"Deyirlər ki, Emil pis vərdişdən vəfat edib"

"Deyirlər ki, Emil pis vərdişdən vəfat edib""Emil çox yaxşı əllərdə idi. Sabrina ona çox yaxşı baxırdı. Ailəsi, evi var idi. Toylardan, şou-proqramdan birlikdə yaxşı pul qazanırdılar. Hətta hərdən mən onlara gedəndə Emil "paçka" ilə yüzlükləri çıxarıb deyirdi ki, "Maaşa baxan adamsan, götür xərclə".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Xəzər axşamı" proqramında mərhum müğənni oğlu Emil Rəhmanoğludan danışarkən deyib. Sənətçi qeyd edib ki, bəziləri onun pis vərdişinə görə vəfat etdiyini iddia edir:

"Hər şeydən arxayın idim. Çünki Sabrina kimi çox gözəl ailəsi və övladları var idi. Reablitasiyadan çıxmışdı, yaxşı vəziyyətdə idi. Bəzi ağzıgöyçəklər deyir ki, "Emil pis vərdişdən dünyasını dəyişdi". Xeyr, vəfat edəndə həkimlərdən möhürlü sənəd almışam ki, ürəyində tromp olub. O bir xəstəlikdir, bəladır ki, insanların çoxu trompdan vəfat edir. Məgər, hamı başqa işlə məşğul olur?".

Qeyd edək ki, Emil Rəhmanoğlu sentyabrın 19-da xəstəxanada dünyasını dəyişib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1294   Tarix: 05 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı

Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova onun vəsiyyəti barədə danışıb. Axşam.az xəbər verir ki, Z.Hümbətova müğənni Lətifənin təqdimatında yayımlanan "MTV Maqazin" proqramına açıqlamasında bacısının qızı Cananı ona əmanət etdiyini bildirib. O qeyd edib ki, Aygü

24.10.2026 357
.

Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"

Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:

23.10.2026 646
.

Bacısı ilə davasından danışıb ağladı - Video

Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly

14.10.2026 623
.

Talıb Talenin ikinci qızı dünyaya gəlib

Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib

16.10.2026 690
.

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video

40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd

11.10.2026 471
.

Kamil Zeynallının onunla görüşü MARAQ YARATDI: SEVGİ DOLU ANLAR... - VİDEO

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı bu dəfə ailəsi ilə bağlı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, idmançı Qəbələdəki villasına yollanıb. Onu qarşılayan anası ilə görüşü zamanı yaşanan səmimi və sevgi dolu anlar sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Ana ilə oğulun bir-birin

18.10.2026 677
.

Ana olduqdan 9 ay sonra öldü

Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu

20.10.2026 838
.

"Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun

25.10.2026 293
.

4 ildən sonra bu seriala çəkiləcək

Türkiyəli aktrisa Leyla Ferayın yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktrisa "Muhtemel aşk" serialında çəkiləcək. O, layihədə "Kader" obrazını canlandıracaq. Qeyd edək ki, layihənin baş rolları Ekin Koç və Ayça Ayşin Turana həvalə olunub. Leyla sonuncu dəfə 4 il əvvə

18.10.2026 658
.