Evli kişidən sevgilisinə qarşı dəhşətli əməl: Dayanacaqda... - TƏFƏRRÜAT

Evli kişidən sevgilisinə qarşı dəhşətli əməl: Dayanacaqda... - TƏFƏRRÜATAbşeron rayonunda 1993-cü il təvəllüdlü Ayxan qeyri-rəsmi münasibətdə olduğu Aydana (adlar şərti verilib - red.) xəsarət yetirib.

BiG.AZ demokrat.az-a istinadla bildirir ki, hadisə bu ilin avqustunda baş verib. Bərdə rayon sakini Ayxan həmin gün, saat 21 radələrində sərxoş olarkən Abşeron rayonu, Xırdalan şəhərində yaşayış kompleksi ərazisində yerləşən dayanacağın yaxınlığında əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, sonradan ayrı qaldığı Aydanla təsadüfən görüşüb.

Bu zaman Ayxan Aydana yaxınlaşaraq söhbət əsnasında onunla yenidən birlikdə yaşamaq istədiyini söyləyib. Aydanın buna razı olmadığını bildirdikdə isə onun üzərinə hücum edib.

Ayxan əvvəlcə qəsdən Aydanın sifət, baş nahiyələrindən yumruqla zərbələr vurub. Sonra onu əlləri ilə arxaya itələyib. Bu vaxt Aydan arxada olan dəmir maneəyə bərk çırpılıb.

Hadisəni törədən Ayxanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, bir il olar Aydan ilə qeyri rəsmi ər-arvad münasibətində yaşayır: "Təxminən hadisədən 3 ay əvvəl aramızda olan narazılıqlardan sonra Aydan məndən ayrıldı. Bundan sonra Aydanla dəfələrlə barışmağa cəhd etsəm də, lakin buna etiraz etdi. Aydan əsasən mənim ailəli olduğumu bilib və buna görə də mənimlə barışmaq istəməyib".

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə günü, saat 21 radələrində təsadüfən Xırdalan şəhərində yaşayış kompleksininin girişində dayanacaqda Aydanla rastlaşıb:

"Aydana yaxınlaşaraq onunla barışmaq istədiyimi dedim. Ondan barışmağını tələb edərək gələcəkdə nikaha daxil olacağımı bildirdim. Lakin Aydan mənimlə razılaşmadığı üçün əsəbiləşdim. Onun sifət nahiyəsindən bir dəfə şillə ilə zərbə vurdum. Ətrafda olan tanımadığım şəxslərin yaxınlaşaraq bizi aralaşdırmaq istədiyini gördüm və özüm aralaşaraq oradan getdim. Sonradan bildim ki, Aydan məndən şikayət edib".

İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, Ayxanla tanış olandan sonra qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlayıblar: "Təxminən hadisədən üç ay əvvəl Ayxanın ailəli olduğunu bildim və ondan ayrıldım. Bundan sonra Ayxan dəfələrlə zəng edərək barışmaq istədiyini desə də, onunla razılaşmadım, barışmaq barədə təklifindən qəti surətdə imtina etdim".

Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat 21 radələrində Xırdalan şəhərində dayanacağa tərəf gedərəkən təsadüfən Ayxanla rastlaşıb və həmin vaxt sərxoş vəziyyətdə olub: "Gecə yataqxanada qalmaq üçün məndən 5 manat istədi. Mən yaxınlıqda olan "Bravo" marketdən 5 manat pul kartımdan çıxardım və geri qayıdanda Ayxanın dayanacaqdan bir qədər aralıda yolun kənarında dayandığını gördüm. Ona yaxınlaşaraq 5 manat pulu verdim və getmək istədim. Ayxan pulu məndən alandan sonra uca səslə mübahisə etməyə başladı və nəyə görə ondan ayrıldığımı soruşdu. Ayxanın sərxoş olduğunu gördüm və ondan aralaşmaq istədim. Lakin Ayxan buna imkan vermədi. Ayxan mənimlə mübahisə etdiyi vaxt ətrafda olan tanımadığım şəxslər yaxınlaşdı və mübahisəyə müdaxilə etmək istədilər. Bu zaman Ayxan 3 dəfə yumruqla sağ göz nahiyəmdən, təpiklə sol ayaq nahiyəmdən zərbələr vurdu. Zərbənin təsirindən kürəyim və sol qolum yolun kənarında olan dəmirə dəydi. Bu zaman dayanacaqda olan tanımadığım şəxslər məni Ayxanın əlindən aldı və məni döydüyünə görə ona öz iradını bildirdilər. Halım pisləşdiyi üçün tanımadığım şəxs köşkdən su alaraq mənə verdi. Ayxan öz aqressiv hərəkətləri ilə yenə də üstümə hücum çəkdi və məni vurmaq istədi. Lakin ətrafda olan tanımadığım şəxslər onu kənarlaşdırdılar. Ayxan gedəndən sonra dayım oğluna zəng etdim. Ona Ayxanın məni döydüyünü bildirdim və halım pis olduğundan mənə köməkilk etməyini xahiş etdim. Bir neçə dəqiqə sonra dayım oğlu yanıma yaxınlaşdı və mənim döyülmüş vəziyyətdə olduğumu gördü. Özümə gələndən sonra polis idarəsinə yaxınlaşdım və hadisə barədə ərizə ilə müraciət etdim".

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayxan aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1129   Tarix: 12 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Metroda ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyas

27.10.2026 265
.

Avropa liderləri Putinlə telefon danışığı apardılar

Finlandiya Prezidenti Aleksandr Stubb, Norveçin Baş naziri Yonas Qar Störe və Rusiya lideri Vladimir Putin telefon danışığı zamanı Ukraynada müharibənin dayandırılması və danışıqların bərpası istiqamətində diplomatik səyləri müzakirə ediblər. Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Prezidentini

27.10.2026 196
.

Milyarderin oğlu dayanacaqda öldürüldü

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə, hadisə oktyabrın 14-də axşam saatlarında Vyentyandakı yaşayış komplekslərində

27.10.2026 218
.

Zahid Oruc:"Sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü…"

Təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişikliyi özündə ehtiva edir. Dövlət əhəmiyyətli yollarla yanaşı tunellər, o cümlədən metro çəkilişi, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiy

27.10.2026 378
.

"Subay vaxtımda bunu edirdim"

Müğənni Elnur Məmmədov ad günü ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "10+" layihəsində danışıb. O bildirib ki, hər yeni yaşını ailəsi ilə birlikdə keçirməyə üstünlük verir:. "Ən bahalı hədiyyəni ad günümdə özüm özümə alıram. Hər yaşımın üstünə yaş gəldikc

27.10.2026 230
.

Evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"

Türkiyəli müğənni Rafet El Roman evlənməyə hazırlaşdığı azərbaycanlı xanım Rəhimə Hacıyeva ilə nikahdan əvvəl mirası ilə bağlı qərarını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi evlilik müqaviləsi imzalamaq fikrində olmadığını bildirib. O, mirasını övladları arasında bölüşdürdüyünü qeyd edib. "Öləndə

27.10.2026 365
.

Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib. "Qafqazinfo" xəbər verir ki, ICESCO-nun Baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətil

27.10.2026 252
.

Prezidentin sosial şəbəkə hesablarında forumun açılışına dair video paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

27.10.2026 279
.

Prezident ailəsi ilə sərgidə - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş "Mənim Abşeronum: Üstə gəl"

27.10.2026 300
.