"Sədərək"də Şakir Ağayevin 30 mini oğurlayan şəxs iş adamının qohumu imiş (TƏFƏRRÜAT)

"Sədərək"də Şakir Ağayevin 30 mini oğurlayan şəxs iş adamının qohumu imiş (TƏFƏRRÜAT)"Sədərək" ticarət mərkəzində sahibkar Şakir Ağayevi döyərək 30 min manat pulunu oğurlayan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, məhkəmədə hadisəni törədən 1991-ci il təvəllüdlü Elnur Əmənovun özünün də "Sədərək" Ticarət Mərkəzində çalışması məlum olub. O, özü Masallıdan olan iş adamı, əmisi oğlu Xanlar adlı şəxsin ticarət mərkəzində yerləşən "İmperator" santexnika aksesuarlarının satışı mərkəzində çalışıb.

"Sədərək"də Şakir Ağayevin 30 mini oğurlayan şəxs iş adamının qohumu imiş (TƏFƏRRÜAT)Təqsirləndirilən şəxs iki ildir ki, telefon vasitəsilə onlayn qaydada "Fastloto" kimi tanınan qumar oyununda külli miqdarda pul uduzduğundan sözügedən cinayət əməlini törətdiyini bildirib:

"Əmim oğlu, sahibkar Xanların mağazasından pulları qumarda uduzurdum. Onun xəbəri olmasın deyə əvvəlcədən tanıdığım Şakir Ağayevin mağazasından oğurluq etməyi planlaşdırdım. Hadisədən bir gün əvvəl işlədiyim ticarət mərkəzində qara rəngli dəmir dəyənək alıb gizlətdim. Gecə saatlarında Şakirin arxasınca dükana daxil oldum və qəfildən əlimdəki dəmir dəyənəklə onun baş nahiyəsindən və üzündən vurdum. Bir neçə dəfə vurandan sonra Şakir yerə yıxıldı. O, yenidən ayağa qalxıb hər iki əli ilə belimdən tutdu. Bu zaman əlimdəki dəyənək yerə düşdü. Şakirin qollarına və ayağına təxminən 14-15 zərbə vurandan sonra dükanda pul axtarmağa başladım. Bu zaman stulun üzərində gödəkçə gördüm. Gödəkçəni əlimə götürəndə bir qədər ağır olmasını hiss etdim. İçəri cibindən rezinə keçirilmiş pulu götürüb dükandan çıxdım".

"Sədərək"də Şakir Ağayevin 30 mini oğurlayan şəxs iş adamının qohumu imiş (TƏFƏRRÜAT)Səhəri günü Elnur Əmənov heç nə olmamış kimi "Sədərək" Ticarət Mərkəzinə gedib və əldə etdiyi pulun 12500 min manatını əmisi oğlu Xanların borcunu ödəyib, qalan vəsaitləri isə "Fastloto" kimi tanınan qumar oyununda xərcləyib.

"Sədərək"də Şakir Ağayevin 30 mini oğurlayan şəxs iş adamının qohumu imiş (TƏFƏRRÜAT)Zərərçəkmiş Şakir Ağayev ifadəsində Elnur Əmənovu əvvəlcədən tanıdığını və "Sədərək" Ticarət Mərkəzində "Sabit" Mühafizə xidmətində mühafizəçi olduğunu bilib. Hadisə günü üzündə maska olduğundan onu tanımayıb. Həmin gün Elnur stolun üstündəki qayçını götürüb onun bədəninin müxtəlif nahiyyələrinə təxminən 30-a yaxın zərbə vuraraq xəsarət yetirib. Elnur onun 30 min manat və 2.930 dollar pulunu ələ keçirib. Hazırda dəymiş ziyan təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən ödənilib. Sonuncu ilə barışı, ona qarşı şikayəti və tələbi yoxdur.

Məhkəmənin hükmü ilə Elnur Əmənov Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib və ona 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1246   Tarix: 06 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?

Banan tərkibindəki yüksək kalium miqdarı sayəsində qan təzyiqinə müsbət təsir göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, bu meyvənin faydası insanın sağlamlıq vəziyyətindən və orqanizmin fərdi ehtiyaclarından asılıdır. xarici mediaya istinadən xəbər verir ki, bir orta ölçülü bananın tərkibind

27.10.2026 266
.

Penitensiar xidmətə yeni rəis təyin edildi

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin yeni rəisi təyin edilib. "Qafqazinfo"nun məlumatına görə, Prezidentin Sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev bu vəzifəyə gətirilib. Qeyd edək ki, S.Rzayev müxtəlif illərdə daxili işlər orqanlarında müstəntiq, Fövqəladə Hallar Nazirliyində şöbə

27.10.2026 319
.

Zahid Oruc:"Sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü…"

Təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişikliyi özündə ehtiva edir. Dövlət əhəmiyyətli yollarla yanaşı tunellər, o cümlədən metro çəkilişi, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiy

27.10.2026 378
.

Konsertləri ləğv oluna bilər

Rusiyanın Xalq artisti Larisa Dolinanın bu ilin sonunadək konsertlərini ləğv edə biləcəyi iddia olunur. Axşam.az xəbər verir ki, prodüser Pavel Rudçenko " "ya açıqlamasında müğənninin çıxışlarına əvvəlki marağın qalmadığını bildirib. Belə ki, zəif bilet satışları səbəbindən konsertlər baş tutmay

27.10.2026 185
.

Paltaryuyanın səsinə görə arvadını döydü, cinayət işi açıldı

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gec

27.10.2026 245
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27.10.2026 269
.

Evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"

Türkiyəli müğənni Rafet El Roman evlənməyə hazırlaşdığı azərbaycanlı xanım Rəhimə Hacıyeva ilə nikahdan əvvəl mirası ilə bağlı qərarını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi evlilik müqaviləsi imzalamaq fikrində olmadığını bildirib. O, mirasını övladları arasında bölüşdürdüyünü qeyd edib. "Öləndə

27.10.2026 365
.

Kartofu üzə çəkmək dəriyə faydalıdırmı? - Mütəxəssislərdən vacib xəbərdarlıq

Kartof yalnız mətbəxdə istifadə olunan məhsul deyil. Sosial şəbəkələrdə çiy kartof dilimlərinin üzə çəkilməsinin dərini parlaqlaşdırdığı, gözaltı qaralmaları azaltdığı və sızanaqlara qarşı kömək etdiyi iddia olunur. Bəs bu üsul həqiqətən effektivdirmi?. BİG.AZ xəbər verir ki, kartof kalium və C vitamin

27.10.2026 249
.

Ararat Mirzoyan: "Tramp marşrutu" sülh müqaviləsindən əvvəl reallaşa bilər

Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadan əvvəl "Tramp marşrutu"nun (TRIPP) işə salınması istisna edilmir. Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin plenar sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, sülh sazişinin əvvəldə

27.10.2026 191
.