Xalqımıza bəxş olunan əbədi Zəfər ruhu

Xalqımıza bəxş olunan əbədi Zəfər ruhuÖlkəmizin ərazi bütövlüyünün bərpa olunması və şanlı Zəfərlə nəticələnən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu əzəli torpaqlarımızın 30 illik işğalına cəmi 44 gündə son qoydu, tarixi ədaləti bərpa etdi.
Bununla həm də onilliklər boyunca Vətən torpağında həlak olan şəhidlərimizin, etnik zəmində xüsusi qəddarlıqla qətlə yetirilən dinc azərbaycanlıların, amansız işgəncələrə məruz qalan günahsız insanlarımızın – körpələrin, qadınların, uşaqların, qocaların, doğma yurd-yuvasından didərgin salınmış soydaşlarımızın qisası hərb meydanında alındı.
Vətən müharibəsində əldə edilmiş Zəfər xalqımıza əbədi qalib ruh bəxş elədi. Bu Zəfər ruhu gələcək nəsillərimizin də başını dik, alnını açıq edəcək. Bəs biz bu Zəfərə necə nail olduq? İlk növbədə birliyimizlə! Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasətini nəticəsində dövlət-xalq-ordu birliyi onilliklərin probleminin üzərindən xətt çəkdi. "Dəmir yumruq"la təkcə işğalçı Ermənistanın beli qırılmadı, eyni zamanda ümumilikdə "dünya erməniçiliyi" haqqında uzun müddətdir uydurulan mif darmadağın oldu. Ermənilərin əsl xisləti, yalanları, faşist siması dünya ictimaiyyətinə nümayiş etdirildi.
Azərbaycan Ordusu məhz düşmənin silahlı qüvvələri ilə döyüşüb qalib gəldi. Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq, düşmənin heç bir mülki obyekti hədəfə alınmadı. Gəncəni, Tərtəri, Bərdəni, Goranboyu, Mingəçeviri, Naftalanı və cəbhə xəttindən xeyli uzaq digər yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutan düşməndən fərqli olaraq eyni cür davranmadı.
Bütün bu uğurlu əməliyyatlar Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər fonunda həyata keçirildi. Möhtərəm Prezidentimiz bu siyasi təzyiqlərə peşəkarlıqla, məharətli və vaxtında atılan diplomatik addımları ilə duruş gətirdi, bütün bu təzyiqləri neytrallaşdırdı. Dövlət başçısı xarici televiziyalara verdiyi çoxsaylı müsahibələrində Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsindən bir addım belə olsun geri çəkilməyəcəyini vurğuladı, dünyada mövcud olan ikili standartları, riyakarlığı elə bu siyasəti icra edən ölkələrin televiziyalarına müsahibəsində ifşa etdi.
Azərbaycan bu müharibədəki şanlı Zəfərlə həm də beynəlxalq hüquqa sayğısını nümayiş etdirdi. BMT-nin məlum dörd qətnaməsini öz gücünə icra etdi. Halbuki BMT kimi nüfuzlu bir təşkilat işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdi. Özünün qəbul etdiyi qətnamələr 27 il kağız üzərində qalmışdı...
Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!" – deyən Ümummilli lider Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi vəsiyyətini gerçəkləşdirdi. Şuşanın azad olunması münasibətilə xalqımızı təbrik edən Ali Baş Komandanın dedi: "...Mən bu gün, eyni zamanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində yüksək peşəkarlıq, məharət və cəsurluq nümayiş etdirərək müasir hərb tariximizin ən şanlı Qələbəsini qazandı və XXI əsrin yeni müharibə modelini bütün dünyaya göstərdi. Azərbaycanın bu hərbi uğuru artıq beynəlxalq aləmdə müvafiq mütəxəssislər tərəfindən araşdırılır, öyrənilir. Ordumuzun artilleriya vasitələrindən, raketlərdən istifadə etmədən qala-şəhərimiz Şuşanı azad etməsi isə misli görünməmiş qəhrəmanlıq faktıdır.
Beynəlxalq təcrübələr göstərir ki, döyüş ruhu olmayan orduya uğur qazanmaqda ən müasir silahlar, raket kompleksləri belə kömək edə bilməz. Düşmənə ağır və sarsıdıcı zərbələr endirərkən onun üzərinə aslan kimi atılan, ölümün gözünə dik baxan, fikrində yalnız torpaqlarının azadlığı və Qələbə olan Azərbaycan əsgəri Vətən uğrunda şəhid olmağı özünə şərəf bilirdi. İgid əsgərlərimizin bu qəhrəmanlıqları və şücaəti hər bir azərbaycanlının qürur qaynağı, gənc nəsillər üçün vətənsevərlik dərsləridir. Bu qədər qısa müddət ərzində yeni əsrin yeni hərb nümunəsini yaradan, mənfur düşmənin illərlə qurduğu, möhkəmləndirdiyi istehkamları, saysız-hesabsız hərbi texnikasını məhv edən və Qarabağı və Şərqi Zəngəzuru əzəli yurd yerlərimizi azad edən Azərbaycan Ordusunun bu möhtəşəm hərbi Qələbəsi tarixdə əbədi qalacaq, araşdırma mövzusu olacaq.
Bu ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri də tarixə yazılacaq qəhrəmanlıq salnaməsidir. Cəmi 23 saat çəkən bu əməliyyatlar köksümüzdə yurd salmış terrorçu qruplaşmaların, separatçı qüvvələrin dizlərini yerə gətirdi. Ölkəmizin ərazisi daxilində qanunsuz olaraq yerləşdirilmiş erməni separatçı hərbi birləşmələri tərk-silah edildi, cinayətkar xunta rejimi buraxıldı. Bu terrorçu rejimin başında durmuş canilər həbs edilərək Azərbaycan dövlətinin ədalətinə təslim edildilər.
Ali Baş Komandan oktyabrın 15-də bayrağımızı Xocalıda, Ağdərədə, Xocavənddə, nəhayət, xunta rejiminin qərar tutduğu tarixi Xankəndi şəhərində ucaltdı. Bununla da Azərbaycanın suverenliyi bütün ölkə üzrə bərpa edildi. Bu tarixi Qələbə Böyük Qayıdış hərəkatının hərbi-siyasi təminatı kimi mühüm əhəmiyyətə malikdir.
Azərbaycan xalqı artıq üçüncü ildir ki, Ermənistan və onların havadarları üzərində şanlı Qələbəsini böyük təntənə ilə qeyd edir. Builki Zəfər Gününün dəyər-qiyməti isə tamam başqadır. Qələbəmizin 3-cü ildönümünün Xankəndi şəhərində hərbi paradla qeyd olunması müasir tariximizə yazılan şanlı səhifələrdəndir.
Möhtərəm Prezidentimiz İlham Əliyev öz adını milli tariximizə qızıl hərflərlə əbədi həkk etdirdi. O, Qarabağın mərkəzi Xankəndini, Qarabağın tacı, erməni işğalını, vandalizmini yaşamış mədəniyyət paytaxtımız Şuşa şəhərini, eyni zamanda Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Kəlbəcər və Laçın şəhərlərini, neçə-neçə qəsəbələrimizi, kəndlərimizi, strateji yüksəkliklərimizi, tarixi Xudafərin körpüsünü, bir sözlə, Azərbaycanın mənfur düşmən tapdağında olan ərazilərini işğaldan azad edən Müzəffər Sərkərdədir.
Bu gün üçrəngli bayrağımızın düşməndən təmizlənən torpaqlarımızda dalğalanmasına görə bütün qəhrəmanlarımızın, şəhidlərimizin, qazilərimizin, ön və arxa cəbhədə fədakarlıqla bu işə öz töhfəsini verən Azərbaycan hərbçilərinin, onların valideynlərinin, ailə üzvlərinin, xüsusilə bütün şəhid analarının qarşısında baş əyirik.
Bu gün xalqımız döyüş meydanlarında olduğu kimi, quruculuq sahəsində də bir daha öz böyüklüyünü göstərir. İşğalçı vandalların dağıtdığı bütün infrastruktur yenidən bərpa edilir. Artıq azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış başlanıb, yenidən qurulan şəhər və kəndlərimiz doğma sakinlərinə qucaq açır.
Şanlı Zəfərin mübarək, Azərbaycan!

Nərimanov Rayon İcra Şöbəsinin rəisi Zaur Abdullayev


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 625   Tarix: 07 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pentaqonda kadr dəyişiklikləri: yüksək vəzifəli general vəzifəsindən ayrılıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqonun yüksək vəzifəli generallarından biri, Strategiya, Planlaşdırma və Siyasət Direktoru vəzifəsində çalışan Brett Silviyanı istefaya göndərib. Bu addımın Müdafiə Nazirliyində kadr dəyişikliklərinin yeni mərhələsinin başlanğıcı olduğu bildirilir. xəbər verir ki

10:39 108
.

"Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir"

Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı uzun illər susduğu xatirələrini qələmə alıb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. X. Hidayətqızı Mehdiyevlə qarşıdurmasını

28.10.2026 469
.

Pərviz Abubəkirov işdən çıxarıldı

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov vəzifəsindən ayrılıb. Bizim.Media-ya istinadən xəbər verir ki, Pərviz Abubəkirov bu gün artıq rəsmi şəkildə işindən uzaqlaşdırılıb. Qeyd edək ki, Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2018-ci ild

10:31 130
.

Bill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)

"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ

28.10.2026 345
.

Netanyahu seçkilərdəki əsas rəqibi ilə koalisiyaya gedə bilər

"İsrail və ABŞ yenidən İranla müharibəyə başlasa, Benyamin Netanyahu seçkilərdəki rəqibi Qadi Ayzenkotu mümkün yeni koalisiya hökumətinə qoşulmağa məcbur edə bilər". Teleqraf xəbər verir ki, bunu "Vaşinqton Post"a İsrail Baş naziri Benyamin Netanyahunun "Likud" partiyasını

28.10.2026 341
.

Niyə bu sabunun üzərinə 72 faiz yazılır?

Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi

28.10.2026 377
.

"Young Sheldon" ulduzundan şəxsi həyatı ilə bağlı suallara maraqlı cavab

"Young Sheldon" serialında Şeldon Kuper obrazını canlandıran aktyor Iain Armitage şəxsi həyatı ilə bağlı ona ünvanlanan suallardan danışıb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı aktyor bu barədə serial haqqında hazırlanan yeni kitabda fikirlərini bölüşüb. Armitage bildiri

28.10.2026 298
.

Yeni işi bəlli oldu

Türkiyəli aktyor Olqun Şimşek yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktyor "Yörük kızı" serialında rol alacaq. O, izləyicilərin qarşısına "Yaşar" obrazı ilə çıxacaq. Qeyd edək ki, Olqun son olaraq "Kara ağaç destanı" adlı ekran işində çəkilib

28.10.2026 320
.

Kollektor ərazilərindəki tikililərlə bağlı hüquqi yanaşma necə olmalıdır?

Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də müvafiq sənədlərin mövcudluğ

11:41 0
.