Zəfər Günü Bakıda yürüş olacaq - Bu yollar bağlanacaq
Zəfər Günü münasibətilə səhər saat 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü nəzərdə tutulur. Bununla bağlı paytaxtda bəzi küçə və prospektləri müvəqqəti bağlı olacaq.
Bu barədə BiG.AZ-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli məlumat verib.
O bildirib ki, tədbirlər bir neçə marşrutlar üzrə nəzərdə tutulub:
"Birinci marşrut Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı, "Amay" Ticarət Mərkəzi, ikinci marşrut Şəhidlər xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrosu, Qala Qapısı, Azərbaycan Dövlət Kukla Teatrı, "Azneft" dairəsi, "Bəhram Gur" heykəli, üçüncü marşrut Q.Musabəyov parkı, Əbdürrəhman bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti, Şəhidlər xiyabanı, dördüncü marşrut "Olimpik Star" İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İ.Nəsimi heykəli, Neftçilər prospekti istiqamətində olacaq".
A.Əsgərli vurğulayıb ki, sözügedən küçə prospektlərdə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü müddətində yollar bağlı olacaq:
"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Zəfər Günü münasibətilə hər bir hərəkət iştirakçısını, vətəndaşlarımızı təbrik edir, onlardan qeyd olunan istiqamətlər üzrə qalib ordumuzun orkestrlə nümunəvi yürüşünə dəstək olmalarını, yəni tədbirin yüksək səviyyədə təhlükəsiz şəraitdə keçirilməsi üçün həmin istiqamətlərdə avtomobillə yola çıxmamalarını xahiş edirik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 824 Tarix: 07 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKollektor ərazilərindəki tikililərlə bağlı hüquqi yanaşma necə olmalıdır?
Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də müvafiq sənədlərin mövcudluğ
11:41 0 Meloninin mümkün istefası İtaliyada siyasi gərginliklə əlaqələndirilir
İtaliyanın Baş naziri Corcia Meloninin mümkün istefası hakim koalisiya daxilində, o cümlədən Ukraynaya hərbi yardımın dayandırılması məsələsi ilə bağlı artan gərginliklə əlaqələndirilir. xəbər verir ki, bu barədə Belluno şəhərindəki UniDolomiti Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə italya
10:34 119 Xuraman Əlizadəyə ağır itki
Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!
28.10.2026 499 Pərviz Abubəkirov işdən çıxarıldı
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov vəzifəsindən ayrılıb. Bizim.Media-ya istinadən xəbər verir ki, Pərviz Abubəkirov bu gün artıq rəsmi şəkildə işindən uzaqlaşdırılıb. Qeyd edək ki, Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2018-ci ild
10:31 130 Təcrübəli evdar qadınlar niyə mətbəxdəki su kranlarını soğanla sürtürlər?
Mətbəxdəki su kranlarında yaranan ağ ləkələr və ərp bir çox evdar qadının qarşılaşdığı problemlərdəndir. Bəzi insanlar bu çirkləri təmizləmək üçün bahalı kimyəvi vasitələr alırlar. Halbuki problemi mətbəxdə hər kəsin istifadə etdiyi adi bir məhsulla da həll etmək mümkündür. xarici mediaya istinadən xəbə
28.10.2026 376 Bill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)
"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ
28.10.2026 345 Pentaqonda kadr dəyişiklikləri: yüksək vəzifəli general vəzifəsindən ayrılıb
ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqonun yüksək vəzifəli generallarından biri, Strategiya, Planlaşdırma və Siyasət Direktoru vəzifəsində çalışan Brett Silviyanı istefaya göndərib. Bu addımın Müdafiə Nazirliyində kadr dəyişikliklərinin yeni mərhələsinin başlanğıcı olduğu bildirilir. xəbər verir ki
10:39 108 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası - 1969-cu il təvəllüdlü Səadət Dadaşova 2023-cü ilin avqust ayında qatar vurması nəticəsində həyatını itirib
28.10.2026 484 "Young Sheldon" ulduzundan şəxsi həyatı ilə bağlı suallara maraqlı cavab
"Young Sheldon" serialında Şeldon Kuper obrazını canlandıran aktyor Iain Armitage şəxsi həyatı ilə bağlı ona ünvanlanan suallardan danışıb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı aktyor bu barədə serial haqqında hazırlanan yeni kitabda fikirlərini bölüşüb. Armitage bildiri
28.10.2026 298