Sumqayıtda evə silahlı basqında yaralananlardan biri evə buraxılıb
Oktyabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr Bölməsindən Oxu.Az-a bildirilib ki, mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya Şöbəsində müalicə alan 1990-cı il təvəllüdlü Etibar Sarıyev ambulator müalicə üçün evə buraxılıb:
"Cərrahiyyə Şöbəsində müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyevin vəziyyəti kafi, Travmatologiya Şöbəsində müalicə alan 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın vəziyyəti isə stabil qiymətləndirilir".
Qeyd edək ki, oktyabrın 28-də saat 5:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində silahlı insident baş verib. Hücum edən şəxs 1985-ci il təvəllüdlü Karakaş Suzannanı və onun atası, 1950-ci il təvəllüdlü Dağbəyi Fərəcovu hadisə yerində öldürüb.
Suzannanın həyat yoldaşı, 1985-ci il təvəllüdlü Serkan Karakaş, anası, 1960-cı il təvəllüdlü Tərlan Fərəcova, qonşuları - 1958-ci il təvəllüdlü Mehman Sarıyev və 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə xəstəxanaya yerləşdiriliblər.
Vəziyyəti ağır olan Türkiyə vətəndaşı Serkan Karakaş Bakıdakı özəl tibb müəssisələrindən birinə köçürülüb.
Xatırladaq ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşviq Məhəmməd oğlu Tağıyev saxlanılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 836 Tarix: 07 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPentaqonda kadr dəyişiklikləri: yüksək vəzifəli general vəzifəsindən ayrılıb
ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqonun yüksək vəzifəli generallarından biri, Strategiya, Planlaşdırma və Siyasət Direktoru vəzifəsində çalışan Brett Silviyanı istefaya göndərib. Bu addımın Müdafiə Nazirliyində kadr dəyişikliklərinin yeni mərhələsinin başlanğıcı olduğu bildirilir. xəbər verir ki
10:39 108 "Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir"
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı uzun illər susduğu xatirələrini qələmə alıb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. X. Hidayətqızı Mehdiyevlə qarşıdurmasını
28.10.2026 469 Pərviz Abubəkirov işdən çıxarıldı
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov vəzifəsindən ayrılıb. Bizim.Media-ya istinadən xəbər verir ki, Pərviz Abubəkirov bu gün artıq rəsmi şəkildə işindən uzaqlaşdırılıb. Qeyd edək ki, Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2018-ci ild
10:31 130 Bill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)
"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ
28.10.2026 345 Netanyahu seçkilərdəki əsas rəqibi ilə koalisiyaya gedə bilər
"İsrail və ABŞ yenidən İranla müharibəyə başlasa, Benyamin Netanyahu seçkilərdəki rəqibi Qadi Ayzenkotu mümkün yeni koalisiya hökumətinə qoşulmağa məcbur edə bilər". Teleqraf xəbər verir ki, bunu "Vaşinqton Post"a İsrail Baş naziri Benyamin Netanyahunun "Likud" partiyasını
28.10.2026 341 Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi
28.10.2026 377 "Young Sheldon" ulduzundan şəxsi həyatı ilə bağlı suallara maraqlı cavab
"Young Sheldon" serialında Şeldon Kuper obrazını canlandıran aktyor Iain Armitage şəxsi həyatı ilə bağlı ona ünvanlanan suallardan danışıb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı aktyor bu barədə serial haqqında hazırlanan yeni kitabda fikirlərini bölüşüb. Armitage bildiri
28.10.2026 298 Yeni işi bəlli oldu
Türkiyəli aktyor Olqun Şimşek yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktyor "Yörük kızı" serialında rol alacaq. O, izləyicilərin qarşısına "Yaşar" obrazı ilə çıxacaq. Qeyd edək ki, Olqun son olaraq "Kara ağaç destanı" adlı ekran işində çəkilib
28.10.2026 320 Kollektor ərazilərindəki tikililərlə bağlı hüquqi yanaşma necə olmalıdır?
Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də müvafiq sənədlərin mövcudluğ
11:41 0