Azərbaycan XİN Makronun əsassız və qərəzli iddialarını qətiyyətlə pisləyib
"Fransa Prezidenti Emmanuel Makronun oktyabrın 27-də Avropa İttifaqı Şurasının Brüsseldə keçirilmiş iclası çərçivəsində Azərbaycana qarşı səsləndirdiyi əsassız və qərəzli iddialarını qətiyyətlə pisləyir və rədd edirik".
"Report" xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Prezidenti Emmanuel Makronun Avropa İttifaqı Şurasının Brüssel toplantısı çərçivəsində iddialarına dair şərhində əksini tapıb.
Bildirilib ki, onilliklər ərzində vasitəçi olarkən Azərbaycanın 20%-ə yaxın ərazisinin Ermənistan tərəfindən işğalına göz yuman və ərazilərimizdə separatizmi təşviq edən Fransanın Azərbaycan tərəfini Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid yaratmaqda ittiham etməsi gülünc və qəbuledilməzdir. Fransa heç vaxt uğurlu vasitəçilik səyləri aparmayıb və onun keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə vasitəçiliyi Minsk Qrupu ilə birlikdə başa çatıb. Eynilə beynəlxalq öhdəliklərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın dəfələrlə Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, qondarma erməni rejiminin ləğvinə dair çağırışlarına baxmayaraq, Fransa tərəfi Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir iş görməyib.
Fransa Ermənistana yalan vədlər vermək əvəzinə, Ermənistana düzgün istiqamət versəydi Azərbaycana qarşı olan təhdidi güc yolu ilə həll etməyə ehtiyac olmazdı və məsələ sülh yolu ilə həll olunardı. Məhz Fransanın iştirak etdiyi vasitəçilik səylərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib.
Bu xüsusda, Fransanın mövqeyi onun keçmiş müstəmləkə bölgələrindəki mövcud vəziyyətdən dərs almaqdan imtina etdiyini nümayiş etdirir. Bunun əksinə, Fransa inadkarcasına Afrika və digər regionlardakı uğursuzluqlarını bölgəmizə əvvəlcədən uğursuzluğa məhkum olmuş müdaxiləsi ilə kompensasiya etməyə çalışır. Əgər Fransa keçmiş müstəmləkələrindəki kövrək mövcudluğundan irəli gələn məsələləri daha az ağrısız həll etmək istəsə, Azərbaycan bu istiqamətdə vasitəçilik xidmətlərini təqdim edə bilər.
Fransa bölgəmizdə sülh və sabitliyə mane olan təcavüzkar Ermənistanı dəstəkləmək və silahlandırmaq məqsədi daşıyan məkrli siyasətinə son qoymalıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 531 Tarix: 28 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMelaniya Tramp Aleşkidə ABŞ jurnalistlərinin müşahidəçi kimi iştirakını təsdiqləyib
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna tərəflərinin iştirakı ilə Xerson vilayətinin Aleşki şəhərində keçiriləcək humanitar missiyanı ABŞ jurnalistlərinin müşahidə edəcəyini təsdiqləyib. xəbər verir ki, Melaniya Tramp bu barədə "X" sosial şəbəkəsində Rusiya Prezidentinin beynəlxal
21:15 1 Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - Video
Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Hadisənin səhər saatlarında baş verdiyi, həmin vaxt mühafizəçinin postunda olmadığı bildirilir. Məsələ ilə bağlı yataqxana rəhbərin
16:57 285 Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı
Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə
17:06 268 8 Noyabr - Zəfər Günü: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi və milli qürur tariximiz
Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin tarixlər təkcə təqvimdə əlamətdar gün kimi deyil, milli yaddaşın, dövlətçilik iradəsinin və xalqın sarsılmaz ruhunun təcəssümü kimi yaşayır. 8 Noyabr - Zəfər Günü məhz belə bir tarixdir. Bu gün Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığ
12:27 303 Netanyahu üçün fürsət, müxalifət üçün sınaq: İsraildə seçkidən sonrakı mənzərə
İsraildə səslərin 84,5 faizinin hesablanmasından sonra Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blok 54, Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalifət bloku 49 mandat qazanıb. Ərəb partiyalarının isə ümumilikdə 17 mandat əldə etdiyi bildirilir. Bu nəticələrə əsasən, Netanyahu və onun rəhbərli
11:21 233 Kollektor ərazilərindəki tikililərlə bağlı hüquqi yanaşma necə olmalıdır?
Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də müvafiq sənədlərin mövcudluğ
11:41 245 Məşhur aktrisa ayrılıqdan sonra özünübüst-bütün dəyişdi
Türkiyəli məşhur aktrisa Hafsanur Sancaktutan şəxsi həyatında yaşadığı ayrılıqdan sonra görünüşündə köklü dəyişiklik edib. Türkiyə mediasına istinadən xəbər verir ki, 26 yaşlı aktrisa həmkarı Kubilay Aka ilə münasibətlərinə son qoyduqdan sonra uzun saçlarını kəsdirib. Sancaktutan qısa və qatlı saç düzüm
19:00 200 "Azərbaycanla sülh ən azı 400 illik bağlanmalıdır" - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını və onun institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini bildirib. "News-Armenia"-a istinadən xəbər verir ki, o, hökumət başçısı vəzifəsində əsas prioritetinin dönməz və uzunmüddətli sülhün təmin edilməs
18:30 189 "AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib
"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 20-ci Beynəlxalq "MiningMetals" yubiley sərgisində iştirak edib. 27-29 oktyabr tarixlərində baş tutan beynəlxalq sərgi dağ-mədən sənayesi, metallurgiya və metal emalı sahələrini əhatə edib. Sərgidə ölkəmizlə yanaşı, 18 ölkən
19:53 139