Zəlzələ zamanı nə etmək lazımdır? - VACİB MƏSLƏHƏTLƏR
Bu gün yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Zəlzələnin nə vaxt baş verəcəyini proqnozlaşdırmaq çətin olsa da, mütəxəssislərin fikrincə, hər zaman hazır olmaq lazımdır.
Mütəxəssislər hesab edirlər ki, insan tələfatı daha çox onların zəlzələ zamanı necə hərəkət etməli olduğunu bilmədikləri ucbatından baş verir. Ümumiyyətlə, zəlzələ anında necə davranmaq lazımdır?
BAKU.WS xarici mətbuatın araşdırmalarına istinadən zəlzələ zamanı nə etmək lazım olduğunu təqdim edir:
1) Əgər zəlzələlərin tez-tez baş verdiyi bir ərazidəsinizsə, evdə təcili yardım çantası olmaldır. Çantada su, fənər, ilk yardım dəsti və yemək olmalıdır. Çantada həmçinin şəxsi sənədləriniz, nağd pul olmalıdır.
2) Zəlzələ başlandığı zaman olduğunuz yerdə qalsanız və hərəkət etməsəniz, xəsarət alma ehtimalınız daha azdır. Ona görə dəsilkələmə zamanı yerinizdən tez qaçmamağı tövsiyə olunur. Çünki araşdırmalar göstərir ki, ən çox xəsarət alma halları binada hərəkət edərkən və ya bayıra çıxmağa çalışarkən baş verir.
3) Başınızı əlləriniz arasında tutaraq və ya qoruyucu əşyalarla qoruyun. Sarsıntı azalana qədər gözləyin və təhlükəsiz yerdə dizlərinizin üstünə çökün. Baş və boynunuzu qoruyacaq şəkildə örtün və yıxılmamaq üçün sabit bir yerdən tutun.
4) Qapılar zəlzələ zamanı ən təhlükəsiz yerlərdən biridir. Əgər bina köhnə tikilidirsə və qapılar yükdaşıyıcı deyilsə, ekspertlər deyirlər ki, masa altı daha təhlükəsiz ola bilər. Zəlzələ zamanı adətən ilk sınan və dağılan yerlər şüşə və pəncərələrdir. Bu yerlərdən uzaq durmağı məsləhət görürlər.
5) Sarsıntı bitdikdən sonra binanın zədələnməsi ehtimalına qarşı təhlükəsizlik üçün onu tərk etmək lazımdır. İndiyə qədər verilən tövsiyələr zəlzələ baş verdiyi zaman binanın içərisində nə etməli olduğunuz barədə idi.
6) Zəlzələ sizi bayırda olduğunuz zamanı tutsa nə etməliyik? Binalardan, elektrik kabellərindən, çuxurlardan, yanacaq və qaz xətlərindən, borulardan uzaq olmaq da yaralanma riskini azaldır. Ağaclardan, telefon dirəklərindən və binalardan uzaq açıq ərazidə gözləmək təhlükəsiz hesab olunur.
7) Zəlzələ baş verən zaman çöldə sığınacaqlar qurmaq və ya təhlükəsiz qapalı ərazilər yaratmaq lazımdır.
Həmçinin araşdırmalara görə, zəlzələ zamanı digər təhlükə isə zəlzələ nəticəsində zədələnmiş boru kəmərlərindən qaz sızmasıdır.
Silkələnmə zamanı uçub düşə bilən və asan alovlanan materiallardan mümkün qədər uzaq olmaq lazımdır. Dağıntılar altında qaldıqda kibrit və alışqan yandırmaq olmaz.
Belə halda yerinizdən tərpənmək, toz qaldırmaq olmaz. Səsinizi çatdırmaq üçün fit çalın, axtarış və xilasetmə qruplarına yerinizi bildirməyə çalışın.
Əgər sizinlə uşaqlar varsa onları ədyala bükün. Şam, kibrit və alışqandan istifadə etməyin – qaz sızıntısı zamanı yanğın ola bilər. Eyvanlardan, karnizlərdən, hasarlardan uzaq olun, qırılmış məftillərdən ehtiyatlı olun. Əgər siz maşındasınızsa, açıq yerdə dayanın, lakin təkanlar qurtarana qədər maşını tərk etməyin. Digər insanları xilas etmək üçün kömək göstərməyə hazır olun.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 902 Tarix: 07 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHər gün banan yemək qan təzyiqinə necə təsir edir?
Banan tərkibindəki yüksək kalium miqdarı sayəsində qan təzyiqinə müsbət təsir göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, bu meyvənin faydası insanın sağlamlıq vəziyyətindən və orqanizmin fərdi ehtiyaclarından asılıdır. xarici mediaya istinadən xəbər verir ki, bir orta ölçülü bananın tərkibind
27.10.2026 266 Penitensiar xidmətə yeni rəis təyin edildi
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin yeni rəisi təyin edilib. "Qafqazinfo"nun məlumatına görə, Prezidentin Sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev bu vəzifəyə gətirilib. Qeyd edək ki, S.Rzayev müxtəlif illərdə daxili işlər orqanlarında müstəntiq, Fövqəladə Hallar Nazirliyində şöbə
27.10.2026 319 Zahid Oruc:"Sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü…"
Təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişikliyi özündə ehtiva edir. Dövlət əhəmiyyətli yollarla yanaşı tunellər, o cümlədən metro çəkilişi, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiy
27.10.2026 378 Konsertləri ləğv oluna bilər
Rusiyanın Xalq artisti Larisa Dolinanın bu ilin sonunadək konsertlərini ləğv edə biləcəyi iddia olunur. Axşam.az xəbər verir ki, prodüser Pavel Rudçenko " "ya açıqlamasında müğənninin çıxışlarına əvvəlki marağın qalmadığını bildirib. Belə ki, zəif bilet satışları səbəbindən konsertlər baş tutmay
27.10.2026 185 Paltaryuyanın səsinə görə arvadını döydü, cinayət işi açıldı
Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gec
27.10.2026 245 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu
27.10.2026 269 Evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
Türkiyəli müğənni Rafet El Roman evlənməyə hazırlaşdığı azərbaycanlı xanım Rəhimə Hacıyeva ilə nikahdan əvvəl mirası ilə bağlı qərarını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi evlilik müqaviləsi imzalamaq fikrində olmadığını bildirib. O, mirasını övladları arasında bölüşdürdüyünü qeyd edib. "Öləndə
27.10.2026 365 Kartofu üzə çəkmək dəriyə faydalıdırmı? - Mütəxəssislərdən vacib xəbərdarlıq
Kartof yalnız mətbəxdə istifadə olunan məhsul deyil. Sosial şəbəkələrdə çiy kartof dilimlərinin üzə çəkilməsinin dərini parlaqlaşdırdığı, gözaltı qaralmaları azaltdığı və sızanaqlara qarşı kömək etdiyi iddia olunur. Bəs bu üsul həqiqətən effektivdirmi?. BİG.AZ xəbər verir ki, kartof kalium və C vitamin
27.10.2026 249 Ararat Mirzoyan: "Tramp marşrutu" sülh müqaviləsindən əvvəl reallaşa bilər
Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadan əvvəl "Tramp marşrutu"nun (TRIPP) işə salınması istisna edilmir. Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin plenar sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, sülh sazişinin əvvəldə
27.10.2026 191