"Balaəlinin oxuduğu meyxana deyil, pul xatirinə olan şeydir" - Vüqar Əbdülov
Bir neçə gün öncə ATV kanalında yayımlnan "Rəngarəng səhər" verilişində qonaq olan meyxanaçı Orxan Lökbatanlının "Verilişlərə ona görə getmirəm ki, söz deyəcək adam artıq qalmayıb" sözlərinə həmkarı Vüqar Əbdülov cavab verib.
BiG.AZ Azxeber-ə istinadla xəbər verir ki, o, həmkarına haqq qazandırıb:
"Bu fikirlə razıyam. Razıyam ona görə ki, həqiqətən də hər bir meyxanaçı özünə uyğun tərəf müqabili axtarmaqda azaddır. Vaxtilə Orxanın meyxana dediyi, sağında-solunda olan insanlarla deyişmələri yaxşı alınıb. İki-üç nəfərin deyişməsi bir-birinə uyğun gəlməlidir. İndi Orxan tək qalıb. Pərviz meyxanadan uzaqlaşıb, Vüqar rəhmətə gedib, Rəşad Dağlı da həbsdədir. Ola bilər ki, bu gün Orxan ona görə özünü tək hiss edir, qəribsəyib. O hisslər artıq məndə də var, Orxanı başa düşürəm. Rəhmətlik maştağalı Elçin də deyirdi "Bu sənətdə özümdən biri də olsa idi, mən nələr edərdim".
Vüqar Əbdülov meyxanaçı Balaəli ilə bağlı daha öncə səsləndirdiyi fikirlərə də aydınlıq gətirib:
"Həmişə deyirəm ki, meyxanaçıların imkanları çox böyükdür. Bəziləri onlardan istifadə etmək əvəzinə, meyxanadan uzaq olan, ucuz şeylərə qaçırlar. Mən təkcə Balaəlini yox, çox adamı demişdim. Yəni Balaəlinin hazırda oxuduğu meyxana deyil. Pul xatirinə olan şeylərdir. Amma o uşaqların hamısı istedadlıdır.
Meyxana, adətən, toyun axırında olur. Amma mahnı oxuyanda eyni gündə bir neçə yerə gedərək az zaman ərzində daha çox gəlir əldə edirlər. 2 saat meyxana deyib pul alırıqsa, onlar gün ərzində bir neçə yarımsaatlıq çıxışla qat-qat artığını qazana bilirlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 985 Tarix: 08 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMetroda ürək aparatları quraşdırılacaq
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyas
27.10.2026 265 Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu
27.10.2026 279 Prezident ailəsi ilə sərgidə - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş "Mənim Abşeronum: Üstə gəl"
27.10.2026 300 Trampın İran planı dəyişdi: Diplomatiya, yoxsa yeni zərbələr?
ABŞ Prezidenti Donald Tramp həmin vaxt atəşkəsi təqdir etməsinə baxmayaraq, İranla iyun ayında əldə edilmiş anlaşma memorandumundan imtina edib. Bu barədə "Al Arabiya" məlumat yayıb. "(İyunda) Qısamüddətli atəşkəs elan etdik, amma mən bunu o qədər də istəmirdim", - Amerika lider
27.10.2026 287 Ararat Mirzoyan: "Tramp marşrutu" sülh müqaviləsindən əvvəl reallaşa bilər
Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadan əvvəl "Tramp marşrutu"nun (TRIPP) işə salınması istisna edilmir. Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin plenar sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, sülh sazişinin əvvəldə
27.10.2026 191 Dəyişdirməyin vaxtı gəldi: payız üçün 5 ideal ətir
Ağ müşk notlarına malik ətirlər populyarlığını qoruyub saxlayır. Müşk tərkibli ətirlər mövsümdən və moda tendensiyalarından asılı olmayaraq universal seçim hesab edilir. xəbər verir ki, payız mövsümündə xüsusilə isti, zərif və rahatlıq hissi yaradan ətirlərə üstünlük verilir. Ağ müşk notları təmiz dəri
27.10.2026 253 Buzlaqların əriməsi Yerin formasını dəyişir: Qütblər yüksəlir, ekvator ətrafı daralır
İqlim dəyişikliyi təkcə temperaturun artmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olmur. Alimlər müəyyən ediblər ki, qütb buzlaqlarının əriməsi Yer kürəsinin bərk səthinin formasına da təsir göstərir. Yeni araşdırmaya görə, qütb bölgələrində yer səthi yüksəlir, ekvator ətrafında isə əks istiqamətd
27.10.2026 163 Uşaqları həyata hazırlamaq hər məzmunu onlara təqdim etmək demək deyil
Uşaqları üçün kitab seçən valideynlərin əsas arzusu övladlarının yaxşı oxuması, gözəl sözlər öyrənməsi, mənəvi dünyasının zənginləşməsi və sağlam düşüncəli insan kimi yetişməsidir. Valideyn kitab alarkən onun səhifələrində yalnız nağıl, şeir və mahnı deyil, həm də uşağın yaşına uyğun sözlər, düşüncələ
27.10.2026 239 Arda Mbappenin gözünü yolda qoydu
İspaniyanın "Real Madrid" klubunun "Barselona" üzərində 2:1 hesablı qələbəsindən sonra Kilian Mbappe ilə Arda Gülər arasında yaşanan səmimi anlar diqqət çəkib. -ın Türkiyə mediasına istinadən məlumatına görə, qarşılaşmadan sonra fransalı hücumçunun türkiyəli futbolçuya dəfələrlə səslənərə
27.10.2026 213