Yeni ildə niyə "Şaxta baba" və "Qar qız" olmaq istəyənlər YOXDUR? – SƏBƏBLƏR
Dekabrın gəlişi ilə dünyada və ölkəmizdə Yeni ilə hazırlıqlar başlayır. Parklar, küçələr bəzədilir, küknar ağacı qurulur. Bayramın atributları "yolka", "Şaxta baba" və "Qar qız" insanlarda, xüsusilə, uşaqlarda bayram əhval-ruhiyyəsinin yaranmasına, günün xoş keçməsinə kömək olurlar. Son illərdə paytaxın mərkəzində, park və küçələrdə bir-birindən gözəl, bəzədilmiş küknar ağaclarına rast gəlinsə də, "Şaxta baba", "Qar qız" gözə dəymir.
Qaydaya görə, bayram günlərində bu obrazlara bürünmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə almaq lazımdır. Yeni il günü torbasından uşaqlara hədiyyə paylayan "Şaxta baba" və onun sevimli "Qar qızı" tək şəxsiyyət vəsiqəsi ilə quruma müraciət edərək bunun üçün 60 manat məbləğində dövlət rüsumu ödəməlidirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) rəsmisi İsrafil Kərimov Bizim.Media-ya açıqlamasında bununla bağlı müraciət olmadığını deyib:
""Şaxta baba" və "Qar qız" kimi fəaliyyət göstərmək üçün hələ heç kim müraciət etməyib, rüsum da dəyişməyib, 60 manatdır".
Xatırladaq ki, ötən il də quruma bununla bağlı müraciət daxil olmamışdı.
Son zamanlar insanlarda bayramların canlı atributlarına maraq azalıb. İstər Novruz bayramının kosa-keçəli, istərsə də "Şaxta baba" və "Qar qız" olsun. İndi uşaqlar onların əvəzinə bayramı bəzədilmiş "yolka" və "paytaxt salatı" ilə yola verirlər.
Digər tərəfdən, bu fəaliyyət üçün xidmət göstərən tərəfindən rüsumun ödənilməsi insanları obrazlardan çəkindirir. Soyuqda parklarda gəzərək öz xeyirxah vəzifəsini yerinə yetirən "Şaxta baba" və "Qar qız" sehrli kisələrindən bu pulu ödəmək istəmirlər.
Bizim.Media-ya danışan hüquqşünas Əsabəli Mustafayev hansı halda bayram tədbirlərinə görə rüsum ödənilməsi məsələsinə aydınlıq gətirib:
"Tədbirlər kommersiya və sosial məqsədlə keçirilir. Əgər tədbirlər kommersiya məqsədilə təşkil olunursa, məsələn, yolka qurub ətrafında öz mallarını satırlar, ətrafında pullu foto və video çəkilişi və ya hansısa tamaşalar qururlarsa, əlbəttə, bunun üçün rüsum ödənilməlidir. İstəyir qapalı, istərsə də açıq məkan olsun.
Hər iki halda həmin yerin mülkiyyətçisi ilə müqavilə bağlanmalı və pul ödənməlidir. Əgər məkan ümumi istifadədə olan ərazidirsə, bu, icra hakimiyyəti olacaq. Müəyyən hüquqi və fərdi şəxslərə məxsus olan yerlərdisə, onda həmin şəxslə müqavilə bağlanmalıdır.
İmkansızlar, həssas qruplar, təqaüdçülər üçün tədbirin təşkili, bayram şənliyinin keçirilməsi sosial məqsədlidir. Onda bunlardan dövlət rüsumu tutulmamalıdır. Bunun tələbi qanun pozuntusudur". Hüquqşünasın sözlərinə görə, Yeni il şənliklərinə maraq azalıb:
"Əvvəllər Novruz və digər milli bayramlarda, həmçinin, Yeni ildə icra hakimiyyətləri özləri tədbirlər təşkil edirdilər. İndi Yeni ilə münasibət bir az dəyişib. Sovet dövründə olduğu kimi, Yeni il artıq bizim milli bayramımız deyil. Sadəcə, ilin dəyişməsi, təqvim bayramıdır.
Dünyanın çox yerində qeyd edirlər və biz də həmin təqvimlə yaşadığımız üçün bizdə də qeyd olunur. İcra hakimiyyətlərinin və əhalinin də bu bayrama marağı azalıb. Böyüklər bu bayramda çıxıb əylənməyi artıq hesab edirlər, ancaq uşaqların xətrinə yolka ətrafındakı şənliklərə gedirlər. Ciddi mənəvi tələb yoxdur. Bu da gözləniləndir, getdikcə daha da zəifləyəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1163 Tarix: 08 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMetroda ürək aparatları quraşdırılacaq
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyas
27.10.2026 265 Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu
27.10.2026 279 Prezident ailəsi ilə sərgidə - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş "Mənim Abşeronum: Üstə gəl"
27.10.2026 300 Trampın İran planı dəyişdi: Diplomatiya, yoxsa yeni zərbələr?
ABŞ Prezidenti Donald Tramp həmin vaxt atəşkəsi təqdir etməsinə baxmayaraq, İranla iyun ayında əldə edilmiş anlaşma memorandumundan imtina edib. Bu barədə "Al Arabiya" məlumat yayıb. "(İyunda) Qısamüddətli atəşkəs elan etdik, amma mən bunu o qədər də istəmirdim", - Amerika lider
27.10.2026 287 Ararat Mirzoyan: "Tramp marşrutu" sülh müqaviləsindən əvvəl reallaşa bilər
Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadan əvvəl "Tramp marşrutu"nun (TRIPP) işə salınması istisna edilmir. Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin plenar sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, sülh sazişinin əvvəldə
27.10.2026 191 Dəyişdirməyin vaxtı gəldi: payız üçün 5 ideal ətir
Ağ müşk notlarına malik ətirlər populyarlığını qoruyub saxlayır. Müşk tərkibli ətirlər mövsümdən və moda tendensiyalarından asılı olmayaraq universal seçim hesab edilir. xəbər verir ki, payız mövsümündə xüsusilə isti, zərif və rahatlıq hissi yaradan ətirlərə üstünlük verilir. Ağ müşk notları təmiz dəri
27.10.2026 253 Buzlaqların əriməsi Yerin formasını dəyişir: Qütblər yüksəlir, ekvator ətrafı daralır
İqlim dəyişikliyi təkcə temperaturun artmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olmur. Alimlər müəyyən ediblər ki, qütb buzlaqlarının əriməsi Yer kürəsinin bərk səthinin formasına da təsir göstərir. Yeni araşdırmaya görə, qütb bölgələrində yer səthi yüksəlir, ekvator ətrafında isə əks istiqamətd
27.10.2026 163 Uşaqları həyata hazırlamaq hər məzmunu onlara təqdim etmək demək deyil
Uşaqları üçün kitab seçən valideynlərin əsas arzusu övladlarının yaxşı oxuması, gözəl sözlər öyrənməsi, mənəvi dünyasının zənginləşməsi və sağlam düşüncəli insan kimi yetişməsidir. Valideyn kitab alarkən onun səhifələrində yalnız nağıl, şeir və mahnı deyil, həm də uşağın yaşına uyğun sözlər, düşüncələ
27.10.2026 239 Arda Mbappenin gözünü yolda qoydu
İspaniyanın "Real Madrid" klubunun "Barselona" üzərində 2:1 hesablı qələbəsindən sonra Kilian Mbappe ilə Arda Gülər arasında yaşanan səmimi anlar diqqət çəkib. -ın Türkiyə mediasına istinadən məlumatına görə, qarşılaşmadan sonra fransalı hücumçunun türkiyəli futbolçuya dəfələrlə səslənərə
27.10.2026 213