"Sən boyda boşluğu gizlədə bilmirəm"

"Sən boyda boşluğu gizlədə bilmirəm"Aktyor Tural Əhməd mərhum anaıs ilə bağlı paylaşım edib.

OLAY yazır ki, valideyni ilə fotolarını paylaşan sənətçi bu sözləri yazıb:

"Bu gün üç ay oldu ki, cismən aramızda yoxsan, ay ana. Bu üç ayda elə bir an yoxdur ki, gözümün önündə canlanmayasan, səsini qulaqlarım eşitməyə. Bu üç ayda hər gün yadıma düşür ki, anam yoxdur artıq. Bu üç ayda hər gün yadımdan çıxır ki, anam yoxdur. Bu üç ayda hər gün yaddaşım sən və sənli günlərlədir. Sənlə bağlı xatirələri unutmağa gücüm çatmır,ay ana. Sən boyda boşluğu gizlədə bilmirəm, sən boyda varlığı itirə bilmirəm. Deyirlər, zamanla yaran yumşalacaq və sən bu itkiylə barışacaqsan. Hanı bəs?

Zamanla daha da dərinləşir yaram, heç qaysaq da bağlamır. Sənin üçün çox darıxıram. Özünə, sözünə, səsinə o qədər ehtiyacım var ki... Sənin haqqında keçmiş zamanda heç cür danışa bilmirəm. İnana bilmirəm ki, mənim də anam yoxdur, sən daha yanımda deyilsən. Səni bir dəfə qucaqlamaq üçün nələrdən keçməzdim, anam, iç qoxulum. Artıq qəmli musiqilər, səsinə bənzər səslər, sakit məkanlar, hamısı səni xatırladır. Artıq uğurlarım da sənsiz qalıb, rollarım da sənsizləyib, anam. Onları daha heç kimə anlada bilmirəm, heç kimə danışa bilmirəm. Özümlə bərabər sənətim də sanki yetim qalıb. Allah sənə rəhmət eləsin, əziz, gözəl anam. Allah günahlarını bağışlasın. Bütün çəkdiyin əzabların hamısı bu dünyada qalsın, inşallah. Yuxun daim şirin olsun.Bir gün mütləq görüşəcəyik. Yolun düşsə, bir də gəl... Səni çox sevirəm".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1515   Tarix: 10 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Qızımı belə böyütməməli idim"

Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam

25.10.2026 434
.

Kamil Zeynallının onunla görüşü MARAQ YARATDI: SEVGİ DOLU ANLAR... - VİDEO

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı bu dəfə ailəsi ilə bağlı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, idmançı Qəbələdəki villasına yollanıb. Onu qarşılayan anası ilə görüşü zamanı yaşanan səmimi və sevgi dolu anlar sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Ana ilə oğulun bir-birin

18.10.2026 677
.

"Göz yaşlarımı saxlamaq çətin idi"

Müğənni Lətifə fanatlarından birinin onunla bağlı hazırladığı videoya maraqlı şərh yazıb. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı görüntülərlə bağlı hisslərini bölüşüb. O, keçmişdəki özü ilə yenidən qarşılaşmağın onda kövrək anlar yaşatdığını bildirib. Lətifə bu gün olduğu qadına

17.10.2026 421
.

"O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir"

Əməkdar artist Lalə Məmmədova boşanma ərəfəsində yaşadığı çətin günlərdən, övladlarından və şəxsi həyatından danışıb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Fruktoviy çay" yutub layihəsində açıqlama verib. Sənətçi boşanma ərəfəsində həyatının ağır dövrünü yaşadığını bildirib:. "Boşanm

17.10.2026 451
.

"Atam və anamdan çox o, mənə dəstək oldu"

Müğənni İradə İbrahimova qızı üçün nümunə olmağa çalışdığını deyib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" proqramında danışıb. "İfaçı kimi efirdə gözəl görünməyə diqqət etmişəm. İndi evdə qızıma örnək oluram, ona nümunə olmağa çalışıram. İstəyirəm ki, yeməyinin, içməyinin

17.10.2026 458
.

Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb

Qazaxıstanda həbs edilən tanınmış ifaçı Navai (Nəvai Bəkirov) hazırda olduğu Taraz şəhərindəki istintaq təcridxanasında yeni treklər (mahnılar) yazmağa başlayıb. -ın "TengriNews"a istinadən xəbərinə görə, bu barədə sənətçinin vəkili Rəna Kərimova məlumat verib. Vəkilin sözlərinə görə, müğənn

18.10.2026 531
.

"Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun

25.10.2026 293
.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o

25.10.2026 676
.

Ərindən sonra qızı da vəfat etdi

2004-cü ildə "Miss Turkey" gözəllik müsabiqəsinin ikincisi olan Fatoş Seğmen ağır itki ilə üzləşib. Axşam.az xəbər verir ki, model qızı Alyanın vəfat etdiyini açıqlayıb. O, sosial şəbəkədə övladı ilə bağlı duyğusal paylaşım edib. "Canım qızım, sən mənə analıq hissinin həyatımın ən gözə

17.10.2026 492
.