"Evli şəxslə münasibətdə olmaq "komfortdur" - Məşhur psixoloqdan şok açıqlama
"İnsanlar həyatın hər sahəsində olduğu kimi münasibətlərdə də arxayınlıq axtarırlar".
Yenicag.az xəbər verir ki, bunu məşhur psixoloq Əfsanə Rüstəmova "Cebhe.info"ya açıqlamasında deyib.
O bildirib ki, münasibətdə idarəetmənin sizdə olmadığını bildikdə arxayın olursunuz:
"Məsələn, arxayınlıq axtaranların böyük əksəriyyəti dini inancı da arxayınlıq kimi görür. Düşünürlər ki, dinin verdiyi sistemlə getdikdə sonda yaxşı bir mükafat alacaqlar. Yəni din ən böyük arxayınlıq səbəbidir. Ona görə də insanlar münasibətlərdə də arxayınlıq axtarırlar. Bunu ancaq tərəflərin bir-birinə güvənməsi ilə təmin etmək olar. Əks halda, tərəflərdə bir-birinin səhvlərinin və eyiblərinin axtarışına başlayırlar. Bu isə münasibətə ziyan vurur və yorucu bir dönəmə səbəb olur".
Psixoloq hazırda insanların bir-birinə olan etibarının hansı həddə olması barədə də danışıb:
"Əlbəttə ki, bu, müzakirəyə açıq mövzudur. Hazırda insanlar bir-birinə əvvəlki kimi etibar etmirlər. Bunun önəmli səbəblərindən biri də insanların informasiya alıcılarının artmasıdır. Yəni qulağımız, gözümüz, əlimiz və s. hər yerdən informasiya alır. Beləliklə, biz daha çox informasiya alırıq, özümüz yaşamasaq da daha çox neqativ təcrübə görürük.
Ümumiyyətlə, qoruyucu mexanizm özümüz olmayanda bizdə çox böyük arxayınlıq yaranır. Yəni biri var ki, mən müdir olaraq işçini idarə edirəm, biri də var müdir başqasıdır və mən sadəcə situasiyanı idarə edirəm.
Düşünürəm ki, münasibəti də buna bənzətmək olar. Yəni evli biri ilə münasibətdə onun "namusuna", xəyanətinə, iradəsinə, güvəninə və puluna başqasının nəzarət edib, sənin isə sadəcə anlıq zövqdən faydalanman deməkdir. Çünki başqasının qazandığı pulu xərcləmək, özünün əziyyətlə qazandığını xərcləməkdən daha maraqlıdır. Hətta deyərdim ki, evli biri ilə münasibət çox böyük "komfort"dur".
Həmsöhbətimizin sözlərinə görə, qarşı tərəfin kişi və ya qadın olmasından asılı olmayaraq, onu izləyənin başqası olduğuna arxayın oluruq:
"Yəni evli şəxsin həyatında olan insan ona xoşbəxtlik sahəsi yaradır. Təcrübə göstərir ki, bu günə qədər qadınlar daha çox evli kişilərlə münasibətdə olurdular.
Bu, onlar üçün daha "komfortlu" idi. İndi isə bəlkə kişilər də evli qadınlarla münasibətdə olmağa başlayıblar. Çünki kişilər artıq qadınların həyatına nəzarəti itirdikləri üçün məsuliyyətdən qurtulmağa çalışırlar. Yəni nəzarət mexanizmini başqasının üzərinə götürdüyü münasibətlərdə olmağı daha az yorucu qəbul edirlər.
Böyük ehtimalla, əsas motivlərdən biri budur. Bu, həm də maddi yükün və emosional ehtiyacın bölünməsidir.
Həmçinin, insanın doyma həddi də artıb. Deməli, bir insan qarşı tərəfi qane edə bilmir. Əslində evli kişi və ya evli xanımla birlikdə olmağın "komfortu" ondandır ki, onu maddi, emosional və cinsi olaraq sadəcə sən təmin etməli deyilsən. İnsanlar hazırda tək bir şəxs üçün bu qədər çalışmaqdan yorulduğu üçün "komfort"da olacağı münasibətləri seçirlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1182 Tarix: 06 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999