"Hissin adının testdə olması…" – Tənqidlərə cavab verdi / VİDEO
Rep ifaçısı PRoMete (Pərviz İsaqov) son günlər müğənni Hissin mahnısının imtahana salınmasından sonra yaranan qalmaqala aydınlıq gətirib.
News24.az xəbər verir ki, PRoMete bildirib ki, bu sual Hissin gündəlik həyatı və ya nə geyindiyi ilə bağlı deyil. Bu, Hissin mahnısından bir cümlənin qrammatik normalarla təhlilidir:
"Bir neçə gündür ki, sosial şəbəkələrdə və televiziyalarda orta məktəb imtahanlarında olan testlərin təhsil sisteminə verdiyi zərərdən danışılır. Məsələn: "Evə gələndə çörəyi kim alır?" sualı ilə bağlı süjeti gördüm. Məncə də bu bizim bir çox hallara uyğunlaşaraq yanaşmamağımızın fəsadlarındandır. Şəhid övladlarımız digər uşaqlarla bərabər təhsil alırlar. Bunu necə testə salanda düşünməmək olar ki, bu sual onların qarşısına çıxanda aqibət necə olacaq. Nümunə kimi deyirəm, qərbdə qeyri-ənənəvi oriantasiyası olan şəxslərin hisslərinə toxunmamağa görə, bir çox yerlərdə "hörmətli xanımlar" və "hörmətli cənablar" sözünü "hörmətli sərnişinlər", "hörmətli istifadəçilər"lə əvəz ediblər. Çünki insanın mənəvi əzilməmə faktoru hər şeydən üstündür. İnsanları sevən cəmiyyətdə bax belə olur. Biz isə şəhidlərimizin övladlarını belə testlərdə nəzərə almırıq. Son günlərdə televizyalarda analitik verilişlərdə müzakirə olunan mövzulardan biri də Hissin "Mars" mahnısından "mahnılarım qızıldır, paslanmır" cümləsinin testlərə daxil edilməsidir. Diqqət edirsinizsə, analitik verilişlərdə. Hansında ki, jurnalist məsələnin mahiyyətinə varmalıdır. Amma təəssüf ki, Aytən Səfərovalarımız efirlərdə azdır. Bəzən o məsələnin mahiyyətinə baxmağa dəvət etsə də, Mehman Rəsulov kimi aparıcılar "Mənim uşağım bu sualın cavabını haradan bilməlidir? Mütləq Hissə qulaq asmalıdır?" sualını verir. Orada Hissin adının olması heç bir mahiyyət daşımır. Əsas məsələ, Mehman bəy, sizin uşağınızın Azərbaycan dilinə nə qədər hakim olmasıdır. Çünki o uşağının atasının yanaşması məntiqinə varmadan, sadəcə "küyə" gedən yanaşmadır. Yanınızda Aytən Səfərova dərinlikdə bir jurnalist var. Heç olmasa onun dediklərinə axıra kimi qulaq assanız, anlayaqcaqsınız ki, məsələnin mahiyyəti nədir. Bu sözləri Hissin meneceri olduğuma görə demirəm. Qətiyyən, hamı bilir ki, olduğum sektorda xoşuma gəlməyən nəsə olubsa, daim bildirmişəm. O ki, qaldı o testləri hazırlayan pedaqoqlara, onlara sadəcə alqış düşür".
Qeyd edək ki, özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahanında Hissin "Mars" adlı mahnısındakı "mahnılarım qızıldır, paslanmır" sözləri yer alıb.
Sözügedən sual ictimaiyyətdə birmənalı qarşılanmayıb. Tanınmış sənətkarların klassik ifalarından yox, məhz Hissin mahnısından test tərtib edilməsi müzakirələr yaradıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 950 Tarix: 07 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPentaqonda kadr dəyişiklikləri: yüksək vəzifəli general vəzifəsindən ayrılıb
ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqonun yüksək vəzifəli generallarından biri, Strategiya, Planlaşdırma və Siyasət Direktoru vəzifəsində çalışan Brett Silviyanı istefaya göndərib. Bu addımın Müdafiə Nazirliyində kadr dəyişikliklərinin yeni mərhələsinin başlanğıcı olduğu bildirilir. xəbər verir ki
10:39 108 "Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir"
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı uzun illər susduğu xatirələrini qələmə alıb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. X. Hidayətqızı Mehdiyevlə qarşıdurmasını
28.10.2026 469 Pərviz Abubəkirov işdən çıxarıldı
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov vəzifəsindən ayrılıb. Bizim.Media-ya istinadən xəbər verir ki, Pərviz Abubəkirov bu gün artıq rəsmi şəkildə işindən uzaqlaşdırılıb. Qeyd edək ki, Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2018-ci ild
10:31 130 Bill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)
"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ
28.10.2026 345 Netanyahu seçkilərdəki əsas rəqibi ilə koalisiyaya gedə bilər
"İsrail və ABŞ yenidən İranla müharibəyə başlasa, Benyamin Netanyahu seçkilərdəki rəqibi Qadi Ayzenkotu mümkün yeni koalisiya hökumətinə qoşulmağa məcbur edə bilər". Teleqraf xəbər verir ki, bunu "Vaşinqton Post"a İsrail Baş naziri Benyamin Netanyahunun "Likud" partiyasını
28.10.2026 341 Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi
28.10.2026 377 "Young Sheldon" ulduzundan şəxsi həyatı ilə bağlı suallara maraqlı cavab
"Young Sheldon" serialında Şeldon Kuper obrazını canlandıran aktyor Iain Armitage şəxsi həyatı ilə bağlı ona ünvanlanan suallardan danışıb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı aktyor bu barədə serial haqqında hazırlanan yeni kitabda fikirlərini bölüşüb. Armitage bildiri
28.10.2026 298 Yeni işi bəlli oldu
Türkiyəli aktyor Olqun Şimşek yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktyor "Yörük kızı" serialında rol alacaq. O, izləyicilərin qarşısına "Yaşar" obrazı ilə çıxacaq. Qeyd edək ki, Olqun son olaraq "Kara ağaç destanı" adlı ekran işində çəkilib
28.10.2026 320 Kollektor ərazilərindəki tikililərlə bağlı hüquqi yanaşma necə olmalıdır?
Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də müvafiq sənədlərin mövcudluğ
11:41 0