Əhaliyə BƏD XƏBƏR - Bu məhsulların qiyməti BAHALAŞACAQ
"Yeni İl yaxınlaşdıqca, görəcəyik ki, ərzaq məhsulları və digər məhsullar da bahalaşacaq".
BiG.AZ xəbər verir ki. bunu Yenisabah.az-a açıqlamasında Azərbaycan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
İqtisadi-ekspert Yeni il ərəfəsində paytaxtda qurulan bayram yarmarkalarında satışa çıxarılan yolkaların və bəzi Yeni il aksesuarların qiymətinin hədsiz dərəcədə baha olmasının səbəblərini izah edib.
Xatırladaq ki, paytaxt bazarlarında və yarmarkalarında satılan Yeni il yolkalarının qiyməti boylarına görə dəyişir. Qiymətlər isə əsasən, 12 manatdan başlayaraq, 700-2000 manat arasında dəyişir.
Məsələyə münasibət bildirən mütəxəssis isə söyləyib ki, rəqabətli bazardakı sahibkar öz rəqibini izləyir, onu müşahidə edir və rəqibə üstün gəlmək üçün hər an imkan axtarır:
"O, ya keyfiyyəti yüksəltmək, ya da qiyməti endirməyi hədəf olaraq qarşısına qoyur. Yəni ənənəvi rəqabət üsulları bunlardır və digər amillər də bu iki məsələnin üzərində qurulur: keyfiyyət və qiymət. Ona görə də rəqabətli bazarda dövriyyə artanda sahibkarın gəlirləri də artır. Biri var, sahibkar 10 məhsul sata, biri də var ki, 100 məhsul. Əlbəttə ki, 100 məhsul satanda daha çox qazanır və belə olan halda qazancının bir hissəsini güzəştə gedir ki, bununla rəqibin üzərində üstünlük qazansın. Ona görə də dövriyyə artanda onlar qiyməti aşağı salır".
"İndi isə gəlin rəqabətsiz - inhisarçı bazara baxaq. İnhisarçı bazarda isə sahibkar rəqibi yox, yalnız dövriyyəni müşahidə edir. Dövriyyə artan kimi sözsüz ki, özünün də gəlirləri artır. Lakin inhisarçı bazarın sahibkarı düşünmür ki, artan gəlirlərinin bir hissəsini güzəşt etsin, qiymətləri aşağı salsın və s. Çünki onun bazarda rəqibi yoxdur. İnhisarçı sahibkar düşünür ki, dövriyyə artıbsa, qiymətləri də bir qədər artırıb daha çox qazansın. Bunlar ümumi məsələdir", - deyə o, əlavə edib.
Ekspert iddia edib ki, Avropa ölkələrində bayramqabağı qiymətlər aşağı düşəndə Azərbaycandakı qiymətlər kəllə-çarxa qalxır:
"Fərqimiz buradadır. Həmçinin bu amil təkcə Yeni il yolkalarına və aksesuarlarına aid deyil. Biz Yeni il yaxınlaşdıqca, görəcəyik ki, ərzaq məhsulları və digər məhsullar da bahalaşacaq. Yuxarıda izah etdiyim mexanizm Azərbaycanda bütün məhsulların üzərində işləyir. Hansı məhsulun dövriyyəsi artacaqsa, eləcə də satışı genişlənəcəksə, o məhsulun qiyməti də artacaq.
İndi Yeni il qabağıdır və hamının tələbatı odur ki, evinə yolka alsın. Bakıda 3 milyon əhali yaşayırsa, bu da 1 milyon ailə, o cümlədən 1 milyon yolka və aksesuar deməkdir ki, sahibkarlar da bundan istifadə edib daha çox qazanırlar. Məhz buna görə də qiymətlər hədsiz dərəcədə artır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1377 Tarix: 17 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı
Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad
15:30 236 Yağış yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı
12:55 253 Bacıları bir-birindən imtina etdilər
Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova ailəsində yaşanan problemlərdən danışıb. Axşam.az xəbər verir ki, o, bu barədə "MTV Maqazin"ə açıqlamasında bəhs edib. Zümrüd bacıları ilə münasibətlərinin pozulduğunu və onlardan imtina etdiyini bildirib:. "İnciyənd
17:16 248 Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"
"Heç vaxt Azərbaycan klubunda oynayacağımı düşünməzdim". Bizim.Media xəbər verir ki, bu sözləri "Səbail"in fransız futbolçusu Sofian Budraa Əlcəzairin "Maghreb-Foot" nəşrinə müsahibəsində deyib. 23 yaşlı yarımmüdafiəçi Azərbaycana keçidi barədə danışaraq klubun ona maraql
21:45 0 Tanınmış modeli döymüş Ziya Hüseynzadəyə hökm oxundu
Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağir Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
21:15 1 "Subay vaxtımda bunu edirdim"
Müğənni Elnur Məmmədov ad günü ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "10+" layihəsində danışıb. O bildirib ki, hər yeni yaşını ailəsi ilə birlikdə keçirməyə üstünlük verir:. "Ən bahalı hədiyyəni ad günümdə özüm özümə alıram. Hər yaşımın üstünə yaş gəldikc
20:15 104 Böyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira
1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il
22:15 1 Prezidentin sosial şəbəkə hesablarında forumun açılışına dair video paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
16:37 233 Metroda ürək aparatları quraşdırılacaq
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyas
17:41 208