Hərbçilərimizə işgəncələr verən Ermənistanı hansı cəza gözləyir? - AÇIQLAMA

Hərbçilərimizə işgəncələr verən Ermənistanı hansı cəza gözləyir? - AÇIQLAMA"Azərbaycan insan hüquq və azadlıqları konvensiyasına qoşulmuşdur. Avropa insan haqları məhkəməsinin yurisdikası Azərbaycana şamil olunur. Bu şəxslər işgəncələrə məruz qalması ilə bağlı Avropa məhkəməsinə müraciət edə bilərlər. Avropa məhkəməsində bu məsələ araşdırılmalıdır. İşgəncə faktları ilə bağlı məsələlərə fərqli baxılır. Avropa məhkəməsinə müraciət Ermənistanı göstərməklə. İkinci tərəfdən Bmt insan hüquqlarına müraciət etmək hüquqları var. Orada şikayət verilə bilər. Komitənin qərarları hüquq pozuntusunu tanımaqdır. Onların effektiv və səmərəli qərarları olmur. Çünki işgəncələrdən müdafiə hüququ ən fundamental hüquqlarından biridir. İşgəncələrdən beynəlxalq konvensiyalarda ən çox qorunan hüquq sayılır".

Bu sözləri BiG.AZ-a açıqlamasında hüquqşunas Əliməməd Nuriyev deyib. Onun sözlərinə görə, hansı cinayətin törədilməsindən asılı olmayaraq, şərəf və ləyaqətin pozulması, pis rəftarın edilməsi, vətəndaşların işgəncələrə məruz qalması ilə bağlı müraciətlər əsas qorunan hüquqlardır:

"Ona görə bu alətlərdən istifadə edilməlidir. Vətəndaşlarımızın işgəncəyə məruz qalmasının video görüntüləri də var. Düşünün arxa planda onların başına nələr açıblar. Onların müsahibələrindən belə aydın görürük. Əlbəttə ki, eyni zamanda onlar fundamental olaraq həkim müayinəsindən keçməlidirlər. Qırmızı Xaçın onlar ilə bağlı işgəncələrə məruz qalması ilə əlaqədar hansısa məlumatlar əlində var. Qırmızı Xaçın funksional vəzifələri ondan ibarətdir ki, bu şəxslərin işgəncələrə məruz qalması faktını qeyd almaq və onları qorumaqdan ibarətdir. Onlar bu məlumatları saxlayıblar. Hərbçilərimiz Ermənistanda saxlanılarkən onları görmək imkanı Qırmızı Xaçda olub. Onların o qədər obyektiv olduğunu düşünmürəm. Bir sıra məsələlərdən sonra beynəlxalq Qırmızı Xaç cəmiyyəti onlara daha obyektiv yanaşılması üçün tədbirlər görüb. Hərhalda bu istiqamətdə yetərli məlumatlar var".

Əliməmməd Nuriyev bildirib ki, onların işgəncələrə məruz qalması tək xəsarət alması ilə kifayətlənməyib:

"Elə şəraitdə qala bilərlər ki ac-susuz, kobud rəftarı, digər psixoloji üsullar var ki, ermənilərin bu vəhşiliyinin şahidi olmuşuq. 1992-ci ildən bəri biz bunu görürük. Qərbi azərbaycanlılar qovularkən biz onların hansı işgəncələrə məruz qaldıqlarını gördük və eşitdik. Bu baxımdan hərbçilərimizin işgəncələrə məruz qalması ilə bağlı içimizdə bir inam var idi. Əminəm ki, Avropa məhkəməsinə bu məsələlər ilə bağlı obyektiv qərarlar qəbul edəcəkdir".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1363   Tarix: 15 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kredit faizlərinin və əhalinin borc yükünün artmasının qarşısını necə almaq olar?

Əhalinin banklar qarşısında kredit borcunun və faiz dərəcələrinin artmasının qarşısını yalnız inzibati tədbirlərlə almaq çətindir. Çünki kredit faizləri bankların maliyyələşmə xərclərindən, risklərdən, inflyasiyadan və bazardakı tələb-təklif nisbətindən asılıdır. Bununla belə, dövlət və Mərkəzi Ban

27.10.2026 279
.

Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?

Bəzən düşünürəm də, ay kuzen… Həyat dediyin şey bizim üçün bir çobanyastığının bir yarpaq artıq olmasına bağlı idimi? Məsələn, bir yarpaq artıq olsaydı, bir-birimizi sevəcəkdikmi? Yoxsa yenə də ayrı-ayrı yollara düşəcəkdik?. Bilirsən, uşaq vaxtı çobanyastığı dərərdik axı, "Sevir, sevmir…" deyə-deyə

27.10.2026 288
.

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu

27.10.2026 279
.

Türk ulduzlarının milyonluq sərvəti - Siyahı

Türkiyəli məşhurların serial, reklam və səhnə fəaliyyətindən qazandıqları sərvət bəlli olub. Onlar milyonlarla lirəlik gəlirlərini daşınmaz əmlaka yatırırlar. Axşam.az xəbər verir ki, "Gel Konuşalım" proqramının məlumatına görə, aktrisa Məryəm Üzərli 320 milyon lirə (təxminən 11 milyon manat

27.10.2026 220
.

Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır

Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın

27.10.2026 142
.

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

ABŞ-ın səkkiz ştatı ChatGPT-nin təhlükəsizliyi ilə bağlı valideynlərin aldadıldığını və xidmətin uşaqlar üçün ciddi risklər yaratdığını iddia edərək OpenAI şirkətinə qarşı məhkəmə iddiaları qaldırıb. xarici mediaya istinadla xəbər verir ki, açıqlanan təşəbbüsə Ayova, Kanzas, Nebraska, Qərbi Virciniya

27.10.2026 233
.

Hind kinosunda yeni romantik döyüş filmi - Baş rollarda Ahaan Panday və Sharvari

Hindistanın tanınmış kino şirkətlərindən olan "Yash Raj Films" yeni romantik döyüş filminin adını və nümayiş tarixini açıqlayıb. "Beparwah" adlanan filmdə Ahaan Panday və Sharvari baş rolları canlandıracaqlar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, filmin rejissoru Ali Abba

27.10.2026 330
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı

27.10.2026 270
.

Prezident qonaqlarla görüşdü - Video

Xəbər verdiyimiz kimi, Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. Tədbirdə Prezident İlham Əliyev çıxış edib. "Qafqazinfo"nun Real TV-yə istinadən məlumatına görə, dövlət başçısı Forumun qonaqları il

27.10.2026 206
.