KİV: Tramp İsrailin Süleymaniyə sui-qəsd əməliyyatında rolunu yanlış xarakterizə edib

KİV: Tramp İsrailin Süleymaniyə sui-qəsd əməliyyatında rolunu yanlış xarakterizə edibABŞ-nin keçmiş prezidenti Donald Tramp bu həftə etdiyi çıxışlar zamanı öz administrasiyasının İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri general Qasım Süleymaniyə sui-qəsd əməliyyatında İsrailin rolunu yanlış şəkildə xarakterizə edib.

"Report" xəbər verir ki, bu barədə əməliyyatın planı ilə tanış üç amerikalı rəsmi "NBC News"a deyib.

Donald Tramp çərşənbə günü deyib ki, İsrail 2020-ci ilin yanvarında iranlı generalın zərərsizləşdirilməsi əməliyyatının bir parçası olmağı planlaşdırsa da, tədbirdən bir gecə öncə qəfil fikrindən daşınıb. Tramp öz çıxışında əməliyyat üzərində bir neçə aylıq birgə fəaliyyətdən sonra qəfil geri çəkilmək qərarına görə İsrailin Baş naziri Binyamin Netanyahunu sərt tənqid edib.

Lakin plandan məlumatlı olan amerikalı rəsmilər Trampın şərhlərini həqiqəti əks etdirmədiyini bildiriblər.

"Onlar heç vaxt bununla razı olmayıblar", - israilliləri nəzərdə tutan Ağ evin yüksəkranqlı məmuru bildirib.

"Onlar həmişə bunun təhlükəli və qeyri-sabitlik gətirən fikir olduğu qənaətində olublar", - o əlavə edib.

Telekanal nəql edib ki, Mərkəzi Kəşfiyyat İdarəsi şərh verməkdən imtina edib, Trampın kampaniyası, ABŞ ordusunun Mərkəzi Komandanlığı və İsrailin ABŞ-dəki səfirliyi sorğuları hələlik cavabsız qoyublar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 676   Tarix: 14 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsrailin gələcək siyasi kursunu nə müəyyən edəcək?

"İsraildə seçkilərin nəticələri ölkənin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır. İlkin nəticələr göstərir ki, Benyamin Netanyahu siyasi mövqelərini qoruyub saxlayıb və hakimiyyətdə qalmaq imkanlarını itirməyib. Lakin əsas məqam ondan ibarətdir ki, seçkilərdə siyasi üstünlük əld

29.10.2026 284
.

Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır

Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind

29.10.2026 374
.

Ceyhun Bayramovdan nəzakətli addım - Video

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti öncəsi salınan "Beştəpə Millət Ormanı" və "Türk Dövlətləri Mədəniyyət Parkı" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib. "Qafqazinfo" xəbər veri

29.10.2026 285
.

Məktəbdə jurnalistlərə qarşı zorakılıqla bağlı - Açıqlama

"Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub". Axşam.az xəbər verir ki, bu, Azərbaycan Mətbuat Şurasının ötən gün Yasamaldak

29.10.2026 370
.

Uşaq hüquqları başqalarının hüquqlarını kölgədə qoymamalıdır

225 nömrəli məktəbdə baş verən faciə məktəb mühitində məsuliyyət, tərbiyə, aqressiya və hüquq anlayışına yenidən nəzər salmağın vacibliyini ortaya qoyur. Bakının 225 nömrəli məktəbində baş verən faciə və ardınca jurnalistlərin çəkiliş qrupuna qarşı törədilən zorakılıq cəmiyyətdə ciddi suallar doğurur

29.10.2026 283
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

10:09 54
.

Diplomatiyada qarşılıqlı hörmət: Şuşadan Bakıya, Bakıdan Ankaraya uzanan mesaj

BİG.AZ-ın müxbiri Nuray Nəzərova yazır. Diplomatiyada bəzən bir görüşün keçirildiyi şəhər, bəzən nümayəndə heyətinin tərkibi, bəzən də verilən mesajın özü siyasi bəyanatlardan daha çox məna daşıyır. Şuşa, Bakı və Ankara arasında qurulan diplomatik təmaslara bu prizmadan yanaşdıqda, ayrı-ayrı görüşləri

29.10.2026 270
.

Canavarlar ov etmək üçün meşə yanğınlarından istifadə edirlər - Maraqlı kəşf

Alimlər müəyyən ediblər ki, canavarlar meşə yanğınlarından qaçmaq əvəzinə, bəzən alovun yaxınlığına gedərək ov imkanlarından yararlana bilirlər. xarici mediaya istinadən xəbər verir ki, adətən vəhşi heyvanların, xüsusilə yırtıcıların oddan qorxduğu düşünülür. Buna görə də ovçular gecələr vəhşi heyvanlar

29.10.2026 305
.

Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - Video

Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Hadisənin səhər saatlarında baş verdiyi, həmin vaxt mühafizəçinin postunda olmadığı bildirilir. Məsələ ilə bağlı yataqxana rəhbərin

29.10.2026 441
.