BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı dövlət başçıları ölkələrimiz arasında münasibətləri və gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Prezidentlər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud əməkdaşlıq sahələrinə, xüsusilə iqtisadi inkişaf, bərpaolunan enerji və ölkələrimizin davamlı inkişafı üçün digər vacib istiqamətlərdə əməkdaşlıq imkanlarına toxunublar.
Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Telefon danışığı əsnasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində Dubayda təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinə toxunulub.
Dövlətimizin başçısı bu Sammitin uğurla keçirilməsi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib, bu tədbirdə iştirak etmək üçün Dubaya səfəri zamanı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünü məmnunluqla xatırlayıb və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan Prezidenti bu tədbirin nəticələrinin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə praktiki və əhəmiyyətli töhfə verəcəyinə, həmçinin dünyada davamlı inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 568 Tarix: 09 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUkrayna mart ayında aylıq rekord olan 33 min Rusiya pilotsuz təyyarəsini vurduğunu bildirir
Ukraynanın müdafiə naziri iddia edib ki, mart ayında Ukrayna 33 mindən çox müxtəlif növ Rusiya dronunu vurmaq üçün tutucu sistemlərdən istifadə edib ki, bu da Moskvanın dörd ildən çox əvvəl başlatdığı hərtərəfli işğaldan bəri rekord aylıq göstəricidir. BİG.AZ Associated Press-ə istinadən xəbər veri
28.04.2026 188 İranın ABŞ-a yeni təklifi: Gərginlikdə diplomatik dönüş mümkündürmü? - POLİTOLOQDAN AÇIQLAMA
İran və ABŞ arasında uzun müddətdir davam edən gərginlik fonunda diplomatik kanallarda yeni hərəkətlilik müşahidə olunur. Son məlumatlara görə, Tehran tərəfi Vaşinqtona münasibətlərin yumşaldılması və müəyyən məsələlər üzrə razılaşma əldə edilməsi məqsədilə yeni təkliflər paketi təqdim edib. Bu təşəbbüsləri
28.04.2026 215 Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizə olan beynəlxalq etimadı daha da möhkəmləndirir
Aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilən görüşlər, aparılan müzakirələr və mətbuata verilən birgə bəyanatlar ölkəmizin müstəqil, balanslı və çoxvektorlu xarici siyasət kursunun növbəti dəfə yüksək səviyyədə nümayişi kimi qiymətləndirilməlidir
28.04.2026 255 Şüvəlanda bağ evində meyit tapıldı
Bakıda evdən meyit tapılıb. xəbər verir ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. Şuşa rayon sakini 38 yaşlı Teymur İnqilab oğlu Bayramovun meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Araşdırma aparılır
28.04.2026 193 İstilik genlərimizi dəyişir: Uşaqlarımızı nə gözləyir?
Yeni araşdırma göstərib ki, qısa müddətli güclü istilər yalnız orqanizmin özünə deyil, həm də gələcək nəsillərə təsir edə bilər. Alimlər müəyyən ediblər ki, istilik stressi genlərdə özünəməxsus "yaddaş" yarada bilər və bu da nəsillərin inkişafını sürətləndirərək orqanizmin fəaliyyətini dəyişdirir
28.04.2026 195 Vərəqdən ekrana: itirilən dəyər nədir?
"Dərsliklərin tamamilə rəqəmsallaşdırılması ideyası ilk baxışda texnoloji tərəqqi və müasirlik addımı kimi təqdim olunsa da, pedaqoji baxımdan bu qərarın ciddi nəticələr doğura biləcəyi düşünülür. Dərslik təkcə informasiya mənbəyi deyil, həm də şagirdin təfəkkürünün formalaşmasında mühüm rol oynayan
28.04.2026 193 "Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmli onlara cavab verdi
Əməkdar artist Vasif Məhərrəmli həmkarları Elnarə Abdullayeva və Könül Kərimovanın "Biz şou-biznesdə deyilik" sözünə etiraz edib. Axşam.az xəbər verir ki, "Gün ortası" verilişində qonaq olan sənətçi həmkarlarının sözlərinə etiraz edib. O bildirib ki, ifaçılıqla məşğul olan hamı şou-bizne
28.04.2026 192 Müharibə başlayandan bəri ilk mayeləşdirilmiş təbii qaz tankeri Hörmüz boğazından keçib
Gəmi izləmə məlumatlarına görə, mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tanker İran müharibəsinin başlanğıcından bəri ilk dəfə Hörmüz boğazını keçib. BİG.AZ The Telegraph-a istinadən xəbər verir ki, BƏƏ-nin Adnoc Logistics & Services şirkəti tərəfindən idarə olunan 136.357 kubmetrlik tankerin Hindistanı
28.04.2026 184 Belə çıxır ki, bircə günahsız Məleykə Abbaszadədir - Ekspertdən SƏRT sözlər
Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin dünənki çıxışı zamanı müəllimlərlə bağlı səsləndirdiyi fikirlər xoşagələn deyil. Bu gün DİM-in tərtib etdiyi imtahan suallarını cavablandırmaqda müəllimlər də əziyyət çəkirsə, bu müəllimin deyil, DİM-in günahıdır. Məleykə Abbaszadə bunu etiraf ed
28.04.2026 190