Sevgilisi olmayanlara TƏKLİF - Finlandiyada istirahət edə biləcəksiniz
Finlandiya sevgilisi olmayan şəxslərə qeyri-adi səyahət təklif edir. Müxtəlif ölkələrdən seçiləcək 16 iştirakçı dördgünlük qastronomik səfərə yollanacaq və yerli subaylarla şam yeməyində tanış olacaq. Səfərin bütün xərclərini təşkilatçılar qarşılayacaq.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, layihənin təşəbbüskarı "Visit Finland" turizm təşkilatıdır.
Səyahət hara olacaq?
İştirakçılar səkkiz nəfərlik iki qrupa bölünərək 2027-ci il fevralın 9-19-u aralığında Helsinki və ya Tampere şəhərinə göndəriləcəklər. Hansı şəhərə gedəcəkləri iştirakları yekun təsdiqlənənədək sürpriz olaraq qalacaq.
Proqrama müxtəlif qastronomik tədbirlər daxildir. Əsas tədbir isə məkanı əvvəlcədən açıqlanmayan şam yeməyi olacaq. Görüşə romantik münasibəti olmayan yerli sakinlər də qatılacaqlar.
Helsinkidə menyunu "Café Savoy" restoranının aşpazı Adel Kinnunen, Tamperedə isə "Gösta" restoranından Henri Tikkanen hazırlayacaq. Tikkanen Finlandiyanı beynəlxalq "Bocuse d’Or" kulinariya müsabiqəsində təmsil edib.
İdeya çəhrayı alış-veriş səbətlərindən yaranıb
Layihə Finlandiyada populyarlaşan "Sinkkukori" tanışlıq ənənəsinin davamı kimi təqdim olunur. Bu təşəbbüs çərçivəsində tanışlığa açıq olan insanlar supermarketlərdə çəhrayı səbətlər götürərək digər alıcılara işarə verirlər.
"Business Finland"ın beynəlxalq marketinq üzrə baş direktoru Helli Ximenes bildirib ki, səyahət iştirakçılar üçün yeni imkanlar yarada bilər: "Bəlkə də onlar sevgilərini tapacaqlar".
İştirak üçün nə etmək lazımdır?
Namizədlər ingilis dilində qısa video çəkərək romantik şam yeməyi üçün hansı yeməyi hazırlayacaqlarını və niyə məhz onu seçdiklərini izah etməlidirlər.
Video Instagram, TikTok və ya YouTube-da #FinnishDinnerDate həştəqi ilə paylaşılmalı, "Visit Finland" hesabı işarələnməlidir. Daha sonra FinnishDinnerDate.com saytındakı anket doldurularaq videonun keçidi əlavə olunmalıdır.
İstəyənlər videonu YouTube-da yalnız keçidi olan şəxslərin baxa biləcəyi rejimdə də yerləşdirə bilərlər.
Son müraciət tarixi açıqlanıb
Müraciətlər noyabrın 10-dək qəbul ediləcək. Qaliblərin adları dekabrın 1-də "Visit Finland"ın Instagram və TikTok səhifələrində elan olunacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 131 Tarix: 28 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlkəmiz növbəti dəfə mötəbər toplantıya ev sahibliyi etdi
Oktyabrın 27-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı v
11:40 280 Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub. Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasını
13:03 523 Azərbaycanın multikulturalizm modeli dünyanın diqqətindədir
Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı multikulturalizm anlayışına və onun müasir dünyada üzləşdiyi çağırışlara fərqli prizmadan baxmaq üçün mühüm fürsətdir. XX əsri
11:45 263 Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı
"Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərin
11:54 208 Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq
Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin
14:22 220 İlham Əliyev çexiyalı həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev çexiyalı həmkarı Petr Pavelə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubun mətnində deyilir:. "Hörmətli cənab Prezident,. Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında
11:30 95 "Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama
"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır
12:00 293 Xuraman Əlizadəyə ağır itki
Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!
17:07 108 İntihar baş verən məktəbə psixoloqlar cəlb olunub
Bu gün Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi G.D.-nin intihar etməsi ilə bağlı xəbər vermişdik. "Qafqazinfo" xəbər verir ki, hadisədən sonra Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələr
16:50 124