"Nə vaxt evlənirəm desə, mən hazıram" - Fədayə Laçın sirləri açdı

"Nə vaxt evlənirəm desə, mən hazıram" - Fədayə Laçın sirləri açdı"Əslində Azərbaycana qayıtmağıma səbəb toy məclisləri oldu. Bir neçə dəvətdən sonra məcbur olub gəldim. Getməli idim, gördüm ki, dəvətlər artmağa başladı. Rusiyaya qayıdacağam, çünki həm orada toylarım var, həm də orada yaşayıram. İnsanların məni bu cür ürəkdən qarşılamaqları mənə çox xoş oldu. Efirlər də mənim üçün darıxmışdı. Tamaşaçılar yazır ki, efirlərin dadı-duzu, ləzzəti qayıtdı. Mən də o sevgidən ilhamlanıb Bakıya gələn günündən çəkilişlərdəyəm. Öz şəxsi işlərimi kənara qoymuşam. Heç kimlə görüşməmişəm. Dost-tanış, qohum-əqrəba hamısı məndən inciyib. Hələ burdayam, deyə bilirəm ki, sevdiklərimlə arxayın görüşəcəyəm".

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Fədayə Laçın deyib.

"Ən çox anam, bacılarım üçün darıxmışdım. Rusiyada yaşayan azərbaycanlılar da məni sevirlər, amma buradakı kimi deyil. Heç bilməzdim ki, mənim üçün bu qədər darıxıblar", - deyə müğənni bildirib.

Fədayə Laçın oğlu Əlhəmi evləndirmək istəyindən də söz açıb.

"Mən oğlumu evləndirmək istəyirəm. İstəyərdim də. Amma onun ixtiyarına buraxmışam. O, özü ağıllı oğlandır, deyir ki, bu, elə bir məsələdir ki, gərək yüz ölçüb, bir biçəsən. Əlhəm nə vaxt desə ki, evlənirəm, mən hazıram", - deyə müğənni bildirib.

Fədayə Laçın plastik əməliyyatlara da münasibət bildirib:

"Bir az artıq çəki aldığım üçün insanlar elə bilirlər ki, üzümə dolğu etdirmişəm. Üzümdə heç nə yoxdur. Arıqlayan kimi yanaqlarım düşür. Kökələn kimi isə əksinə olur. Üz-gözümdə heç nə yoxdur. Ehtiyac da bilmirəm. Nə vaxtsa ehtiyac bilsəm, bəlkə də müraciət edərəm. Plastik cərrahiyyələrdən çox qorxuram. Elə bilirəm ki, həmin prosedurun üstündən illər keçəndən sonra insan peşman olur. Mən də bu peşmanlıqdan qorxuram", - deyə müğənni bildirib.

Fədayə Laçın bildirib ki, Moskvada heç bir biznesi yoxdur.

"Restoranımız daha işləmir. Biz onu oğlum Əlhəm üçün götürmüşdük. Əlhəm də şair adamdır. Biz incəsənət adamıyıq, gördük ki, bizlik deyil. Bir il işlətdik, xoşumuz gəlmədi, istədiyimiz kimi olmadı, ona görə də məsləhət bildik ki, daha çox ziyana düşməmiş restorandan çıxaq. Az ziyanla çıxdıq. Deyirlər ki, Fədayənin bir milyon borcu var, o borc deyil. 1 milyon rubldur. O da bizim pulla 17-20 min manat arası edir. Bu borc deyil, ziyandır, itirdiyimiz puldur. Heç kimə də borcumuz yoxdur. Biznesimiz ancaq toylardır", - deyə müğənni bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1235   Tarix: 31 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, oktyabrın 30-

16:12 212
.

İsrailin gələcək siyasi kursunu nə müəyyən edəcək?

"İsraildə seçkilərin nəticələri ölkənin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır. İlkin nəticələr göstərir ki, Benyamin Netanyahu siyasi mövqelərini qoruyub saxlayıb və hakimiyyətdə qalmaq imkanlarını itirməyib. Lakin əsas məqam ondan ibarətdir ki, seçkilərdə siyasi üstünlük əld

15:10 200
.

Zəfər Günü və Şuşa: milli iradənin təntənəsi, tarixi ədalətin bərpası və Böyük Qayıdışın strateji əhəmiyyəti

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü dövlətçilik salnaməsinin ən mühüm hadisələrindən biri, Şuşanın azadlığı isə həmin tarixi qələbənin hərbi, siyasi və mənəvi mahiyyətini özündə birləşdirən rəmzdir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmaql

12:58 222
.

Meloninin mümkün istefası İtaliyada siyasi gərginliklə əlaqələndirilir

İtaliyanın Baş naziri Corcia Meloninin mümkün istefası hakim koalisiya daxilində, o cümlədən Ukraynaya hərbi yardımın dayandırılması məsələsi ilə bağlı artan gərginliklə əlaqələndirilir. xəbər verir ki, bu barədə Belluno şəhərindəki UniDolomiti Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə italya

10:34 236
.

Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat XİN-in "X" hesabında paylaşılıb. Bildirilib ki, nazir Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirakı çərçivəsində türkiyəl

12:23 228
.

Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa verildi

Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirilib. Axşam.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. O bildirib ki, atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı qızın valideyni yenidə

11:14 273
.

Zəfər tariximizin qüruru, milli birliyimizin və dövlət gücümüzün təntənəsi

Zəfər yalnız hərbi qələbə deyil, həm də bir xalqın milli iradəsinin, sarsılmaz birliyinin, Vətən sevgisinin və tarixi ədalət uğrunda mübarizəsinin təntənəsidir. Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Zəfər ölkəmizin çoxəsrlik dövlətçilik tarixində yeni bir səhifə açdı, xalqımızın milli qürurun

12:15 291
.

Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz

11:33 244
.

Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi

ın baş redaktoru Ülvi Səfərov yazır. Prezident İlham Əliyev oktyabrın 30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq. Dövlət başçısının əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və sıx iş qrafiki səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətlər

16:37 170
.