Bayden və Qətər əmiri İsrail-HƏMAS razılaşması ilə bağlı problemləri müzakirə ediblər

Bayden və Qətər əmiri İsrail-HƏMAS razılaşması ilə bağlı problemləri müzakirə ediblərABŞ Prezidenti Cozef Bayden və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani İsrail-HƏMAS razılaşması ilə bağlı problemləri müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti açıqlama yayıb.

"Liderlər sazişin həyata keçirilməsində çətinlikləri və bu çətinliklərin qısa zamanda aradan qaldırılması mexanizmlərini müzakirə ediblər", - Ağ Ev bildirib.

Tərəflər arasında ünsiyyətdə Qətər əmirindən başqa ərəb dövlətinin Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl-Tani də iştirak edib. Tərəflər Qəzza zolağı ilə İsrail arasında humanitar fasilə və girovların mübadiləsi problemlərini müzakirə ediblər.

Tərəflər həmçinin İsrail və HƏMAS arasında razılaşmanın tam şəkildə həyata keçirilməsi üçün təmasları davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, bu, son günlər ABŞ və Qətər rəhbərliyi arasında ikinci telefon danışığıdır. Noyabrın 17-də də ABŞ Prezidenti Qətər əmiri ilə Yaxın Şərqdəki vəziyyəti və Qəzza zolağında girovların dərhal azad edilməsinin vacibliyini müzakirə edib. Ağ Ev qeyd edib ki, liderlər Qəzza zolağına humanitar yardım axınının artırılması səylərini və İsrailin yanacaq tədarükünü bərpa etmək qərarı barədə də danışıblar.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq "müharibə hazırlığı"nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin "müharibə vəziyyətinə" daxil olduğunu bəyan edib. Əməliyyat "Dəmir qılınclar" adlandırılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 484   Tarix: 26 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Arzum" ilə bağlı YENİ XƏBƏR - Məhkəmədən sonra…

Xəbər verdiyimiz kimi, bloger İlduzə Hacıyeva (Arzum) apellyasiya məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Məhkəmədən sonra bloger bütün sosial şəbəkə paylaşımını silib. O, 818 mindən çox izləyicisi olan səhifəsində videoları yığışdırıb. Məhkəmə qərarı ilə ona sosial şəbəkədən istifadə qadağas

08.08.2026 388
.

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti (ABŞ) Donald Trampa məktub ünvanlayıb. BİG.AZ -a istinadən məktubu təqdim edir:. "Hörmətli cənab Prezident,. Amerika Birləşmiş Ştatlarının ev sahibliyi ilə 2025-ci ilin 8 avqust tarixində Azərbaycan ilə Ermənistan arasınd

08.08.2026 155
.

41 dərəcə isti: Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ!

Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava müşahidə olunur. Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur. Lakin təəssüflə qeyd olunmalıdır ki

08.08.2026 206
.

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanılıb

Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən birinin avtomobilindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə

08.08.2026 162
.

ADNOC tankeri Hörmüz boğazında hücuma məruz qalıb

Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəmi (ADNOC) Hörmüz boğazından keçərkən raketlə vurulub. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin WAM dövlət informasiya agentliyi məlumat yayıb. "Hücum nəticəsində heç kim xəsarət almayıb, vəziyyət nəzarətə götürülüb"

08.08.2026 142
.

Xanımının ad günündə ürəyi dayanıb - 3 ay əvvəl qəza keçiribmiş

Xəbər verdiyimiz kimi, bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib. Axşam.az-ın məlumatına görə, Pərvinin bacısı, keçmiş vizajist Nərmin İbrahimova onun ölümü ilə bağlı bəzi məqamları açıqlayıb. Nərmin bildirib ki, Eminin qəfildən ürəyi və ciyərləri dayanıb:. "

08.08.2026 240
.

Kuba üçün "Venesuela" planı hazırlanır?

ABŞ Prezidenti Donald Trampın komandası Vaşinqtonla əlaqələri fərqli məcraya yönəldə biləcək və Havanada hökumətə rəhbərlik edə biləcək fəaliyyətdəki və ya sabiq Kuba rəsmisinin axtarışındadır. xəbər verir ki, bu barədə "The New York Times" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Məlumat

08.08.2026 150
.

Xəzər rayonunda evdən 10 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Xəzər rayonunda evdən 10 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdiklər

08.08.2026 171
.

Qızıl bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl və gümüşün qiymətlərində artım qeydə alınıb. xəbər verir ki, qızılın fyuçerslərinin qiyməti 0,61 faiz yüksələrək 1 unsiya üçün 4 326 ABŞ dollarına çatıb. Gümüşün fyuçersləri isə 1,49 faiz bahalaşaraq 1 unsiya üçün 62,52 ABŞ dolları təşkil edib

08.08.2026 114
.

TOP MP3