Aysellə Xoşqədəm arasındakı məhkəmə 4 il sonra başa çatdı

Aysellə Xoşqədəm arasındakı məhkəmə 4 il sonra başa çatdı"İlahi ədalət adlanan bir tərəzi var. Əsla səhv etməz. Hər zaman yaradanımıza güvəndim, ona sığındım. Susdumsa, var olan Allaha və dövlətimin qanunlarına güvənib, inanaraq susdum. Əlacsız və ya günahkar olduğum üçün susmadım, lakin susqunluğumla qınandım".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə sosial şəbəkədəki paylaşımında yazıb. Sənətçi aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarındakı məhkəmə prosesindən bəhs edib. O bildirib ki, Ali Məhkəmə də başa çatıb.

"Qanun danışsın deyə, susdum. Məni tanıyan bilir söz-söhbət sayəsində qara piarı, boşboğazlığı sevmirəm, nə də düz olarkən özümü sübut etməyi. Şükr olsun Allahıma, məni heç zaman tək qoymadı. Onun ədaləti qarşısında baş əyirəm. Hər şey sübut olundu. Dövlətimin qərəzsiz, vicdanlı məmurları, sizlərə halal olsun sadəcə" deyə, Aysel paylaşımında yazıb.

Aysel Axşam.az-a açıqlamasında bildirib ki, 4 il sonra məhkəmə yekunlaşıb. Ali Məhkəmənin qərarına əsasən aparıcı ifaçıya 2 min manat təzminat ödəyəcək. Aysel yaxın günlərdə media ilə görüş keçirib, açıqlamalar verəcəyini əlavə edib.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı "Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm..." kimi fikirlər səsləndirib.

Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın dediklərini şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb.

İddia 3 il ərzində müxtəlif instansiya məhkəmələrində mübahisələndirilib, bu günlərdə isə Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb.

Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 min manat təzminat ödəməlidir.

Qarşı tərəf daha sonra Ali Məhkəməyə müraciət edib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3160   Tarix: 16 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.