Netanyahu üçün fürsət, müxalifət üçün sınaq: İsraildə seçkidən sonrakı mənzərə

Netanyahu üçün fürsət, müxalifət üçün sınaq: İsraildə seçkidən sonrakı mənzərəİsraildə səslərin 84,5 faizinin hesablanmasından sonra Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blok 54, Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalifət bloku 49 mandat qazanıb. Ərəb partiyalarının isə ümumilikdə 17 mandat əldə etdiyi bildirilir.
Bu nəticələrə əsasən, Netanyahu və onun rəhbərlik etdiyi siyasi düşərgə parlamentdə üstün mövqedə görünsə də, İsrailin siyasi sistemi seçkilərdə birinci yeri tutan blokun avtomatik olaraq hakimiyyətə gəlməsini nəzərdə tutmur. Reallıq ondan ibarətdir ki, bu nəticələrlə heç bir əsas siyasi düşərgə təkbaşına hökumət qurmaq üçün kifayət qədər mandat əldə edə bilməyib. 120 deputatdan ibarət Knessetdə hökumətin formalaşdırılması üçün ən azı 61 deputatın dəstəyi tələb olunur. Bu isə ayrı-ayrı partiyaların seçkidə qazandığı mandatlarla yanaşı, onların seçkidən sonra hansı siyasi qüvvələrlə əməkdaşlığa hazır olmasından asılıdır.
Hazırkı siyasi mənzərədə Netanyahuya qarşı olan qüvvələr müəyyən parlament üstünlüyü əldə etmək imkanına malik olsalar da, vahid strategiya və ortaq koalisiya modeli ətrafında birləşməkdə çətinlik çəkirlər. Buna görə də müxalifətin seçkilərdə uğurlu nəticə əldə etməsi ilə Netanyahunun hakimiyyətdən getməsi arasında hələ də ciddi siyasi məsafə var.
Məsələn, ərəb partiyalarının müxalifətə kənardan dəstək verməklə azlıq hökumətinin formalaşdırılmasına imkan yaratmaq təklifi müzakirə olunsa da, Avigdor Liberman və Qadi Eyzenkot kimi siyasətçilərin bu əməkdaşlığa münasibəti müxalifət daxilində fikir ayrılıqlarının mövcudluğunu göstərir. Belə şəraitdə Netanyahu ilə daha geniş koalisiya və ya milli birlik hökuməti ətrafında razılaşma variantı da siyasi gündəmdə qala bilər. Bununla belə, tərəflərin belə razılaşmaya gedəcəyini əvvəlcədən söyləmək mümkün deyil.
Netanyahunun əsas üstünlüyü məhz müxalifət düşərgəsindəki parçalanmadan qaynaqlanır. Onun rəhbərlik etdiyi siyasi düşərgədə ideoloji ziddiyyətlər və maraq toqquşmaları mövcud olsa da, sağ və dini partiyaların uzun illər ərzində formalaşmış əməkdaşlıq təcrübəsi var. Bu partiyalar üçün Netanyahu ilə ittifaq yalnız siyasi seçim deyil, həm də öz elektoratlarının maraqlarını hökumət səviyyəsində qorumaq vasitəsidir. Ultraortodoks partiyaların dini icmaların hüquqları, hərbi xidmətdən azadolma və dövlət resurslarının bölüşdürülməsi ilə bağlı tələbləri də koalisiya münasibətlərində mühüm yer tutur. Beləliklə, hakim düşərgənin mövqeləri zəifləsə belə, onun daxilindəki siyasi əlaqələrin müxalifətə nisbətən daha oturuşmuş olması Netanyahunun manevr imkanlarını artıra bilər.
Müxalifətin qarşısındakı əsas problem isə Netanyahunu tənqid etməkdən daha çox, onun yerinə hansı hökuməti quracağını müəyyənləşdirməkdir. Qadi Eyzenkot, Naftali Bennett və digər siyasi fiqurların Netanyahuya alternativ yaratmaq marağı ortaq olsa da, bu, onların bütün məsələlərdə eyni mövqedən çıxış etdikləri anlamına gəlmir. Dünyəvi sağ qüvvələrlə liberal düşərgənin, eləcə də ərəb partiyalarının mümkün əməkdaşlığı ilə bağlı fikir ayrılıqları müxalifətin imkanlarını məhdudlaşdırır. Xüsusilə ərəb partiyalarının hökumətin formalaşdırılmasında oynaya biləcəyi rol müxalifət üçün həm parlament çoxluğuna çatmaq imkanı, həm də siyasi baxımdan həssas məsələdir.
Məncə, bu ziddiyyət müxalifətin siyasi strategiyasındakı əsas boşluğu üzə çıxarır. Netanyahuya qarşı olmaq hələ onun yerinə sabit hökumət qurmaq üçün kifayət etmir. Seçicilərin bir hissəsinin mövcud hakimiyyətin dəyişməsini istəməsi yeni hökumətin hansı prinsiplər əsasında fəaliyyət göstərəcəyinə dair razılığın mövcudluğu demək deyil. Müxalifət liderləri arasında baş nazir postuna kimin iddialı olacağı, koalisiya tərəfdaşlarına hansı güzəştlərin ediləcəyi və ərəb partiyalarının dəstəyinin hansı formada təmin olunacağı kimi məsələlər aydınlaşdırılmadıqca, seçki uğurunun real hakimiyyət dəyişikliyinə çevrilməsi çətin olaraq qalacaq.
Seçki kampaniyası zamanı müxalifətin mövqelərini gücləndirən amillərdən biri təhlükəsizlik məsələləri ilə bağlı ictimai narazılıq olub. 7 oktyabr 2023-cü il hücumları İsrail cəmiyyətində hökumətin təhlükəsizlik siyasətinə və dövlət institutlarının fəaliyyətinə dair ciddi suallar yaradıb. Qəzza müharibəsi, Livan istiqamətindəki hərbi əməliyyatlar və İranla qarşıdurma təhlükəsi təhlükəsizlik məsələlərini seçicilərin gündəliyində saxlayır.
Bir tərəfdən, hökumətin baş verənlərə görə məsuliyyət daşıdığını düşünən seçicilər hakimiyyət dəyişikliyini dəstəkləyə bilərlər. Digər tərəfdən, regionda təhlükələrin davam etməsi sərt təhlükəsizlik siyasətini və güclü rəhbərlik arqumentini önə çıxara bilər. Netanyahu uzun siyasi fəaliyyəti ərzində məhz bu arqumentdən öz mövqelərini möhkəmləndirmək üçün istifadə edib.
Hökumətin gələcək taleyinə təsir edən digər məsələ ultraortodoks yəhudilərin hərbi xidmətə cəlb olunmasıdır. Bu mövzu sadəcə dini icmalarla dövlət arasındakı mübahisə deyil, İsrail cəmiyyətində yükün ədalətli bölüşdürülməsi ilə bağlı daha geniş problemdir. Hərbi xidmət ölkənin təhlükəsizlik sisteminin ayrılmaz hissəsi olduğu üçün müəyyən qrupların xidmətdən azad edilməsi digər təbəqələrdə narazılıq yaradır. Netanyahu isə dini partiyaların dəstəyini qorumaqla hökumətinin parlament dayaqlarını saxlamaq arasında çətin seçimlə üzləşir. Bu ziddiyyət onun koalisiya daxilində manevr imkanlarını məhdudlaşdırdığı kimi, müxalifətə də hakimiyyətə alternativ təqdim etmək üçün əlavə siyasi imkan yaradır.
Bununla belə, ictimai narazılığın avtomatik olaraq siyasi dəyişikliyə çevriləcəyini düşünmək düzgün olmazdı. Hökumətin fəaliyyətindən narazılıqla müxalifətin təklif etdiyi alternativə etimad göstərilməsi fərqli məsələlərdir. Eyzenkotun əsas vəzifəsi yalnız Netanyahunun siyasətini tənqid etmək deyil, təhlükəsizlik, hərbi xidmət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində inandırıcı proqram təqdim etməkdir. Müxalifət bunu bacarmadığı halda hakimiyyətin zəifləməsi yeni siyasi çoxluğun formalaşmasına gətirib çıxarmaya bilər.
Səsvermənin başa çatması seçkiqabağı dövrdə mövcud olan qeyri-müəyyənliyi aradan qaldırmayıb. İlkin nəticələrə görə, Likud ayrı-ayrı partiyalar arasında önə çıxsa da, nə Netanyahu tərəfdarları, nə də Eyzenkotun rəhbərlik etdiyi müxalifət düşərgəsi hökumət qurmaq üçün tələb olunan 61 mandatı təmin edə bilib. Ərəb partiyalarının əldə etdiyi mandatlar da yeni hökumətin formalaşdırılması prosesində əhəmiyyətli amilə çevrilib. Bununla belə, yekun nəticələr və koalisiya danışıqlarının gedişi müəyyənləşmədən hakimiyyətin kimə keçəcəyini qəti söyləmək mümkün deyil.
Bu mənzərə İsraildə siyasi mübarizənin seçki günü ilə bitmədiyini göstərir. Əksinə, əsas mübarizə indi parlament çoxluğunun formalaşdırılması uğrunda başlayır. Netanyahu seçkilərdəki itkilərə baxmayaraq, sağ və dini partiyalarla əməkdaşlıq imkanlarını qorumağa çalışacaq. Eyzenkot isə seçicilərin dəyişiklik istəyini real hakimiyyət alternativinə çevirmək üçün bir-birindən fərqli siyasi qüvvələr arasında razılaşma əldə etməlidir. Ərəb partiyalarının dəstəyi bu baxımdan həlledici ola bilər, lakin belə dəstəyin hansı formada təmin ediləcəyi və müxalifət daxilində qəbul olunub-olunmayacağı ayrıca siyasi problemdir. Tərəflər kompromisə nail ola bilməsələr, İsraildə növbədənkənar seçkilərin keçirilməsi ehtimalı yenidən gündəmə gələ bilər.
Təbii ki, hazırkı məqamda əsas məsələlərdən biri İsraildə mümkün hakimiyyət dəyişikliyinin ölkənin xarici siyasətinə və regional kursuna necə təsir edəcəyidir. Mən köklü dəyişikliklərin baş verəcəyini düşünmürəm. Məsələn, İranın regional təsirinin məhdudlaşdırılması, ABŞ-la strateji tərəfdaşlığın qorunması və İsrailin təhlükəsizlik maraqlarının təmin edilməsi müxtəlif siyasi düşərgələrin mövqelərində ortaq məqamlar kimi çıxış edir. Fərqlər daha çox bu məqsədlərə hansı vasitələrlə nail olunacağı, diplomatiyaya nə qədər yer ayrılacağı və regional tərəfdaşlarla münasibətlərin necə qurulacağı məsələlərində ortaya çıxa bilər.
Ankara ilə Təl-Əviv arasında Qəzza müharibəsi və regional təhlükəsizlik məsələləri ətrafında yaranmış ciddi fikir ayrılıqları hökumət dəyişikliyi ilə avtomatik aradan qalxmayacaq. Bununla belə, daha praqmatik siyasi yanaşma diplomatik kanalların bərpasına və qarşıdurmanın idarə olunmasına müəyyən imkanlar yarada bilər. Bu, münasibətlərin mütləq normallaşacağı demək deyil, lakin tərəflərin ortaq maraqlarının olduğu sahələrdə dialoq üçün şərait formalaşa bilər.
Azərbaycan-İsrail münasibətlərində isə strateji əməkdaşlığın davamlılığı daha geniş institusional əlaqələrə və qarşılıqlı maraqlara əsaslanır. Müdafiə sənayesi, təhlükəsizlik, enerji və digər sahələrdə formalaşmış əlaqələr İsraildəki siyasi dəyişikliklərdən asılı olmayaraq münasibətlərin əsasını təşkil edir. Yeni hökumətin regional siyasətində müəyyən taktiki dəyişikliklər baş versə belə, Bakı ilə Təl-Əviv arasında əməkdaşlığın davam etdirilməsi üçün ciddi qarşılıqlı maraqlar mövcuddur.

Turan Rzayev-politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 142   Tarix: 29 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, paylaşımda deyilir:. "Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

10:49 153
.

Meloninin mümkün istefası İtaliyada siyasi gərginliklə əlaqələndirilir

İtaliyanın Baş naziri Corcia Meloninin mümkün istefası hakim koalisiya daxilində, o cümlədən Ukraynaya hərbi yardımın dayandırılması məsələsi ilə bağlı artan gərginliklə əlaqələndirilir. xəbər verir ki, bu barədə Belluno şəhərindəki UniDolomiti Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə italya

10:34 171
.

Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var

Bakıda məktəblilərdən birinin ölümü ilə bağlı hadisəni işıqlandırmaq istəyən "Real TV"nin çəkiliş qrupu hücuma məruz qalıb. xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə baş verib. Məktəbin 7-ci sinif şagirdi pəncərədən yıxılaraq həyatını itirib. Hadisə barədə çəkili

28.10.2026 456
.

Təcrübəli evdar qadınlar niyə mətbəxdəki su kranlarını soğanla sürtürlər?

Mətbəxdəki su kranlarında yaranan ağ ləkələr və ərp bir çox evdar qadının qarşılaşdığı problemlərdəndir. Bəzi insanlar bu çirkləri təmizləmək üçün bahalı kimyəvi vasitələr alırlar. Halbuki problemi mətbəxdə hər kəsin istifadə etdiyi adi bir məhsulla da həll etmək mümkündür. xarici mediaya istinadən xəbə

28.10.2026 378
.

Kollektor ərazilərindəki tikililərlə bağlı hüquqi yanaşma necə olmalıdır?

Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də müvafiq sənədlərin mövcudluğ

11:41 115
.

Moskva Berlinin hərbi bəyanatlarına münasibət bildirib

Berlindəki Rusiya səfirliyi Bundesverin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Andreas Kühnenin Almaniyanın xüsusi təyinatlı qüvvələrinin mümkün münaqişəyə hazırlığı ilə bağlı açıqlamalarına münasibət bildirib. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Rusiya diplomatik nümayəndəliyinin təmsilçilər

10:43 157
.

Netanyahu üçün fürsət, müxalifət üçün sınaq: İsraildə seçkidən sonrakı mənzərə

İsraildə səslərin 84,5 faizinin hesablanmasından sonra Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blok 54, Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalifət bloku 49 mandat qazanıb. Ərəb partiyalarının isə ümumilikdə 17 mandat əldə etdiyi bildirilir. Bu nəticələrə əsasən, Netanyahu və onun rəhbərli

11:21 138
.

Netanyahu seçkilərdəki əsas rəqibi ilə koalisiyaya gedə bilər

"İsrail və ABŞ yenidən İranla müharibəyə başlasa, Benyamin Netanyahu seçkilərdəki rəqibi Qadi Ayzenkotu mümkün yeni koalisiya hökumətinə qoşulmağa məcbur edə bilər". Teleqraf xəbər verir ki, bunu "Vaşinqton Post"a İsrail Baş naziri Benyamin Netanyahunun "Likud" partiyasını

28.10.2026 348
.

Sevgilisi olmayanlara TƏKLİF - Finlandiyada istirahət edə biləcəksiniz

Finlandiya sevgilisi olmayan şəxslərə qeyri-adi səyahət təklif edir. Müxtəlif ölkələrdən seçiləcək 16 iştirakçı dördgünlük qastronomik səfərə yollanacaq və yerli subaylarla şam yeməyində tanış olacaq. Səfərin bütün xərclərini təşkilatçılar qarşılayacaq. xarici mediaya istinadla xəbər verir ki, layihəni

28.10.2026 360
.