan üçün bu qurumdan çıxmaq intihara bərabər bir addım kimi qiymətləndirilir. Eyni zamanda, rus qazından imtina da Ermənistan üçün faciəvi nəticələrə səbəb ola bilər. Amma Ermənistanda bunları hesablayacaq siyasi institutun olmadığı hakim partiyanın deputatı Qaqik Melkonyanın açıqlamasından bilinir. Onun sözlərinə görə, Ermənistan istəsə yüz yerdən qaz ala bilər. Borc ucbatından ölkənin dəmir yolunu Rusiyaya peşkəş verən Ermənistan görəsən hansı pul ilə və hansı ölkədən qaz almaq niyyətindədir?

İranla münasibətlərin gələcəyi xoş deyil

Ermənistan hökuməti regionda İrana sığınsa da, atdığı səhv addımlar rəsmi Tehranın da qıcıqalanmasına səbəb olur. İran hələ ki, kəskin bəyanatla çıxış etməsə də, ritorika getdikcə dəyişir. Əvvəlcə Avropa İttifaqı müşahidəçilərinin sərhədə yerləşdirilməsinə rəsmi Tehran "xarici qüvvələrin regionda olması arzuolunan deyil" bəyanatı ilə cavab vermişdi. Sentyabr ayında isə ABŞ hərbçiləri ilə təlimlər münasibətlərə başqa bir kölgə saldı. Bu hadisədən sonra İranın ritorikası bir az da ağırlaşdı. Təsadüfi deyil ki, Azərbaycanın 19 sentyabr tarixində başlatdığı lokal antiterror tədbirlərinə İran rəsmiləri "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir" bəyanatı ilə cavab verdilər.

Hindistanla yol layihəsi

Ermənistan can verən iqtisadiyyatını dirçəltmək üçün regiondakı kommunikasiyaları blokdan çıxarmaq, Zəngəzur dəhlizinin reallaşmasına töhfə vermək əvəzinə, başqa xam xəyallara düşərək daha bir səhv addım atıb. Hindistan, İran və Ermənistan birlikdə yeni dəhliz inşa edərək Avropaya çıxmaq barədə yol xəritəsi hazırlayıblar. Amma hazırladıqları layihə ekspertlər tərəfindən qeyri-ciddi və perspektivsiz hesab edilib. Yəqin elə bu səbəbdəndir ki, layihə bir neçə ildir müzakirə olunsa da, nə Ermənistan, nə İran, nə də Hindistan əlini cibinə salaraq yolların çəkilməsi üçün pul xərcləmək niyyətində deyil. Tərəflər işi bir-birinin üstünə atmaqla kifayətlənirlər. Çünki yolun keçdiyi ərazi dağlıqdır və uzun aylar aramsız qar yağışı səbəbindən keçilməz olur. Eyni zamanda, həmin yol Gürcüstandan da keçməli və Türkiyə ərazisinə çatmalıdır. Gürcüstan və Türkiyənin Azərbaycanla münasibətlərini nəzərə aldıqda, bu layihənin reallaşması mümkünsüz görünür.

Ermənistanın atacağı düzgün addım

Ermənistanın can verən iqtisadiyyatını dirçəltmək, regiondakı qlobal layihələrə qoşulmaq üçün atacağı yeganə düzgün addım Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, kommunikasiya xətlərini açmaqdır. Bu, ilk növbədə Ermənistana lazımdır. Azərbaycan və Türkiyənin alternativləri var və istənilən anda bu layihələri Ermənistansız da reallaşdıra bilərlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 653   Tarix: 14 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsrailin gələcək siyasi kursunu nə müəyyən edəcək?

"İsraildə seçkilərin nəticələri ölkənin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır. İlkin nəticələr göstərir ki, Benyamin Netanyahu siyasi mövqelərini qoruyub saxlayıb və hakimiyyətdə qalmaq imkanlarını itirməyib. Lakin əsas məqam ondan ibarətdir ki, seçkilərdə siyasi üstünlük əld

29.10.2026 284
.

Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır

Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind

29.10.2026 374
.

Ceyhun Bayramovdan nəzakətli addım - Video

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti öncəsi salınan "Beştəpə Millət Ormanı" və "Türk Dövlətləri Mədəniyyət Parkı" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib. "Qafqazinfo" xəbər veri

29.10.2026 285
.

Məktəbdə jurnalistlərə qarşı zorakılıqla bağlı - Açıqlama

"Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub". Axşam.az xəbər verir ki, bu, Azərbaycan Mətbuat Şurasının ötən gün Yasamaldak

29.10.2026 370
.

Uşaq hüquqları başqalarının hüquqlarını kölgədə qoymamalıdır

225 nömrəli məktəbdə baş verən faciə məktəb mühitində məsuliyyət, tərbiyə, aqressiya və hüquq anlayışına yenidən nəzər salmağın vacibliyini ortaya qoyur. Bakının 225 nömrəli məktəbində baş verən faciə və ardınca jurnalistlərin çəkiliş qrupuna qarşı törədilən zorakılıq cəmiyyətdə ciddi suallar doğurur

29.10.2026 283
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

10:09 54
.

Diplomatiyada qarşılıqlı hörmət: Şuşadan Bakıya, Bakıdan Ankaraya uzanan mesaj

BİG.AZ-ın müxbiri Nuray Nəzərova yazır. Diplomatiyada bəzən bir görüşün keçirildiyi şəhər, bəzən nümayəndə heyətinin tərkibi, bəzən də verilən mesajın özü siyasi bəyanatlardan daha çox məna daşıyır. Şuşa, Bakı və Ankara arasında qurulan diplomatik təmaslara bu prizmadan yanaşdıqda, ayrı-ayrı görüşləri

29.10.2026 270
.

Canavarlar ov etmək üçün meşə yanğınlarından istifadə edirlər - Maraqlı kəşf

Alimlər müəyyən ediblər ki, canavarlar meşə yanğınlarından qaçmaq əvəzinə, bəzən alovun yaxınlığına gedərək ov imkanlarından yararlana bilirlər. xarici mediaya istinadən xəbər verir ki, adətən vəhşi heyvanların, xüsusilə yırtıcıların oddan qorxduğu düşünülür. Buna görə də ovçular gecələr vəhşi heyvanlar

29.10.2026 305
.

Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - Video

Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Hadisənin səhər saatlarında baş verdiyi, həmin vaxt mühafizəçinin postunda olmadığı bildirilir. Məsələ ilə bağlı yataqxana rəhbərin

29.10.2026 441
.