Qalmaqallı "Sea Breeze işi"ndə tərəflər barışsa da...
Bu ilin yayında "Sea Breeze"də baş verən kütləvi dava ilə bağlı məhkəmə istintaqı davam edir.
"Qafqazinfo" xəbər verir ki, dekabrın 12-də "Sea Breeze" işi üzrə 2 məhkəmə prosesi təyin olunub. Hər iki işi üzrə hakim də, prokuror da eyni şəxslərdir. İşdə dövlət ittihamını prokuror Amin Şəkərəliyev müdafiə edir.
Birinci iş üzrə 4 nəfər - Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və yeniyetmə M.Ə müttəhim kürsüsündə əyləşib.
Onlardan yalnız M.Ə həbsdə deyil. Təqsirləndirilən şəxsin yeniyetmə olması nəzərə alınaraq barəsində alternativ qətimkan tədbiri seçilib. Bu iş üzrə Elnur Məmmədov və Cavad Muradov zərərçəkmiş şəxs kimi tanınıblar.
Sonuncu iclasda sərbəst ifadə verən M.Ə ibtidai istintaq zamanı verdiyi ifadədən imtina edib. Bildirib ki, həmin ifadə ondan təzyiq altında, valideyninin iştirakı olmadan alınıb.
Məktəbli hakim Mirheydər Zeynalovun suallarına cavab olaraq bildirib ki, müstəntiq onun üstünə qışqırmaqla, onu evə buraxacağını deməklə aldatmaqla özünün yazdığı ifadəyə qol çəkdirib. Hakim onun imtina etdiyi ifadəni elan edib. Həmin ifadəyə görə M.Ə hadisə baş verən zaman "Sea Breeze"də Elmir İsmayılovun yanında olub. M.Ə hakimin diqqətinə çatdırıb ki, ifadə başdan-ayağa yalandır, o, hadisə baş verən zaman Mərdəkan qəsəbəsində dostları ilə bağda olub.
Prokuror Amin Şəkərəliyev müstəntiqin məhkəməyə dəvət olunaraq dindirilməsini istəyib. Vəkillərin, təqsirləndirilənlərin, zərərçəkənlərin qəti etirazlarına baxmayaraq, prokurorun vəsatəti təmin olunub. Bu gün keçiriləcək prosesə iş üzrə müstəntiqin dəvət olunaraq dindiriləcəyi gözlənilir.
Bu gün "Sea Breeze" işi üzrə daha bir proses eyni hakim Mirheydər Zeynalovun sədrliyi, eyni prokuror Amin Şəkərəliyevin iştirakı ilə davam etdiriləcək. Bu iş üzrə isə digər işdə zərəçəkən olan Cavad Vahid oğlu Muradovla Şamxal İlham oğlu Məmmədov təqsirləndirilən şəxslərdir. Elnur Leysan oğlu Məmmədov isə şahid statusundadır.
Zərərçəkən şəxslər isə digər işdə təqsirləndirilən statusunda olan Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə Məhəmməd Həsənzadədir.
Cavad Muradova Şamxal Məmmədovdan fərqli olaraq xuliqanlıq ittihamı ilə yanaşı, əmlakı qəsdən zədələmə ittihamı da verilib. Məhkəmədə məlum olub ki, restoranda söyüş söyüb dava salan da, Elmir İsmayılov və digərlərini ətrafındakılarla bərabər döyən də, onun maşınını əzən də Elnur Məmmədov olub. Cavad Muradova gəlincə isə onun təşəbbüsü ilə hadisədən bir neçə saat sonra o və Elnur Məmmədov Elmir İsmayılov və digərləri ilə görüşüb üzrxahlıq edib, barışıblar.
Bu, iki aya yaxındır keçirilən proseslərdə də dəfələrlə hakim diqqətinə çatdırılıb, elə dava baş verən gün barışdıqları, aralarında hər hansı bir narazılıq, ədavət olmadığı bildirilib. Buna baxmayaraq, kimlərsə prosesin davam etdirilməsində maraqlıdır.
Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında məsul vəzifədə çalışır, özü isə "Sea Breeze"dəki Vergilər Xidmətinin inspektoru olub.
Fotoda Leysan Məmmədov

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 667 Tarix: 12 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBəzi yerlərə yağış yağacaq, dolu düşəcək
Avqustun 9-u axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dol
07.08.2026 342 Aktrisa ayrıldığı ərinitəriflədi: "Bu nə yaraşıqlılıqdır"
Türkiyə kinosunun əfsanələrindən Türkan Şoray keçmiş həyat yoldaşı Cihan Ünalın sosial şəbəkədə paylaşdığı fotoya yazdığı şərhlə diqqət çəkib. xarici mediaya istinadən xəbər verir ki, Şoray Ünalın fotosuna "Vay, bu nə yaraşıqlılıqdır" sözlərini yazıb. Keçmiş yoldaşı isə "Təşəkkür edirəm
07.08.2026 334 Bir səhv bütün vəsaitinizi itirməyinizə səbəb ola bilər
"Son vaxtlar "faizsiz kredit", "dövlət proqramı", "hesabınıza pul köçürəcəyik" kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə çalışan dələduzların sayı artır. Unutmayın ki, bank kartınızın nömrəsi, son istifadə tarixi, CVV kodu və bankdan göndərilə
07.08.2026 224 Yaşasaydı, 35 yaşı olacaqdı…
Bu gün Milli Qəhrəman, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür. "Qafqazinfo" xəbər verir ki, Hökumə Cəlil qızı Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcərdə anadan olub. Ailəsi 1993-cü ildə işğal səbəbindən məcburi köçkün düşərək əvvəlcə Bərdədə, sonra isə Rusiyada yaşayıb. O, Volqoqradd
11:28 183 Plastik düyü iddiaları nə dərəcədə doğrudur?
"Son vaxtlar sosial şəbəkələrdə "plastik düyü" ilə bağlı müxtəlif iddialar yayılır. Lakin elmi baxımdan bu iddiaların əsası yoxdur. Ümumiyyətlə, düyünün plastikdən hazırlanması həm iqtisadi, həm də texniki cəhətdən məntiqsizdir. Plastik qranulların istehsalı təbii düyünün becərilməsi v
07.08.2026 233 Şirkətlər niyə bağlanır? Problemin görünməyən tərəfləri
"Azərbaycanda şirkətlərin fəaliyyətini dayandırması və ləğv edilməsi ilə bağlı xəbərlər son dövrlərdə daha çox diqqət çəkir. Mən hesab edirəm ki, bu prosesə yalnız ayrı-ayrı hüquqi şəxslərin taleyi kimi baxmaq düzgün deyil.Şirkətlərin bağlanması iqtisadiyyat üçün əhəmiyyətli indikatorlardan biridi
07.08.2026 372 ABŞ-də yüzlərlə "Boeing 737 Max" təyyarəsi texniki yoxlanışdan keçiriləcək
"Boeing" şirkətinin daha köhnə təyyarə modellərinin konstruksiya elementlərində çatların aşkarlanmasından sonra, ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) yüzlərlə "Boeing 737 Max" hava gəmisinin yoxlanılması barədə təlimat verib. xəbər verir ki, bu barədə ABŞ-nin federal reyestrini
07.08.2026 269 Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqton sülh sammitinin birinci ildönümü ilə bağlı video paylaşıb. "Report" xəbər verir ki, H.Hacıyev bu barədə "X" hesabınd
15:00 28 Qazaxıstan futbolunda yeni səhifə: Niderlandlı mütəxəssislə razılıq əldə olundu
Qazaxıstan Futbol Federasiyası (KFF) milli komandanın baş məşqçisi postuna niderlandlı mütəxəssis Con van't Sxipi gətirməklə bağlı yekun razılıq əldə edib. xəbər verir ki, bu barədə KFF-nin rəsmi saytı məlumat yayıb. Mütəxəssisin bu vəzifəyə təyinatı qurumun nizamnaməsinə əsasən, KFF İcraiyyə Komitəsini
07.08.2026 309