Şəbnəm Tovuzlunu məhkəməyə verən Şəbnəm Tapdıq: "Mənə iftiralar ataraq özünü biabır edir" – ÖZƏL/VİDEO

Şəbnəm Tovuzlunu məhkəməyə verən Şəbnəm Tapdıq: "Mənə iftiralar ataraq özünü biabır edir" – ÖZƏL/VİDEOMüğənni Şəbnəm Tapdıq həmkarı Şəbnəm Tovuzlunu məhkəməyə verib.

Bizim.Media xəbər verir ki, bu haqda Şəbnəm Tovuzlu qonaq olduğu "Tarixin bir günü" verilişində məlumat verib.

Şəbnəm bildirib ki, qarşı tərəf onu eyni ad daşıdığına görə məhkəməyə verib:

"Şəbnəm xanım mənə zəng edib, aqressiv danışır. Mən ona söylədim ki, əgər sizin dünyasını dəyişmiş bir anaya (Öz anasını nəzərdə tutur – red) hörmətiniz varsa... Anam 29 yaşında dünyasını dəyişib, mən o zaman körpə olmuşam. O populyar olan zaman sizi sevib, fanatlıq edib. O adı mənə qoyublar. Dəfələrlə sizə mülayim davranıram, sizi çox sevirəm, amma siz məni məhkəməyə verirsiniz. Qanun qarşısında boynumuz qıldan incədir.

Bu xanıma dəfələrlə demişəm ki, məndən nə istəyirsiniz? Mənə deyir ki, adını dəyiş, Şəbtac, Şəbnur qoy. Siz böyüksünüz, mən sizə hörmət edirəm. Axı, mən adımı niyə dəyişməliyəm? Anamın mənə qoyduğu ad yadigardır. Mən buradan sizə deyirəm ki, mən adımı sizə görə dəyişən deyiləm".

Qalmaqallı məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı qarşı tərəflə, yəni müğənni Şəbnəm Tapdıqla əlaqə saxlayıb.

Ş.Tapdıq məhkəməyə müraciət etməsini adla deyil, qarşı tərəfin ona atdığı şər və böhtanla əlaqələndirib:

"Aramızda anlaşılmaz bir söhbət var. Bu isə mənə aydın deyil. Bu məsələnin isə məhkəmə yolu ilə araşdırılmasını istəyirəm. Şəbnəm Tovuzlu bir çox efirlərdə deyir ki, guya mən onun rəhmətlik anası ilə rəfiqə olmuşam və anasını tanıyıram. Axı, belə şey olmayıb. Tanımadığın insan haqqında düzgün olmayan fikri demək olmaz. Heç mən onun anasını nə görmüşəm, nə də ki, tanıyıram.

Ümumiyyətlə, çıxıb efirdən düzgün olmayan söhbəti etmək olmaz. Şəbnəm bu gün efirdə deyir ki, guya ada görə onu məhkəməyə vermişəm, amma bu da səhv informasiyadır. Ada görə mən Şəbnəm Tovuzlunu məhkəməyə verməmişəm. Allah onun anasına rəhmət eləsin. Onun anası ilə heç zaman rəfiqə olmamışam.

Bir çox şeylər də var ki, Şəbnəm haqqımda danışır. Çıxıb efirdə demək ki, Şəbnəm Tapdıq məni məhkəməyə verib, kişilikdən deyil. Efirlərdə haqqımda yalan danışmısan, indi də "kişi kimi" sözünün arxasında dur. Deyirlər ki, onun başqa adı olub.

Bilmək istəyirəm ki, görüm, onun əsl adı nədir. Bu "dostluq" məhkəməsidir. Əgər mən sənin ananla rəfiqə olmuşamsa, gör, mənim yaşımı sən nə qədər artırırsan... Bu isə mənə qarşı olunan iftiradır. Yalandan niyə belə şeylər danışırsan?

Mən səndən heç bir yerdə danışmıram. Sən niyə mənim haqqımda düzgün olmayan informasiya verirsən? Bu məhkəmə adla bağlı deyil. Bütün respublikada mənim adımı daşıyan insanlar var. Nə olsun? Nə qədər adımı daşıyan müğənnilər var. İstəyirəm ki, o haqqımda heç nə danışmasın. Mən heç kiməsə sataşıram və kimləsə işim var?

Tovuzlu çıxıb özünü biabır etdi. Bilmədiyim şeylər haqqında istehzalı formada çıxıb danışır. Müdrikliyim isə ondadır ki, bu insana baş qoşmuram. İstəyirəm ki, o çıxıb efirdə desin ki, mən o xanımın haqqında düzgün danışmamışam. Ağzına gələni haqqımda danışmasın. Bu dünya dərəbərlik deyil. Hər şeyi məhkəmədə həll edəcəyik".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3087   Tarix: 13 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.