"Delimitasiya prosesinin uzanması sülh prosesinə əngəl törədə bilər" - POLİTOLOQ

"Delimitasiya prosesinin uzanması sülh prosesinə əngəl törədə bilər" - POLİTOLOQ"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti" təsdiqlənib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasına bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mövcud qərar ilə bağlı politoloq Turab Rzayev BiG.AZ-a açıqlama verib. O bildirib ki, əslində bu gözlənilən idi. Çünki Azərbaycan və Ermənistan arasında uzun müddətdir sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı proses davam edir.

"Ancaq heç bir yekun məntiqi sonluğa çatmayıb. Hətta xatırlayırsınızsa ilk Brüssel görüşündə artıq bu məsələ ilə bağlı danışıqlar başlamışdı. Növbəti Brüssel görüşlərindən sonra Azərbaycan prezidenti bununla bağlı 3 sərəncam vermişdi. Su resursları, Sərhədlər və sərhədyanı rayonlarla bağlı və s. Bundan sonra delimitasiya ilə bağlı ölkələrarası komissiya yaradılmışdı. Azərbaycan-ermənistan baş naziri müavinləri məsul şəxs kimi təyin olunmuşdular. Gözlənilirdi ki, bu proses hansı şəkildə ölkələrarası komissiya öz iclaslarını keçirəcək. Proses davam edəcək və nəhayət ölkələr arasında razılıq əldə olunub. Delimitasiya məsələsi bir addım önə aparılacaq. Ancaq bu mümkün olmadı. Azərbaycan özünün Ermənistanda qalmış eksklavlarını və digər ərazilərini tələb edir. Ermənistan bunları qaytarmağa könüllü görünmür".

Politoloqun sözlərinə görə, bundan başqa sərhədlərin delimitasiyasının hansı xəritə və hansı ilə aid xəritələr ilə aparılması mübahisə doğurur:

"Ermənistan tərəfi təkidlə 1975-ci il xəritəsini irəli sürür. Halbuki Azərbaycan tərəfi bildirir ki, 1975-ci ilə aid konkret xəritə yoxdur. 4 il ərzində çəkilmiş topoqrafik xəritələrdir. Bu topoqrafik xəritələrdən hansı şəkildə istifadə etmək olar? Amma sırf niyə bu illərdə olanlara Ermənistan istinad etmək istəyir. Bu da konkret olaraq məlum deyil. İndi isə Ermənistan və Azərbaycan arasında uzunmüddətli durğunluqdan sonra yenidən sülh prosesi sürətlənməkdədir. Biz açıq şəkildə görürük ki, həm burada qərb maraqlıdır. O'Braynın sonuncu səfərində və Blinkenin prezidentlə görüşündə və telefon danışığında bu məsələyə toxunulub. Azərbaycan tərəfi öz açıqlamasında açıq şəkildə bildirir ki, hərhansı vasitəçiyə etiraz etmirik".

Turab Rzayev qeyd edib ki, konkret olaraq Azərbaycandan iştirakçı olmadan sammitlər onlar ölkəmizə aid edilə bilməz:

"Amma Azərbaycan özüdə maraqlıdır ki, fərqli vasitəçilərin iştirakı ilə yenidən sürətlənsin. Vaşinqton sammiti yenidən təşkil edilsin. Rəsmi Brüssel aktivlik göstərməyə çalışır. Rusiyada bu məsələ də aktivdir. Azərbaycan tərəfi əgər mümkün olsa birbaşa Ermənistan ilə danışıq aparmaq istəyir. Ola bilsin ki, Gürcüstanda üzərindən yəni regiondan bir həll tapmağa çalışır. Bu sülh danışıqlarının aktivləşməsi istər istəməz yenidən delimitasiya və demarkasiyası məsələsini gündəmə gətirir. Çünki bu sülh danışıqları və məsələlər paralel aparılmalıdır. İlkin razılıq əldə olunub. Delimitasiya məsələsinə zərər vura bilər. Tam tərsi delimitasiya prosesinin uzadılmasına gətirib çıxara bilər. Məsələn Gürcüstan ilə bizim delimitasiya məsələmiz 30 ildən çox çəkib. Bu qədər uzanması sülh prosesinə əngəl törədə bilər. Ona görə də, çalışır bu iki məsələni paralel aparmağa çalışır".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1488   Tarix: 15 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kredit faizlərinin və əhalinin borc yükünün artmasının qarşısını necə almaq olar?

Əhalinin banklar qarşısında kredit borcunun və faiz dərəcələrinin artmasının qarşısını yalnız inzibati tədbirlərlə almaq çətindir. Çünki kredit faizləri bankların maliyyələşmə xərclərindən, risklərdən, inflyasiyadan və bazardakı tələb-təklif nisbətindən asılıdır. Bununla belə, dövlət və Mərkəzi Ban

27.10.2026 279
.

Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?

Bəzən düşünürəm də, ay kuzen… Həyat dediyin şey bizim üçün bir çobanyastığının bir yarpaq artıq olmasına bağlı idimi? Məsələn, bir yarpaq artıq olsaydı, bir-birimizi sevəcəkdikmi? Yoxsa yenə də ayrı-ayrı yollara düşəcəkdik?. Bilirsən, uşaq vaxtı çobanyastığı dərərdik axı, "Sevir, sevmir…" deyə-deyə

27.10.2026 288
.

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu

27.10.2026 279
.

Türk ulduzlarının milyonluq sərvəti - Siyahı

Türkiyəli məşhurların serial, reklam və səhnə fəaliyyətindən qazandıqları sərvət bəlli olub. Onlar milyonlarla lirəlik gəlirlərini daşınmaz əmlaka yatırırlar. Axşam.az xəbər verir ki, "Gel Konuşalım" proqramının məlumatına görə, aktrisa Məryəm Üzərli 320 milyon lirə (təxminən 11 milyon manat

27.10.2026 220
.

Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır

Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın

27.10.2026 142
.

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

ABŞ-ın səkkiz ştatı ChatGPT-nin təhlükəsizliyi ilə bağlı valideynlərin aldadıldığını və xidmətin uşaqlar üçün ciddi risklər yaratdığını iddia edərək OpenAI şirkətinə qarşı məhkəmə iddiaları qaldırıb. xarici mediaya istinadla xəbər verir ki, açıqlanan təşəbbüsə Ayova, Kanzas, Nebraska, Qərbi Virciniya

27.10.2026 233
.

Hind kinosunda yeni romantik döyüş filmi - Baş rollarda Ahaan Panday və Sharvari

Hindistanın tanınmış kino şirkətlərindən olan "Yash Raj Films" yeni romantik döyüş filminin adını və nümayiş tarixini açıqlayıb. "Beparwah" adlanan filmdə Ahaan Panday və Sharvari baş rolları canlandıracaqlar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, filmin rejissoru Ali Abba

27.10.2026 330
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı

27.10.2026 270
.

Prezident qonaqlarla görüşdü - Video

Xəbər verdiyimiz kimi, Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. Tədbirdə Prezident İlham Əliyev çıxış edib. "Qafqazinfo"nun Real TV-yə istinadən məlumatına görə, dövlət başçısı Forumun qonaqları il

27.10.2026 206
.