Prezident İlham Əliyev: "Tarixən olduğu kimi, Azərbaycan və Türkiyə xalqları bu gün də bir-birinin yanındadır"

Prezident İlham Əliyev: "Tarixən olduğu kimi, Azərbaycan və Türkiyə xalqları bu gün də bir-birinin yanındadır""Tarixən olduğu kimi, xalqlarımız bu gün də bir-birinin yanındadır, sevincini də, kədərini də birgə yaşayırlar. Azərbaycan xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Siz (Rəcəb Tayyib Ərdoğan - red.) başda olmaqla, qardaş Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə, ərazi bütövlüyünə göstərdiyi birmənalı siyasi dəstəyini və qətiyyətli mövqeyini heç zaman unutmayacaq".

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanlandığı təbrik məktubunda yer alıb.

"Biz Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrini bundan sonra da bütün sahələrdə gücləndirmək əzmindəyik. Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər kimi sarsılmaz təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz həm də bölgədə sabitliyin, əmin-amanlığın, inkişafın və təhlükəsizliyin zaminidir.
Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə qardaşlığını və birliyini əbədiyyətədək yaşatmaq və daha da möhkəmləndirmək, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli missiyamızı bundan sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik", - deyə dövlətimizin başçısı qeyd edib.

Bu tarixi gündə qardaş Türkiyə xalqının sevincinə qoşulduğunu bildirən Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətində müvəffəqiyyətlər, Türkiyə Respublikasına daim rifah, firavanlıq və yüksəliş arzulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 690   Tarix: 28 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Macarıstan Ali Məhkəmənin keçmiş sədri prezident olmağa razılıq verib

Macarıstan Ali Məhkəməsinin keçmiş sədri (2009-2011) Andraş Baka ölkə prezidenti vəzifəsini tutmaq barədə hakim "Tisa" partiyasının təklifini qəbul edib. xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar "Facebook" səhifəsində bildirib. "Biz şəxsən Andraş Bakaya "Tisa"

09.08.2026 244
.

Bakıda neft çənlərində GÜCLÜ YANĞIN: Əraziyə FHN və polis qüvvələri cəlb olunub - FOTO

Bakının Xətai rayonunda baş verən yanğınla əlaqədar polis əməkdaşları da əraziyə cəlb olunublar. -ın əldə etdiyi məlumata görə, hadisə yerində yanğınsöndürmə və xilasetmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin olunması məqsədilə polis tərəfindən zəruri operativ tədbirlər görülüb. 16:26. Bakının Xəta

09.08.2026 478
.

Böyük Britaniya Cənubi Qafqazda uzunmüddətli sülhə dəstəyini təsdiqləyib

Böyük Britaniya Cənubi Qafqazda möhkəm sülhün əldə edilməsi istiqamətində səylərə dəstəyini təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin avqustun 8-də Vaşinqton sammitinin birinci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib. "Vaşinqto

09.08.2026 176
.

Moskvanın Ermənistanla bağlı mövqeyi dəyişir? - Rusiya ekspertindən AÇIQLAMA

Rusiya Ermənistan hakimiyyətinin Avropa İttifaqına (Aİ) qoşulmaq niyyətinə baxmayaraq, ölkəyə qarşı sanksiyalar tətbiq etməmək mövqeyindədir. xəbər verir ki, bunu tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (IMEMO RAS) baş elmi işçis

11:44 74
.

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

BTV-də yeni kadr təyinatı həyata keçirilib. Asim Abdullayev BTV Xəbərin baş redaktor müavini təyin olunub. BTV xəbər verir ki, bununla bağlı BTV-nin baş direktoru Sahil İmanov müvafiq qərar imzalayıb. Qərara əsasən, Abdullayev Asim Asif oğlu BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib. BT

09.08.2026 267
.

Kosmosda 49 ildir: Voyager 2-nin missiyası daha da uzadıldı

Voyager 2 kosmik gəmisinin missiyası uzadılıb. xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Məlumata görə, "Böyük Partlayış" adlandırılan əməliyyat çərçivəsində enerji sərfiyyatı yüksək olan bəzi cihazların söndürülməsi və onların daha az enerji tələb edən alternativlərlə əvəzlənməsi nəzərd

12:10 4
.

Britaniyada partiya lideri Milli Cinayət Agentliyini məhkəməyə verib

Böyük Britaniyanın Reform UK partiyasının lideri Naycel Faraş və onun müavini Riçard Tays bank əməliyyatları barədə məlumatların KİV-ə sızması ilə əlaqədar Milli Cinayət Agentliyinə (NCA) qarşı İngiltərə və Uels Ali Məhkəməsində iddia qaldırıblar. "Report" xəbər verir ki, bu barədə "Th

09.08.2026 235
.

"Beynəlxalq mövqelərimizin güclənməsində Prezident İlham Əliyevin diplomatik fəaliyyəti mühüm rol oynayır" - David Seliverstov

Azərbaycanın xarici siyasəti son illərdə milli maraqların qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq mövqelərin gücləndirilməsi istiqamətində həyata keçirilir. Bu siyasətdə Prezident İlham Əliyevin diplomatik fəaliyyəti və siyasi iradəsi mühüm rol oynayır. Azərbaycanın xaric

10:14 132
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq. Bu barədə BİG.AZ "Azərişıq" ASC-yə istinadla xəbər verir. Qeyd olunub ki

10:00 155
.

TOP MP3