Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir

Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindirKeçmiş Azərbaycan SSR Ali Sovetində 32 il bundan əvvəl 18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bu heç də asanlllıqla başa gəlməyib. Azərbaycanın Dövlət Müstəqilliyi haqqında məsələ Azərbaycan SSR Ali Sovetinin 1991-ci il oktyabrın 8-də keçirilmiş növbədənkənar sessiyasında dörd gün müzakirə edildikdən sonra bu tarixi sənəd 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında qəbul edilib.

Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu zamanı Ali Sovetin 360 deputatından 258-i səs vermiş, yerdə qalanlar ya sessiyaya qatılmadı ya da ki, əleyhinə səs verdi. Qəbul edilmiş həmin Konstitusiya Aktında qeyd edilirdi ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Aktda 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi kimi qiymətləndirilirdi. Əlavə olaraq qeyd edilir ki, Azərbaycan Respublikasının müstəqilliyinə qarşı yönəldilən hər hansı hərəkət suveren dövlətin daxili işlərinə qarışmaqdır və beynəlxalq hüquq normalarına uyğun olaraq bu hərəkətlərə cavab veriləcək. Eyni zamanda bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır. Konstitusiya Aktı ümumilikdə 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır və əhalinin 95 faizi bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir. Milli Məclis 2006-cı il dekabrın 8-də Əmək Məcəlləsinə dəyişiklik edərək 18 oktyabr Müstəqillik Günü, 12 noyabr Konstitusiya Günü, 17 noyabr Dirçəliş Günü bayram kimi qəbul etdi, lakin bu bayramlar istirahət günü kimi qeyd edilmədi.

2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə "Müstəqillik Günü haqqında" yeni Qanunu təsdiq edildi. Həmin Qanuna görə mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Tarix təsdiq edir ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Lakin qeyd edilməlidir ki, Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Lakin xalqımız bu çətin günlərdə qətiyyət və möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxa bildi. Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdaraq ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Əslində, Azərbaycan əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan möhkəm təməllər üzərində yeni inkişaf yoluna qədəm qoydu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ulu öndər Heydər Əliyev müasir dövlət quruculuğu istiqamətində işlərə başladı. Ümummilli Liderin yorulmaz səyləri nəticəsində qısa müddətdən sonra Azərbaycanın səsi dünyanın ən nüfuzlu təşkilatların yüksək kürsülərindən gəldi. Hazırda Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi müvəffəqiyyətlə həyata keçirir. Prezident İlham Əliyevin dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olunub və bu sahədəki işlər davam etdirilir.

Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndər Heydər Əliyevin bu arzusunu da onun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır. Dövlətimizin başçısının göstərişinə əsasən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Təbii ki, ölkəmizin qüdrətini nnümayiş etdirən daha bir hadisə bu il sentyabrın 19-20-də baş verdi. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın qeyri-qanuni erməni silahlı birləşlələrindən təmizlənməsi və ərazilərimizdəki qondarma rejimin ləğv edilməsi istiqamətində başlatdığı lokal xarakterli antiterror tədbirləri qısa müddətdə böyük uğurla nəticələndi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin tərk-silah olunması, qondarma rejiminin özünü buraxdığını elan etməsi ilə Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi. Beləliklə, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1240   Tarix: 18 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Uşaq hüquqları başqalarının hüquqlarını kölgədə qoymamalıdır

225 nömrəli məktəbdə baş verən faciə məktəb mühitində məsuliyyət, tərbiyə, aqressiya və hüquq anlayışına yenidən nəzər salmağın vacibliyini ortaya qoyur. Bakının 225 nömrəli məktəbində baş verən faciə və ardınca jurnalistlərin çəkiliş qrupuna qarşı törədilən zorakılıq cəmiyyətdə ciddi suallar doğurur

29.10.2026 257
.

Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb

29.10.2026 205
.

Limonu uzun müddət təzə saxlamağın sirri

Limonların daha uzun müddət təzə qalması və vaxtından əvvəl xarab olmaması üçün onları düzgün şəraitdə saxlamaq vacibdir. xarici mediaya istinadən xəbər verir ki, limonlar bəzən çay, şirniyyat və ya müxtəlif yeməklərin hazırlanmasında istifadə edilməzdən əvvəl xarab olur. Hətta soyuducuda saxlanıldıqd

29.10.2026 243
.

Le Monde: Avropa İttifaqı Kanada ilə yaxınlaşma məsələsində fikir ayrılığı yaşayır

Avropa İttifaqı ilə Kanada arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunur. BİG.AZ Le Monde-a istinadən xəbər verir ki, lakin Kanadaya Aİ-də xüsusi assosiativ status verilməsi təklifi Fransa və Almaniyanın etirazı ilə qarşılaşıb. Tərəflər ticarət, müdafiə, enerji və süni intellekt sahələrind

29.10.2026 245
.

Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video

Faciəli şəkildə həyatını itirən 7-ci sinif şagirdi G.Dadaşova Salyan rayonunun Arbatan kənd qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, məktəbli Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin pəncərəsindən yıxılaraq həyatını itirib. Hadisə onun doğmalarını və kənd sakinlərini sarsıdıb

29.10.2026 208
.

"Azərbaycanla sülh ən azı 400 illik bağlanmalıdır" - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını və onun institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini bildirib. "News-Armenia"-a istinadən xəbər verir ki, o, hökumət başçısı vəzifəsində əsas prioritetinin dönməz və uzunmüddətli sülhün təmin edilməs

29.10.2026 231
.

Canavarlar ov etmək üçün meşə yanğınlarından istifadə edirlər - Maraqlı kəşf

Alimlər müəyyən ediblər ki, canavarlar meşə yanğınlarından qaçmaq əvəzinə, bəzən alovun yaxınlığına gedərək ov imkanlarından yararlana bilirlər. xarici mediaya istinadən xəbər verir ki, adətən vəhşi heyvanların, xüsusilə yırtıcıların oddan qorxduğu düşünülür. Buna görə də ovçular gecələr vəhşi heyvanlar

29.10.2026 237
.

Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi

ın baş redaktoru Ülvi Səfərov yazır. Prezident İlham Əliyev oktyabrın 30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq. Dövlət başçısının əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və sıx iş qrafiki səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətlər

29.10.2026 251
.

Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - Video

Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Hadisənin səhər saatlarında baş verdiyi, həmin vaxt mühafizəçinin postunda olmadığı bildirilir. Məsələ ilə bağlı yataqxana rəhbərin

29.10.2026 354
.