"Müğənnilər gələcək nəsli pozur, qızların..." - Elza Seyidcahan

"Müğənnilər gələcək nəsli pozur, qızların..." - Elza Seyidcahan"Zəlzələ olmuşdu, mən Yazıçılar Birliyinə üzv seçiləndə vəlvələ oldu. İndi isə şou-biznesdə, sənətdə sünamidir. Müğənnilər hərfləri düzgün, yerində tələffüz edə bilmir. Əsas da "Ç" və "K" hərfləri çatışmır. Bu sənətdə lazımlı amildir. Oxumaqları da yoxdur, üstəlik də gələcək nəsli pozurlar. Çünki mahnı, musiqi böyük qüvvədir. Sənəti uçurumdan qorumalıyıq".

BiG.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib. O daha sonra efirlərdəki verilişlərdən danışıb.

"Bəzi bir çox verilişlər var ki, qızların üzünü çoxdan açıb. Hamının evində övlad böyüyür. Ciddi senzura olmalıdır. Necə ki, dövlət kanallarına sosial media fenomenləri buraxılmır, eləcə də bütün özəl kanallara da dəvət etməsinlər. Telekanal rəhbəri olsaydım o fenomenləri "abrabotka" edib, sonra efirə icazə verərdim" deyə müğənni bildirib.

Müğənni sənətə gəldiyi ilk illəri də xatırlayıb.

"Sənət insanları fədaidirlər. Biri var fədailər, biri də var sənətdən pul qazananlar. Bu gün də kimsə qeyri-adi şəkil paylaşanda şərhlərdə yazırlar ki, "deyəsən Elza Seyidcahan olmaq istəyirsən". Dünən Elza Seyidcahanı bəyənmirdiniz, bu gün onu təkrarlayırsız! Camaatın gördüyü 1986-cı ildən Elza idi, 1996-cı ildən Elza Seyidcahan kimi efirlərə çıxdım. Heç bəlkə də o vaxt Ledi Qaqa yox idi. Məni qınayırdılar. Bəlkə də o bu obrazları məndən götürmüşdü. Mən keçmişimdən utanmıram. Elza Seyidcahanın həyatı çoxmərtəbəli binanın, çoxuncu mərtəbəsinə bənzəyən ömür filminin təməllərindəndir. Min bir dəfə məndən yazıblar, bu gün də yazırlar" deyə sənətçi bildirib.

Müğənni bildirib ki, sənətçilər, ələlxüsus da bəstəkarlar üçün yaradıcılıq evləri olmalıdır.

"Sənətkar əsər yazmaq üçün qayğılardan uzaq olmalıdır. Öz dünyasında olmalıdır ki, bəstəkarın bəstəsi, rəssamı rəsmi alınsın. Zuğulbada yaradıcılıq evləri var, amma orada daha çox məmurlar istirahət edir, yaradıcı insanlar yox. İlhamə Quliyeva ömrünün sonuna qədər həmin yaradıcılıq evində qalırdı. Bəlkə bu günkü gündə də var, amma bizi axtarmırlar" deyə sənətçi bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 902   Tarix: 11 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Subay vaxtımda bunu edirdim"

Müğənni Elnur Məmmədov ad günü ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "10+" layihəsində danışıb. O bildirib ki, hər yeni yaşını ailəsi ilə birlikdə keçirməyə üstünlük verir:. "Ən bahalı hədiyyəni ad günümdə özüm özümə alıram. Hər yaşımın üstünə yaş gəldikc

27.10.2026 230
.

Böyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira

1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il

27.10.2026 167
.

Kredit faizlərinin və əhalinin borc yükünün artmasının qarşısını necə almaq olar?

Əhalinin banklar qarşısında kredit borcunun və faiz dərəcələrinin artmasının qarşısını yalnız inzibati tədbirlərlə almaq çətindir. Çünki kredit faizləri bankların maliyyələşmə xərclərindən, risklərdən, inflyasiyadan və bazardakı tələb-təklif nisbətindən asılıdır. Bununla belə, dövlət və Mərkəzi Ban

27.10.2026 279
.

Zahid Oruc:"Sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü…"

Təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişikliyi özündə ehtiva edir. Dövlət əhəmiyyətli yollarla yanaşı tunellər, o cümlədən metro çəkilişi, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiy

27.10.2026 378
.

Paltaryuyanın səsinə görə arvadını döydü, cinayət işi açıldı

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gec

27.10.2026 245
.

"Napoli"nin oyunçusu cinayətin qurbanı oldu

"Napoli"nin braziliyalı qanad oyunçusu Alisson Santos gecə evində soyğunçuluğun qurbanı olub. -ın xarici mediaya istinadən məlumatına görə, oğruların futbolçu yatarkən evinə girib saatını, zinət əşyalarını və avtomobilini oğurladıqları bildirilir. Oyunçunun özü zərər çəkməyib və cinayətdə

27.10.2026 230
.

Bacıları bir-birindən imtina etdilər

Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova ailəsində yaşanan problemlərdən danışıb. Axşam.az xəbər verir ki, o, bu barədə "MTV Maqazin"ə açıqlamasında bəhs edib. Zümrüd bacıları ilə münasibətlərinin pozulduğunu və onlardan imtina etdiyini bildirib:. "İnciyənd

27.10.2026 326
.

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is

27.10.2026 416
.

Penitensiar xidmətə yeni rəis təyin edildi

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin yeni rəisi təyin edilib. "Qafqazinfo"nun məlumatına görə, Prezidentin Sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev bu vəzifəyə gətirilib. Qeyd edək ki, S.Rzayev müxtəlif illərdə daxili işlər orqanlarında müstəntiq, Fövqəladə Hallar Nazirliyində şöbə

27.10.2026 319
.