Maradona və Pelenin məhrum qaldığı "Qızıl top" - Nədən hazırlanır?

Maradona və Pelenin məhrum qaldığı "Qızıl top" - Nədən hazırlanır?Xəbər verdiyimiz kimi, ötən gün "France Football" nəşrinin təsis etdiyi mükafatın qalibi Argentina millisinin hücumçusu Lionel Messi olub.

Bəs "Qızıl top" doğrudanmı qızıldan hazırlanır? Deyilsə, niyə bu qədər dəyərlidir?

"Qafqazinfo" "Bombardir.ru"ya istinadən "Qızıl top" barədə məlumatı təqdim edir:

"Qızıl top"u 50-ci illərdə "France Football" jurnalının baş redaktoru Qabriel Hanault təsis edib.

O, əvvəllər futbol oynayıb, hətta Fransa millisinə də qatılıb. Sonra isə jurnalist fəaliyyətinə başlayıb və idman sahəsində xeyli işlər görüb. 1954-cü ildə həmkarları ilə birlikdə bir il sonra yaradılan Çempionlar Kuboku (Çempionlar Liqasının analoqu) haqqında müzakirələr aparıb. O, həmçinin təlimçilər üçün ilk Avropa seminarlarını təşkil edib. Hanault ən yaxşı gənc fransız futbolçularını o vaxtdan seçməyə başlayıb. Dörd dəfə Fransa çempionluğunu və Dünya Kubokunda bürünc medal qazanan istedadlı Raymond Kopanı belə kəşf edib.

1956-cı ildə ingilis Stenli Metyus Avropada ilin ən yaxşı oyunçusu - "Qızıl top"un sahibi seçilib. O vaxtdan da "France Football" "Qızıl top"u fərqlənənə layiq görür.

Maradona və Pelenin məhrum qaldığı "Qızıl top" - Nədən hazırlanır?1995-ci ilə qədər "Qızıl top" yalnız Avropa klublarından avropalılara verilirdi, ona görə də Maradona və Pele ondan məhrum qalıb. İndi "Qızıl top"u dünyanın istənilən futbolçusu istənilən komandadan ala bilər. Onun ilk avropalı olmayan sahibi isə Corc Vea olub.

Mükafat 13000 avroya başa gəlir

"Qızıl topu"n dizaynını Mellerio dits Meller ailə şirkəti yaradıb. Həmin biznes indi Fransua və Olivier Mellerio tərəfindən idarə olunur. Bu, artıq onların ailəsində 14-cü sənətkar nəslidir.

80-ci illərə qədər kiçik olan mükafatın indi hündürlüyü 31 sm, eni 23 sm, dərinliyi isə 23 sm-dir.

Bu top qızıla bənzəsə də, zərli iki mis yarımkürədən ibarətdir. Qızıla batırılır və bütün istehsal təxminən 13 min avro dəyərində qiymətləndirilir.

Maradona və Pelenin məhrum qaldığı "Qızıl top" - Nədən hazırlanır?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 788   Tarix: 31 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, oktyabrın 30-

16:12 212
.

İsrailin gələcək siyasi kursunu nə müəyyən edəcək?

"İsraildə seçkilərin nəticələri ölkənin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır. İlkin nəticələr göstərir ki, Benyamin Netanyahu siyasi mövqelərini qoruyub saxlayıb və hakimiyyətdə qalmaq imkanlarını itirməyib. Lakin əsas məqam ondan ibarətdir ki, seçkilərdə siyasi üstünlük əld

15:10 200
.

Zəfər Günü və Şuşa: milli iradənin təntənəsi, tarixi ədalətin bərpası və Böyük Qayıdışın strateji əhəmiyyəti

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü dövlətçilik salnaməsinin ən mühüm hadisələrindən biri, Şuşanın azadlığı isə həmin tarixi qələbənin hərbi, siyasi və mənəvi mahiyyətini özündə birləşdirən rəmzdir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmaql

12:58 222
.

Meloninin mümkün istefası İtaliyada siyasi gərginliklə əlaqələndirilir

İtaliyanın Baş naziri Corcia Meloninin mümkün istefası hakim koalisiya daxilində, o cümlədən Ukraynaya hərbi yardımın dayandırılması məsələsi ilə bağlı artan gərginliklə əlaqələndirilir. xəbər verir ki, bu barədə Belluno şəhərindəki UniDolomiti Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə italya

10:34 236
.

Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat XİN-in "X" hesabında paylaşılıb. Bildirilib ki, nazir Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirakı çərçivəsində türkiyəl

12:23 228
.

Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa verildi

Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirilib. Axşam.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. O bildirib ki, atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı qızın valideyni yenidə

11:14 273
.

Zəfər tariximizin qüruru, milli birliyimizin və dövlət gücümüzün təntənəsi

Zəfər yalnız hərbi qələbə deyil, həm də bir xalqın milli iradəsinin, sarsılmaz birliyinin, Vətən sevgisinin və tarixi ədalət uğrunda mübarizəsinin təntənəsidir. Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Zəfər ölkəmizin çoxəsrlik dövlətçilik tarixində yeni bir səhifə açdı, xalqımızın milli qürurun

12:15 291
.

Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz

11:33 244
.

Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi

ın baş redaktoru Ülvi Səfərov yazır. Prezident İlham Əliyev oktyabrın 30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq. Dövlət başçısının əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və sıx iş qrafiki səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətlər

16:37 170
.