Xoşqədəm Doğuşla bağlı iddiaların səsləndiyi verilişi məhkəməyə verdi

Xoşqədəm Doğuşla bağlı iddiaların səsləndiyi verilişi məhkəməyə verdiXəbər verdiyimiz kimi, ötən həftə aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı Türkiyəli müğənni Doğuşun dini nikahda olduğu iddia edilib. Türkiyənin "Show TV" kanalında yayımlanan "Didem Arslan Yılmazla Vazgeçme" verilişinə qonaq olan Esra adlı qadın Doğuşla dini nikahının olduğunu və müğənninin boşanaraq onunla evlənəcəyini bildirdiyini irəli sürüb.

Bizim.Media xəbər verir ki, qalmaqallı və səs-küylü məsələ ilə bağlı Doğuş sosial şəbəkə hesabında vəkili Feyza Altunun mətbuata yazılı açıqlamasının sənəd üzərindən çəkilən fotosunu paylaşıb.

Sənəddə yazılır:

"Keçən həftə "Didəm Arslan Yılmazla Vazgeçme" adlı verilişdə israrla adını çəkdiyiniz şəxsin müvəkkilim Doğuşa qarşı irəli sürülən ittihamlarının həqiqətə uyğun olmadığını ictimaiyyətə bildiririk. Müvəkkilimin heç vaxt Alaattin adlı meneceri olmayıb. Həmçinin müştərim Doğuş, Mahir Düz adlı şəxsi tanımır və onunla heç bir münasibəti yoxdur. Proqramınızda dərc olunan şəkillər müştərinin xəbəri və ya icazəsi olmadan götürülmüş görüntülərin yayımlanması, Türkiyə Cinayət Məcəlləsinin 133 və 134-cü maddələri ilə həm yazan, həm də yayan şəxslər tərəfindən şəxsi həyatın toxunulmazlığını tənzimləyən "Fərdi Məlumatların Qorunması Qanunu"nun pozuntusudur və cinayət təşkil edir.

Müvəkkilim Doğuşun evlilik həyatı onun özəlidir və burada məsul olduğu tək insan sevdiyi və hörmət etdiyi , eyni zamanda övladlarının anası olan həyat yoldaşıdır.

Yayılan xəbərlərdə xanımın adının çəkilməsi, uşaqların təhlükəsizliyini pozacaq, psixologiyasına xələl gətirəcək məlumatları bu şəkildə nəşr etmək həm müvəkkilimin həyat yoldaşının, həm də uşaqlarının şəxsi hüquqlarının pozulmasıdır. Bu səbəbdən də bu yayımların dərhal dayandırılmasını tələb edirik.

Yuxarıda qeyd edilən məsələyə görə biz bütün hüquqi prosedurlara başlamışıq və müştərimin şəxsi hüquqlarını pozan hər cür zərərli bəyanatlara, böhtanlara qarşı sona qədər gedəcəyik".

Sözügedən sənədin fotosunu müğənni Doğuşun həyat yoldaşı Xoşqədəm Hidayətqızı da sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyünün Arda və Arın adlı iki oğlan övladı var.

Xoşqədəm Doğuşla bağlı iddiaların səsləndiyi verilişi məhkəməyə verdi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1288   Tarix: 07 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pentaqonda kadr dəyişiklikləri: yüksək vəzifəli general vəzifəsindən ayrılıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqonun yüksək vəzifəli generallarından biri, Strategiya, Planlaşdırma və Siyasət Direktoru vəzifəsində çalışan Brett Silviyanı istefaya göndərib. Bu addımın Müdafiə Nazirliyində kadr dəyişikliklərinin yeni mərhələsinin başlanğıcı olduğu bildirilir. xəbər verir ki

10:39 108
.

"Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir"

Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı uzun illər susduğu xatirələrini qələmə alıb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. X. Hidayətqızı Mehdiyevlə qarşıdurmasını

28.10.2026 469
.

Pərviz Abubəkirov işdən çıxarıldı

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov vəzifəsindən ayrılıb. Bizim.Media-ya istinadən xəbər verir ki, Pərviz Abubəkirov bu gün artıq rəsmi şəkildə işindən uzaqlaşdırılıb. Qeyd edək ki, Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2018-ci ild

10:31 130
.

Bill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)

"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ

28.10.2026 345
.

Netanyahu seçkilərdəki əsas rəqibi ilə koalisiyaya gedə bilər

"İsrail və ABŞ yenidən İranla müharibəyə başlasa, Benyamin Netanyahu seçkilərdəki rəqibi Qadi Ayzenkotu mümkün yeni koalisiya hökumətinə qoşulmağa məcbur edə bilər". Teleqraf xəbər verir ki, bunu "Vaşinqton Post"a İsrail Baş naziri Benyamin Netanyahunun "Likud" partiyasını

28.10.2026 341
.

Niyə bu sabunun üzərinə 72 faiz yazılır?

Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi

28.10.2026 377
.

"Young Sheldon" ulduzundan şəxsi həyatı ilə bağlı suallara maraqlı cavab

"Young Sheldon" serialında Şeldon Kuper obrazını canlandıran aktyor Iain Armitage şəxsi həyatı ilə bağlı ona ünvanlanan suallardan danışıb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı aktyor bu barədə serial haqqında hazırlanan yeni kitabda fikirlərini bölüşüb. Armitage bildiri

28.10.2026 298
.

Yeni işi bəlli oldu

Türkiyəli aktyor Olqun Şimşek yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktyor "Yörük kızı" serialında rol alacaq. O, izləyicilərin qarşısına "Yaşar" obrazı ilə çıxacaq. Qeyd edək ki, Olqun son olaraq "Kara ağaç destanı" adlı ekran işində çəkilib

28.10.2026 320
.

Kollektor ərazilərindəki tikililərlə bağlı hüquqi yanaşma necə olmalıdır?

Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də müvafiq sənədlərin mövcudluğ

11:41 0
.