Aftandil İsrafilovun mahnısını gürcülər erməni bəstəsi kimi təqdim etdilər - Video

Aftandil İsrafilovun mahnısını gürcülər erməni bəstəsi kimi təqdim etdilər - VideoMərhum Xalq artisti Aftandil İsrafilovun illər əvvəl bəstələdiyi "Basqalı" mahnısı Gürcüstan televiziyasında verilişlərin birində səsləndirilib.

Axşam.az xəbər verir ki, bu haqda Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə paylaşım edib. Onun yayımladığı videoda gürcü uşaqların mahnını gürcü dilində oxuyub, rəqs etməsi əks olunub.

B.Bağırzadə "Əziz dostlar, baxın, bu gözəl istedadlı gürcü uşaqları bizim möhtəşəm bəstəkar və qarmon ustadı Avtandil İsrafilovun "Basqalı" rəqs kompozisiyasını necə ifa edirlər. Bu musiqi hələ ötən əsrin 70-ci illərində yazılıb və bu gün gürcü uşaqları bu bəstəyə söz qoşub, ifa edirlər" deyə, paylaşımında yazıb.

Bəhram daha sonra paylaşımında əlavə edib ki, "Basqalı" gürcü kanalında erməni bəstəsi "Şalaxo" kimi təqdim olunub:

"Qonşularımız" heç vaxt sakitləşməyəcək! Onlar artıq hər şeyi - iki dəfə müharibəni, qonşu ölkələrin etimadını, Qafqazın sakinləri adlandırılmaq haqqını və şərəfini itiriblər. Amma bitməmiş ilan kimi hələ də əllərinə düşən hər şeyi öz zəhərləri ilə zəhərləməyə çalışırlar. Ona görə də mən Azərbaycan Mədəniyyət Nazirliyinə müraciət edirəm - zəhmət olmasa öyrənin niyə Azərbaycan musiqisi erməni kimi təqdim olunur? Bəlkə gürcü dostlarımız bu musiqinin müəllifinin kim olduğunu sadəcə olaraq bilmirlər? Gürcüstan telekanalının əməkdaşları ilə əlaqə saxlamaq lazımdır ki, əsl bəstəkar Avtandil İsrafilovu göstərsinlər".

Qeyd edək ki, Aftandil İsrafilov bu il aprelində 82 yaşında dünyasını dəyişib. Qarmon ustadı İkinci Fəxri Xiyabanda dəfn olunub.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1225   Tarix: 06 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.