Mətanət eks-gəlininə görə hüquq-mühafizə orqanlarına müraciət etdi

Mətanət eks-gəlininə görə hüquq-mühafizə orqanlarına müraciət etdi"Dəfələrlə demişəm ki, gəl uşaqlarını apar. Gəlsin uşaqlarını aparsın. Artıq yorulmuşam, bu, onun mənə çox sağ oludur? Boşanmısan getmisən. Deyirdin, azadlıq istəyirəm. Bu da sənə azadlıq. Evdən qovmadıq, çıxartmadıq".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Yaxşıya doğru" verilişində deyib. O, keçmiş gəlini Canananın iddialarına reaksiya verib:

"Getdim ayağına yalvardım ki, evin dağılmasın. Oğlum dəfələrlə getdi ki, barışsın. Qayıtı ki, ailə mənlik deyil, get həyatını yaşa. Onun səsləri də var, buna görə biz məhkəməni udduq. İkinci məhkəməyə düzgün baxılmadı, uşaqlar verildi ona. Yaxşı oldu, verdilər uşaqları anaya. Gəldi Kərimlə oturdular anlaşdılar ki, mən alimentdən imtina edirəm, siz də edin. Uşaqlar da sizdə qalsın. Əvvəl gündən uşaqlar anada qalırdı. Biz 6 ay Moskvada yaşadıq. Uşaqlar bizə ağlaya-ağlaya zəng edirdilər ki, ana bizi gecə evdə tək qoyub və gedib, qorxurduq. Oğlum və mən səhərə kimi uşaqlarla görüntülü danışmışıq ki, qorxmayın. Belə şeylər çox olub. Moskvadan gələn kimi özü gətirdi uşaqları qoydu mənim qapıma ki, siz baxın".

M.İsgəndərli Canananın oğlu Tuncayla bağlı yaydığı videodan söz açıb:

"Uşaq ona deyir ki, məni çəkmə. Tuncay çox tərbiyəli uşaqdır. Onu o həddə gətirir ki, əsəbiləşir. Uşaq istəmir ki, onu çəksin. Uşaq niyə qapıya yapışıb? Deyir, çəkmə məni. Ana da dayanmadan çəkir, məqsədi var. Biz həmin evdə birlikdə yaşayırıq, xoşbəxt. Tuncayla onun arası yox idi. Son aylar yapışıb Tuncaydan. Bilirdim ki, yeni plan üstündə çalışır. Tuncay da başına papağı bürüyüb ki, çəkməsin. Bilir ki, ana TikTok-da onu biabır edəcək. 5 ildir boşanıb, oğlum evlənib. Sənin ixtiyarın var ki, həmin evə girəsən?".

Canananın "Məni şantaj etdilər, 350 min manatdan imtina etdim" iddiasına isə müğənni belə reaksiya verib:

"Həmin 350 min manatın yerini deyin bilim. Hanı o pul? Ömrümboyu 350 min görməmişəm. Bu işlər məhkəmə ilə həll olunub. Bizim gözəl qanunlarımız var, hər kəsin hüququ qorunur. Bu da sevinirdi ki, məhkəməni uddum. Hər bir dövlətdə uşaq anaya verirlər. Uşaqlara dəfələrlə demişəm ki, istəyirsinizsə, anayla gedin. Ana bütün günü bunların beynini doldurur ki, mənim gücüm yoxdu sizə baxmağa. Nənə evində lüks həyatınız var.

Birinci məhkəmədə uşaqları dindirdilər. Kərim deyirdi ki, şok oldum, uşaq ananı istəmir. 5 ildir uşaqlara mən baxıram. Oğluma düşən mülklərdən Canana öz payını alıb. Barışıq müqaviləsi bağladılar, hüquqi şəkildə məhkəməyə təqdim olunub. Canana bizdən ona düşən vəsaiti alıb. Evlilik dövürlərində həyat yoldaşı nə alıbsa, ondan ona pay verilib. Onun gözü mənim evimdədir. Bir evim var, özüm yaşayıram. Digər evdə gəlinim, oğlum və övladları yaşayır. 35 ildir əziyyət çəkib ev almışam. Kaş 5 evim olardı, birini uşaqlara qurban edərdim. Onun dərdi ev deyil. Dəfələrlə ona təklif etdim ki, gəl sakit boşan, uşaqlara yazığın gəlsin. Uşaqlar utanırlar. Dedim sakit boşan, ev də verəcəm, maşın alacam, istirahətə də göndərəcəyəm. Qayıtdı ki, mən karyera quracağam, uşaqlara baxan deyiləm. İndi gecdi, o, bizə çəkdirdiyini çəkdirdi. Bizim yerimizə kim olsa, ürəyi partlayardı.

Dövlətin qanunlarına innaıram. Araşdırsınlar ki, bunun arxasında kim durur. Qorxuram, kim onu öyrədir bizim üstümə durar. O, sabah uşağı oğurlatdırıb, məndən pul istəyər. Hüquq-mühafizə orqanları, bizə yardım edin. Həyatımız təhlükədədir, Canana bizə yaşamağa imkan vermir. Ona dedim ki, yığış küçələrdən, saytlardan, uşaqları yığ başına. Övladımın evini bir dəfə yıxdı, indi imkan verməyəcəm. Gündə qapımıza hücum edir.

Onun adı Aynur Vaqifqızıdır. Bizə də özünü Canana kimi tanıdıb. Xına mərasimində bilmişəm ki, adı Aynurdur".

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi. Canana daha sonra apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyumluğunu atadan alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1639   Tarix: 08 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.